Icma.az
close
up
RU
Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaşdır Deputat

Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaşdır Deputat

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycanın uğurlu diplomatiyasının nəticəsi olaraq ölkəmiz beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirak edir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövlətimizin  beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirib, onu etibarlı tərəfdaş və qlobal proseslərə təsir göstərən dövlət kimi tanıdıb. Bu gün Azərbaycan dünya birliyində sabitlik, inkişaf və əməkdaşlıq mərkəzi kimi çıxış edir. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin və beynəlxalq təşkilatların sayı durmadan artır. Xarici siyasətdə balanslaşdırılmış yanaşma, qarşılıqlı hörmətə və faydaya əsaslanan münasibətlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına şərait yaradıb”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin beynəlxalq və regional tədbirlərə dəvət olunması dövlətimizin başçısının və ölkəmizin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Son bir neçə ildə Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Görüşündə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində, SPECA – Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi BMT Proqramının Zirvə Görüşündə, Davos Dünya İqtisadi Forumunda iştirakı ölkəmizə marağın əyani təcəssümüdür. Azərbaycanın beynəlxalq nüfuzunun davamlı artmasının növbəti təsdiqi kimi, Prezident İlham Əliyev aprelin 11–13-də Türkiyənin Antalya şəhərində keçirilən IV Antalya Diplomatiya Forumunda iştirak etmək üçün dəvət olunması də xüsusi vurğulanmalıdır. Forum müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirərək, son illər ərzində region üçün əhəmiyyət kəsb edən ən önəmli məsələlərin və çağırışların müzakirəsi baxımından çox vacib beynəlxalq platformaya çevrilib. Prezident İlham Əliyevin də iştirak etdiyi Forumda “Parçalanmış dünyada diplomatiyanı bərpa etmək” mövzusu ətrafında qlobal çağırışların müzakirə edilir. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin  ev sahibliyi ilə keçirilən tədbirdə dörd mindən çox qonaq iştirak edir. Forumda dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısının iştirak edir. Tədbirdə 50-dən çox ölkə xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazirlə təmsil edilir. Foruma, həmçinin təxminən 60 yüksəksəviyyəli beynəlxalq təşkilatın nümayəndələri qatılıb. Bu faktlar Antalya Diplomatiya Forumunun mühüm beynəlxalq platforma olduğunu təsdiqləyir. Üç gün davam edəcək tədbirdə müxtəlif coğrafiyaları əhatə edən məsələlər, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin önəmli mövzularının müzakirə ediləcəyi 50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin bu forumda iştirakı bir daha göstərir ki, Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir: “Dövlətimizin başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan Liderə çevirib. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən forumlar və zirvə görüşləri təkcə diplomatik formatda deyil, həm də məzmun və nəticələr baxımından yeni keyfiyyət mərhələsinə yüksəlir. Forum çərçivəsində dövlətimizin başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin lideri Ersin Tatar, Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşlərində faydalı müzakirələr aparılıb. 

“Beləliklə, Prezident İlham Əliyevin Antalya Diplomatik Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirir. Prezidentimizin regionda yaratdığı yeni reallıqlar dövlətimizin beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirib”, - deyə deputat vurğulayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Aprel 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri