Icma.az
close
up
RU
Azərbaycan qlobal siyasi proseslərin aparıcı qüvvəsidir ŞƏRH

Azərbaycan qlobal siyasi proseslərin aparıcı qüvvəsidir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 17 iyun, AZƏRTAC

Şuşada keçirilən “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” beynəlxalq konfransına ünvanlanan müraciət yalnız cari diplomatik gündəliyin şərhi deyil, eyni zamanda, postmünaqişə dövrünün siyasi fəlsəfəsini formalaşdıran strateji sənəd xarakteri daşıyır. Burada səsləndirilən tezislər Cənubi Qafqazın gələcək konturlarını müəyyən edən konseptual baxış sistemi kimi çıxış edir və regionun siyasi dinamizminə sistemli yanaşmanın nümayişidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində qeyd etdiyi regional sülh məsələsi təsadüfi və ya situativ proses kimi deyil, ardıcıl, məqsədyönlü və strateji idarəetmə xəttinin məntiqi nəticəsi kimi təqdim olunur. Vaşinqtonda əldə edilmiş razılaşmalar və sülh müqaviləsinin paraflanması bölgədə uzun illər davam edən qeyri-müəyyənliyin hüquqi-siyasi çərçivəyə salınması baxımından həlledici mərhələ kimi qiymətləndirilə bilər. Bu yanaşma Cənubi Qafqazı “donmuş münaqişələr” məkanından çıxararaq dayanıqlı sülh arxitekturasına keçid edən geosiyasi məkan kimi yenidən kodlaşdırır.

“Logistika və nəqliyyat dəhlizləri ilə bağlı vurğular isə müraciətin iqtisadi-strateji qatını təşkil edir. Zəngəzur dəhlizi və Orta Dəhliz konsepti burada infrastruktur layihəsi kimi deyil, Avrasiya məkanında güc və təsir balansını yenidən formalaşdıran geoiqtisadi arteriya kimi təqdim olunur. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişlənməsi region dövlətlərini qarşılıqlı iqtisadi inkişaf zəncirinə daxil etməklə yanaşı, təhlükəsizlik və sabitlik üçün yeni struktur təminatı yaradır. Bu, klassik tranzit iqtisadiyyatından daha çox inteqrasiya olunmuş təhlükəsizlik-iqtisadiyyat modelinə keçidin göstəricisidir”, - deyə T.İsmayılov vuğulayıb.

Politoloq əlavə edib ki, müraciətin üçüncü mühüm istiqaməti Türk dünyasının geosiyasi mərkəzləşməsi ilə bağlıdır. Burada artıq mədəni yaxınlıq və tarixi bağlar fonunda formalaşan əməkdaşlıq deyil, institusional dayaqlara söykənən strateji ittifaq məntiqi ön plana çıxır. Türk dövlətləri arasında koordinasiyanın dərinləşməsi beynəlxalq münasibətlər sistemində yeni gücün formalaşdığını göstərir və bu proses qlobal çoxqütblülük tendensiyasının təbii nəticəsi kimi çıxış edir. Türk dünyası bu kontekstdə periferik aktor deyil, regional və qlobal gündəliyə təsir edən struktur güc elementinə çevrilməkdədir.

“Müraciət Cənubi Qafqazın gələcək inkişaf trayektoriyasını real iqtisadi, nəqliyyat və təhlükəsizlik mexanizmləri üzərindən qurmağa yönəlmiş strateji yol xəritəsi kimi oxunur. Burada təqdim olunan baxış regionu qeyri-sabitlik zonasından çıxarıb əməkdaşlıq və qarşılıqlı asılılıq əsasında formalaşan yeni geosiyasi məkana çevirmə iddiasını ifadə edir və bu iddia artıq deklarativ deyil, praktik reallıqlarla dəstəklənən mərhələyə daxil olur. Azərbaycan qlobal siyasi mənzərənin kilid nöqtəsi olaraq proseslərin aparıcı qüvvəsidir”, - deyə Tural İsmayılov bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 İyun 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri