Icma.az
close
up
RU
Azərbaycan qoşunları orada olmayacaq KONKRET

Azərbaycan qoşunları orada olmayacaq KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın təsis etdiyi Sülh Şurasının ilk iclası keçirildi. Sülh Şurası bu il yanvar ayında Davosda keçirilən iqtisadi forum çərçivəsində təsis olunub. Toplantıya dəvət edilənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev də var idi”.

KONKRET.az xəbər verir ki, bu sözləri globalinfo.az-a politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Azərbaycanın Sülh Şurasında iştirakının bir neçə səbəbi var:

“Birincisi, Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq münasibətləri qurub. Ötən ilin avqustunda Ağ Evdə Prezident Donald Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh sazişini paraflayıblar. Bu ilin fevral ayında isə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlıq xartiyası imzalanıb. Belə olan halda Azərbaycan Donald Trampın təsis etdiyi Sülh Şurasından kənarda qala bilməzdi. Digər tərəfdən Azərbaycanın strateji tərəfdaşları olan Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan və Səudiyyə Ərəbistanının Sülh Şurasına üzvlükləri də rəsmi Bakının qərarına təsir edən amillərdən biridir. Başqa bir səbəb Sülh Şurasında Ermənistanın iştirakıdır. Ermənistan Trampın Sülh Şurasına üzvlük təklifinə müsbət cavab veribsə, Azərbaycanın Vaşinqtona mənfi cavab vermək kimi seçimi yox idi.

İkincisi, Donald Tramp ötən ilin oktyabr ayında Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət etmişdi. Bununla Tramp ölkəmizin də Yaxın Şərq sülh prosesində iştirakını arzulayıb. İlham Əliyev Azərbaycan hərbçilərinin Qəzzaya göndərilməyəcəyini söyləsə də, ölkəmiz anklavın yenidən qurulması prosesində iştirakdan imtina etməyib. Qəzzanın yenidən qurulmasında iştirak etmək üçün isə Sülh Şurasının üzvü olmaq lazım idi. Çünki yenidənqurulma prosesinə ABŞ nəzarət edəcək. Tramp onun dəvətini qəbul etməyərək Sülh Şurasında yer almayan ölkələrin Qəzzanın yenidən qurulması prosesində iştirak etməyəcəyini bildirib. Azərbaycanın İsraillə yanaşı Fələstinlə də diplomatik münasibətləri mövcuddur və rəsmi Bakı Yaxın Şərq siyasətində bu balansı qorumaq üçün Qəzzanın yenidən qurulması prosesində iştirakı labüd hesab edib. Azərbaycanın bu prosesə bəlli həcmdə maliyyə ayırması da istisna deyil.

Üçüncüsü, Donald Tramp Sülh Şurasının Qəzzayla kifayətlənməsini istəmir. O və onun administrasiyası Sülh Şurasını gələcəkdə güclü təşkilata çevirmək istəyir. Azərbaycan, super dövlət statusuna malik olan ABŞ-ın dünyanın yeni təhlükəsizlik arxitekturasını formalaşdırmaq prosesindən kənarda qalmamalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Fevral 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Rusiyadan xəbərdarlıq: Mühasirəyə alsanız...

29 Sentyabr 2026 08:09see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Alimlər 1000 dəfə özünü bərpa edən material hazırladı 500 il xidmət edə bilər

29 Sentyabr 2026 07:45see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri