Icma.az
close
up
RU
Azərbaycan QHT ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı

Azərbaycan QHT ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın bir qrup QHT rəhbərləri, hüquq müdafiəçiləri ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə məktub ünvanlayıblar.

“Qafqazinfo” xəbər verir ki, məktubda konqresmen Brad Şermanın Ruben Vardanyan və digər müharibə cinayətkarlarının azad edilməsi, 907-ci düzəlişin qüvvədə saxlanması tələbi ilə bu Komitəyə təqdim etdiyi layihəyə kəskin etiraz edilir.

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri bildiriblər ki, Brad Şermanın azadlığa buraxılmasını tələb etdiyi şəxslər Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş, yüzminlərlə insanın köçkün vəziyyətinə düşməsinə səbəb olmuş, mülki infrastrukturun və mədəni irsin dağıdılmasında, soyqırımı, ekosid, urbisid və mədəni qırğın aktlarında birbaşa rol oynamış müharibə cinayətkarlarıdır. “Yerli qanunvericiliyə və beynəlxalq hüquqi alətlərə uyğun olaraq, Azərbaycanın tam ixtiyarı var ki, bu cinayətləri araşdırsın, günahkarları məhkum etsin”, - deyə məktubda diqqətə çatdırılır.

Qeyd olunur ki, bununla bağlı məhkəmə prosesləri də açıq formada aparılıb, təqsirləndirilən şəxslərə zəruri hüquqi imkanlar yaradılıb.

“Azərbaycan ilə Ermənistanın davamlı sülhə və normallaşmaya doğru irəlilədiyi bir dövrdə bu müsbət impulsu sarsıdan təşəbbüslərin arxasındakı məntiqi anlamaq çətindir... Prezident Donald Tramp və onun administrasiyası Azərbaycanla Ermənistan arasında dialoqu və normallaşmanı dəstəkləsə də, Şermanın təşəbbüsü bu səylərə ziddir və əldə olunan irəliləyişin qarşısını almağa yönəlib. Ədalət, hesabatlılıq, barışıq və sülh birlikdə irəliləməlidir. Ədalət olmadan sülh, hesabatlılıq olmadan barışıq da ola bilməz”, - deyə Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri vurğulayıblar.

Məktubun tam mətni ilə aşağıdakı linkə keçid edərək tanış olmaq mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 İyun 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri