Icma.az
close
up
RU
Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi 2025” də təmsil olunub

Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi 2025” də təmsil olunub

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cari ilin 15–19 sentyabr tarixlərində Mərakeş Krallığının Rabat şəhərində “Regional Kibertəhlükəsizlik Həftəsi 2025” keçirilir. Tədbir Regional Rabitə Birliyi (RCC) tərəfindən təşkil edilir, Mərakeşdə İnformasiya Sistemlərinin Təhlükəsizliyi Baş İdarəsinin (DGSSI) tərəfdaşlığı, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), OIC-CERT və FIRST təşkilatları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və “Dayanıqlı İqtisadi İnkişaf üçün Rəqəmsal Suverenlik” mövzusuna həsr olunub.

Qurumdan XQ-ə verilən məlumata görə, tədbirin əsas məqsədi kibertəhlükəsizlik sahəsində regional əməkdaşlığın gücləndirilməsi, kritik infrastrukturun mühafizəsi və rəqəmsal suverenlik prinsipləri əsasında davamlı iqtisadi inkişafın təmin olunmasıdır.

Tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətininin baş idarə rəisinin müavini və OİC-CERT İdarə heyətinin üzvü Tural Məmmədov “İƏT məkanında kritik infrastruktur kibertəhlükəsizliyinin əməkdaşlıq yolu ilə gücləndirilməsi” mövzusunda panel müzakirəsində çıxış edib. O, ölkəmizin kritik informasiya infrastrukturlarının qorunması istiqamətində görülən işlər, dövlət və özəl sektor arasında tərəfdaşlığın inkişafı, risk qiymətləndirilməsi, həyata keçirilən auditlər və kibertəhlükələrin qarşısının alınmasında əldə edilmiş qabaqcıl təcrübələrdən ətraflı məlumat vermişdir. T. Məmmədov NATO-nun dəstəyi və Rumıniya İCU tərəfdaşlığı ilə həyata keçirilən “Kiber Poligon” layihəsindən bəhs edərək, informasiya təhlükəsizliyinin təmin olunmasında beynəlxalq əməkdaşlığın rolunu vurğulamışdır.

Qeyd edək ki, tədbir çərçivəsində müxtəlif ölkələrin kibertəhlükəsizlik mərkəzləri ilə ikitərəfli görüşlər keçirilmiş, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və gələcək planlar müzakirə olunmuşdur.   

Keçirilən görüşlər zamanı XRİTDX-nin təşkilatçılığı ilə cari ilin oktyabr ayında keçiriləcək “CIDC-2025” tədbiri barədə ətraflı məlumat verilmişdir. Azərbaycanın sahə üzrə təcrübəsini öyrənmək istəyən bir sıra ölkələrin tədbir çərçivəsində keçiriləcək “Ağıllı Şəhərlərdə Kibermüharibə” yarışında öz komandaları ilə iştirakı razılaşdırılmışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri