Azərbaycan qazını nəql edən boru kəməri işini bərpa etdi
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Ukraynanın cənubunda Rusiya PUA-larının hücumuna məruz qalmış "Orlovka" qaz kəməri ilə təchizat bərpa edilib.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna qaz nəqliyyat şirkəti məlumat verib.
"Təchizat əvvəlki kimi həyata keçirilir. Bu gün ərzində Rumıniya sərhədinə yaxın yerləşən Orlovka vasitəsilə 0.42 milyon kubmetr qazın nəql edilməsi planlaşdırılır", - operator nümayəndəsi bildirib.
Xatırladaq ki, Rusiya Ukraynanın cənubundakı Odessa vilayətində ABŞ və Azərbaycandan qaz idxalı üçün istifadə olunan qaz nasos stansiyasına zərbə endirmişdi. Orlovka, Yunanıstan maye qaz terminallarını Trans-Balkan qaz kəməri vasitəsilə Ukrayna qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsidir.
Ötən ay Ukrayna ilk dəfə Trans-Balkan marşrutu ilə Azərbaycan qazının test tədarükünü həyata keçirib və Azərbaycandan qaz idxalını əhəmiyyətli dərəcədə artırmaq planlarını elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 07 Avqust 2025 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















