“Ukraynaya gecə hücumu: Kiyev vilayətində ölənlər var, yaşayış binaları hədəfə alındı“ Ukrayna KİV ləri
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
"Gecə boyunca hücumlar mülki itkilər, dağıntılar və enerji infrastrukturuna zərbə ilə nəticələnib..."
Rusiya yanvarın 28-nə keçən gecə Ukraynanın bir sıra bölgələrinə dron və ballistik raketlərlə hücum edib.
Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, əsas zərbələr Kiyev və Kiyev vilayəti, eləcə də Zaporojye, Krivoy Roq və Odessa istiqamətlərinə endirilib. Hücumlar nəticəsində ölən və yaralananlar var, çoxsaylı yaşayış binaları və mülki obyektlər zərər görüb.
Kiyev və Kiyev vilayəti: ailə faciəsi və çoxmərtəbəli binalara zərbələr
Ən ağır nəticələr Kiyev vilayətinin Buça rayonunda qeydə alınıb. Beloqorodka icmasında "Geran-2" tipli pilotsuz uçuş aparatı yeddi mərtəbəli yaşayış binasına düşüb. Zərbə nəticəsində yuxarı mərtəbədə və binanın damında güclü yanğın baş verib. Yanğın səhər saatlarında söndürülüb.
Hadisə zamanı bir kişi və bir qadın həlak olub. Onların 4 yaşlı uşağına isə hadisə yerində tibbi yardım göstərilib. Ümumilikdə daha dörd nəfər zərər çəkib: bir qadın və iki uşaq kəskin stres reaksiyası keçirib, bir kişi isə yanma məhsullarından zəhərlənib.
Kiyevin özündə, Qoloseyev rayonunda 17 mərtəbəli binanın texniki mərtəbəsinə dron düşüb. Nəticədə binanın dam örtüyü və divarları qismən zədələnib, yuxarı mərtəbələrin pəncərələri sınıb, yaxınlıqda park edilmiş avtomobillərə ziyan dəyib. İlkin məlumata görə, paytaxtda ölən və yaralanan olmayıb.
Digər bölgələr və "Drujba"ya ilk zərbə
Zaporojyedə dron zərbəsi nəticəsində çoxmərtəbəli binanın həyəti vurulub, yüzdən artıq mənzil və onlarla avtomobil zərər görüb. Son məlumata görə, dörd nəfər yaralanıb. Krivoy Roqda infrastruktur obyektinə ballistik raketlə hücum edilib, iki nəfər xəsarət alıb. Odessada isə dron zərbələri nəticəsində yaşayış evləri və dini obyektlər zədələnib, üç nəfər yaralanıb.
Eyni gecə Rusiya ilk dəfə olaraq Ukrayna ərazisində yerləşən və Macarıstanla Slovakiyaya neft nəql edən "Drujba" neft kəmərinə zərbə endirib. Hücumdan sonra neft məhsullarının yandığı bildirilib. İlkin məlumata görə, ölən və yaralanan olmayıb, hadisə yerində bütün müvafiq xidmətlər çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 28 Yanvar 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















