Icma.az
close
up
RU
Azərbaycan Qəzza sammitinə sülhə dəstək verən tərəf kimi qatıldı

Azərbaycan Qəzza sammitinə sülhə dəstək verən tərəf kimi qatıldı

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın beynəlxalq məsələlərdə ədalətli mövqeyi, hər zaman sülhün yanında olması ölkəmizə olan diqqəti artırıb. Azərbaycan Prezidentinin Misirdə keçirilən Qəzza sammitində iştirakı da bununla bağlıdır. Məlum olduğu kimi, dövlət başçımız sözügedən sammitə ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Abdülfəttah əs-Sisi tərəfindən dəvət edilmişdi. Sammit çərçivəsində cənab Prezidentlə D.Tramp arasında keçirilən görüş, eləcə də digər dövlət başçıları ilə təmaslar Azərbaycana yüksək səviyyəli münasibəti bir daha təsdiqlədi.
Orta güc kimi Azərbaycan Yaxın Şərq sülh gündəliyinə yalnız müsbət töhfə verə bilər. Ölkəmiz uzun müddət işğaldan, münaqişədən, humanitar fəlakətdən əziyyət çəkən tərəf kimi bütün regionlarda sabitliyi, dayanıqlı təhlükəsizliyi dəstəkləyir.


Şübhəsiz, Yaxın Şərqdə sülh sammiti tarixi əhəmiyyət daşıyır, burada imzalanan yekun sənəd uzunmüddətli münaqişəyə son qoymağa hesablanıb. Vaşinqtonun təklif etdiyi plana əsasən, Qəzza bölgəsi HƏMAS ilə əlaqəsi olmayan mülki administrasiyanın rəhbərliyinə veriləcək. Bu administrasiya Fələstin muxtariyyətinə sadiq olacaq və beynəlxalq nəzarət altında, Körfəz ölkələrinin maliyyə dəstəyi ilə fəaliyyət göstərəcək.
Ağ Evin “dönüş nöqtəsi” hesab etdiyi sammitin regional sabitlik epoxasının əsasını yaradacağına ümidlər böyükdür. 


Ev sahibi kimi Misir ərəb dünyası ilə beynəlxalq birlik arasında əlaqələndirici missiyanı yerinə yetirmiş oldu.
Belə tarixi bir hadisənin iştirakçıları arasında yer almaq Azərbaycanın diplomatik üstünlüyüdür. Bu platformaya dialoqa, sülhə dəstək verən tərəf kimi qatılan Azərbaycan sammitdə iştirak edən bütün tərəflərlə normal münasibətlərə malikdir. Azərbaycan Suriyaya yardım məqsədilə onun enerji təminatına dəstək verir.
Yeri gəlmişkən, son dövrlər İsrail–Suriya, Türkiyə–İsrail arasında vasitəçilik təşəbbüsləri Azərbaycana beynəlxalq aləmdəki etimadı daha da artırıb. Ən əsas məsələ budur ki, vasitəçilik missiyası zamanı da Azərbaycan üçün beynəlxalq hüququn norma və prinsipləri prioritet təşkil edir. Bütün bunlar Azərbaycan Prezidentinin sülhsevər lider kimi nüfuzunu möhkəmləndirir. Hesab edirəm ki, Yaxın Şərqdə yeni start götürən sülh prosesinə Azərbaycan öz zəngin təcrübəsi əsasında töhfə verəcək.
Nigar Məmmədova
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri