Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (HOTREC) 93-cü və “Hotelstars” İttifaqının (HSU) 12-ci Baş Assambleyalarında təmsil olunub.
Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, ölkəmizi Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev və Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Əsmər Şabanova təmsil edib.
Tədbirlər çərçivəsində qonaqpərvərlik sektorunun inkişafı, hotel təsnifatı meyarları, xidmət keyfiyyətinin yüksəldilməsi, tənzimləyici və institusional yeniliklər, rəqəmsallaşma və dayanıqlılıq məsələləri müzakirə olunub. Avropa ölkələrinin hotel assosiasiyalarının nümayəndələri arasında fikir mübadiləsi aparılıb, sahə üzrə qabaqcıl təcrübələr və əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Baş Assambleyalar çərçivəsində Rəşad Əliyev Azərbaycanın hotel təsnifatı sahəsində həyata keçirilən təşəbbüslər və hotel sektorunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirlər zamanı HOTREC-in prezidenti Aleksandros Vassilikos və "Hotelstars" İttifaqının prezidenti Markus Luthe ilə görüşlər keçirilib. Görüşlərdə beynəlxalq təcrübənin Azərbaycanda tətbiqi və qonaqpərvərlik sektorunda gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Müvafiq beynəlxalq tədbirlərdə iştirak Avropa tərəfdaşları ilə əməkdaşlığın inkişafına, hotel təsnifatı və xidmət keyfiyyəti üzrə qabaqcıl təcrübələrin öyrənilməsinə, eləcə də ölkənin qonaqpərvərlik sektorunun inkişafına töhfə verir.
Avropanın hotel, restoran və kafe sektorunu təmsil edən HOTREC 36 ölkədən 47 milli assosiasiyanı birləşdirir. “Hotelstars” İttifaqı isə üzv ölkələrdə hotellərin ulduz təsnifatının vahid meyarlar əsasında aparılması və xidmət keyfiyyətinin artırılması istiqamətində fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 14 Oktyabr 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















