Icma.az
close
up
RU
Avropa bu yolla Zəngəzur dəhlizinə gəlmək istəyir

Avropa bu yolla Zəngəzur dəhlizinə gəlmək istəyir

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Avropa İttifaqının mülki missiyası kollektiv Avropanın guya Ermənistan – Azərbaycan sərhədinə yaxın ərazilərdə sabitliyi dəstəkləmək üçün yaratdığı missiyadır. 

Missiya mülki adlansa da, onun tərkibi daha çox keçmiş və indiki hərbçilərdən, polis və xüsusi xidmət əməkdaşlarından formalaşıb. Missiyanın əsas məqsədi rəsmən Ermənistanla Azərbaycan arasında kı şərti sərhəddə müşahidə aparmaq, atəşkəsin pozulması faktlarını qeydə almaq və sənədləşdirmək son nəticədə iki dövlət arasında sülh prosesinin üçün müvafiq şəraitin yaradılmasını dəstəkləmək və bu prosesə yardımçı olmaq kimi müəyyənləşib”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli bildirib.

Onun sözlərinə görə, missiyanın daha çox Azərbaycan Ordusunun hissələrinin dislokasiyası, silahları və digər məsələlər barədə kəşfiyyat xarakterli məlumat toplaması diqqəti çəkir: 

“Əslində missiyanın yaradılması və Azərbaycanla razılaşdırılmadan səlahiyyət müddətinin 2027-ci ilə qədər uzadılması elan olunan rəsmi məqsədlə yanaşı, kollektiv Avropanın regionda geosiyasi maraqlarının təmin olunması istəyi ilə şərtlənir. 

Avropa İttifaqı məhz mülki missiya adı altında Cənubi Qafqaz regionuna daxil olmaq, möhkəmlənmək istəyir. Bu istək isə Avropa İttifaqının bir tərəfdən Cənubi Qafqazda geosiyasi və geoiqtisadi maraqlarının təmin olunması, o cümlədən Zəngəzur dəhlizinin imkanlarından yararlanması Rusiyanın regiondan sıxışdırılıb çıxarılması, Türkiyənin bölgədə artan nüfuzunun qarşısının alınması ilə əlaqədardır. 

Qeyd edək ki, Rusiyanın regiondan sıxışdırılıb çıxarılması, Türkiyənin bölgədə artan nüfuzunun qarşısının alınması məsələsində Avropanın mövqeləri Ermənistanın mövqeləri ilə uzlaşır”. 

Onun fikrincə, artıq müşahidə missiasının fəaliyyətinin davam etdirilməsinə heç bir ehtiyac yoxdur: 

“İki ilə yaxın bir müddət ərzində Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə hər hansı insidentin qeydə alınmaması, keçən ilin avqust ayının 8-də Vaşinqtonda imzalanmış üçtərəfli Bəyannamə, sülh sazişinin paraflanması, Zəngəzur dəhlizi (TRİPP) barədə əldə olunan razılaşmalar, xüsusən də onun icrası üzrə çərçivə sənədinin imzalanması bu missiyanın mövcudluğunu və fəaliyyətini əhəmiyyətsiz edib. 

Belə bir vəziyyətdə Aİ-nin mülki missiyasının rəhbərinin sülh sazişi imzalanadan sonra Ermənistanla sərhəddən çıxmaq, lakin sərhədyanı kəndlərə vaxtaşırı monitorinq üçün gəlmək barədə bəyanatı bu qurumun hansısa formada Ermənistanda və onun vasitəsilə Cənubi Qafqazda qalmaq və Zəngəzur dəhlizinin imkanlarından bacardıqları qədər yararlanmaq niyyətinin göstəricisidir”.

“Cebheinfo.az”
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Yanvar 2026 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri