Azərbaycan Qırğızıstan İnkişaf Fondu 4 investisiya müraciətini nəzərdən keçirib
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun (AKDF) nizamnamə kapitalının 25 milyon ABŞ dollarından 100 milyon ABŞ dollarına çatdırılması üçün işlər görülür.
Bakıvaxtı.az xəbər verir ki, bunu Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin sənaye, elm, texnologiya və innovasiya nazirlərinin 2-ci Toplantısı çərçivəsində jurnalistlərə bildirib.
O, vurğulayıb ki, Fond aktiv fəaliyyət göstərir, 4 investisiya müraciətini nəzərdən keçirib və ilkin təsdiq verib.
Nazir iş adamlarını, Azərbaycan-Qırğızıstan birgə müəssisələrini və investorları AKDF-ni nəzərdən keçirməyə çağırıb: "Fondun Qırğızıstanda, Azərbaycanda və yaxud 3-cü ölkələrdə planlaşdırılan investisiya layihələrinin maliyyələşdirilməsi nəzərdən keçirilə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 24 Oktyabr 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















