Polşa generalının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Polşa Respublikası Milli Müdafiə Nazirliyinin Hərbi Təhsil Departamentinin rəisi briqada generalı Valdemar Qolebovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətinin Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülovla görüşü keçirilib. Görüşdə Azərbaycanın hərbi təhsil sistemində həyata keçirilən islahatlar, tədris prosesinin təşkili, hərbi təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Səfər proqramına uyğun olaraq, polşalı qonaqlar MMU-nun tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə də olublar. Təhsil müəssisələrində yaradılmış tədris və xidmət şəraiti ilə tanış olan nümayəndə heyətinə hərbi kadr hazırlığı istiqamətində görülən işlər barədə məlumat verilib.
Sonda nümayəndə heyətinin rəhbəri Hərbi Liseyin “Şərəf kitabı”na ürək sözlərini yazıb. Tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, səfər ölkələrimiz arasında hərbi təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilmə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 19 Noyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















