Icma.az
close
up
RU
Azərbaycan ADIPEC 2025 tədbirində təmsil olunub

Azərbaycan ADIPEC 2025 tədbirində təmsil olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 4 noyabr, AZƏRTAC

Energetika nazirinin müavini Orxan Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir müavini “Enerjinin gələcəyi: pozitivlik, praqmatizm və siyasətlər” adlı nazirlər panelində və “Şaxələndirmə yolu ilə enerji təhlükəsizliyinin və dayanıqlılığının gücləndirilməsi” adlı nazirlərin dəyirmi masasında çıxış edib.

Nazir müavini ədalətli enerji keçidi prosesində ənənəvi enerji mənbələrinin balanslaşdırıcı rolu və Azərbaycanın yaşıl enerji keçidi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. O, enerji saxlama texnologiyalarının geniş tətbiqinin və elektrik şəbəkəsinin modernləşdirilməsinin bərpaolunan enerjinin sürətli inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, enerji keçidinin uğurlu həyata keçirilməsi regional enerji inteqrasiyasından da asılıdır. Bu məqsədlə ölkəmiz Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropanı birləşdirən yaşıl enerji dəhlizi və interkonnektor layihələrini reallaşdırır. Sözügedən layihələr təkcə bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ixracına deyil, həm də şəbəkələrin sinxronizasiyasına və regionda enerji dayanıqlığının möhkəmlənməsinə xidmət edəcək.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın himayəsi ilə təşkil olunan ADIPEC 2025 tədbiri 10 konfrans və 380 sessiyadan ibarət olmaqla enerji sisteminin formalaşdırılması, yeni texnologiyaların tətbiqi, təmiz enerji sahəsinə sərmayələrin qoyulması, təmiz və təhlükəsiz enerji gələcəyinə keçidin sürətləndirilməsi kimi mövzulara dair müzakirələrə həsr olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see412

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see272

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see226

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see219

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see207

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see205

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see194

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see186

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see185

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see184

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see182

AL: “Beşiktaş”dan səfər qələbəsi YENİLƏNİB

07 Avqust 2026 23:58see173

Beş meymun hekayəsi

07 Avqust 2026 22:15see173

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see165

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see165

Naxçıvanda avqust ayı üzrə pensiyalar ÖDƏNİLDİ

08 Avqust 2026 10:58see164

“Ərzurumspor” Nərimanı belə qarşıladı Video

08 Avqust 2026 00:22see163

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

08 Avqust 2026 06:07see162

İyulun ən güclü Android telefonları açıqlandı Lider təəccübləndirir

08 Avqust 2026 00:26see159

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub

08 Avqust 2026 04:33see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri