Icma.az
close
up
RU
Azərbaycan regionda və Mərkəzi Asiyada innovasiya lideridir

Azərbaycan regionda və Mərkəzi Asiyada innovasiya lideridir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün Qlobal Startap Ekosistemi İndeksini açıqlayıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən verilən məlumata görə, son 4 ilin hesabatlarında ardıcıl olaraq yüksəliş nümayiş etdirən Azərbaycan bu il ən yüksək nəticəyə nail olub. Ölkəmiz qlobal reytinqdə 2024-cü illə müqayisədə 6 pillə irəliləyərək 74-cü yerdə qərarlaşıb. Ümumilikdə isə, ötən il ölkəmizdə ekosistemin illik artım tempi 24 faiz təşkil edib ki, bu da Mərkəzi Asiya region üzrə ən yüksək göstəricidir.

Azərbaycanın əldə etdiyi digər uğurlu göstərici Bakının reytinqdə “İlin şəhəri” olaraq seçilməsidir. Paytaxt şəhər, xüsusilə elektron kommersiya, pərakəndə satış, təhsil, eləcə də sosial-əyləncə sektorunda innovativ texnologiyaların tətbiqi üzrə rəqiblərindən öndədir. Bununla yanaşı, Bakı tədbirlər (31), logistika (65), səyahət (71), onlayn bazarlar (91) və “SaaS” xidmətləri kateqoriyalarında da ilk qlobal yüzlükdə yer alıb.

Qurumun hesabatında startap ekosisteminin ümumi icmalı da verilib. Bu xüsusda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin aparıcı dövlət qurumu olaraq yerli ekosistemin inkişafı, innovasiyaların təşviqi və rəqəmsallaşma istiqamətində həyata keçirdiyi fəaliyyət vurğulanıb. Son illərdə ölkəmizdə innovasiya infrastrukturunun yaradılması, texnoparkların inkişafı, innovativ layihələr üçün maliyyə mexanizmlərinin əlçatanlığının artırılması, İKT sahəsində insan kapitalının yetişdirilməsi və beynəlxalq tərəfdaşlıqların formalaşmasında İRİA-nın müstəsna rolu qeyd edilib. Bununla yanaşı, hesabatda İRİA-nın təşəbbüsü ilə keçirilən “IDDA Awards”, eləcə də agentliyin tərəfdaşı olduğu “Baku ID” və “INMerge Innovation Summit” kimi tədbirlərin əhəmiyyəti və ekosistemə verdiyi töhfələr öz əksini tapıb.

Xatırladaq ki, Azərbaycan “StartupBlink” qlobal reytinqində 2021-ci ildə 89, 2022-ci ildə 85, 2023-cü ildə 84 və 2024-cü ildə isə 80-ci mövqedə olub. Bu il ümumilikdə 118 ölkənin və 1473 şəhərin innovasiya göstəriciləri dəyərləndirilib. Reytinqin ilk beşliyində ABŞ, Birləşmiş Krallıq, İsrail, Sinqapur və Kanada yer alıb.

Ötən ilin öktyabr ayında Bakıda Azərbaycan İnnovasiya Mərkəzinin açılması isə bu sahədə atılmış olduqca mühüm addımdır. Böyük ekosistem oyunçusu olan bu mərkəz texnoloji sahibkarlar, startapçılar, innovatorlar üçün vahid mərkəz rolunu oynayır. Eyni zamanda, mərkəzdə yerli və xarici startaplar inkubasiya və akselerasiya proqramlarında iştirak edərək investorlarla görüş keçirmək, tərəfdaşlıq yaratmaq və layihələrini təqdim etmək imkanı qazanırlar. Bütövlükdə isə, Azərbaycan İnnovasiya Mərkəzi ekosistemin oyunçularını, maraqlı tərəfləri, xarici şirkətləri və tərəfdaşları bir araya gətirən, şəbəkələşməyə şərait yaradan, yeni tərəfdaşlar əldə etməyə imkan verən bir məkana çevrilməkdədir.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda innovasiya ekosisteminin inkişafı istiqamətində atılan bu addımlar və əldə edilən uğurlar dayanıqlı iqtisadi artım və ölkəmizin qlobal müstəvidə rəqabət qabiliyyətinin gücləndirilməsi üçün güclü zəmin yaradır. Onların fikrincə, Azərbaycan İnnovasiya Mərkəzi ölkədə innovasiya və startap ekosisteminin bütün maraqlı tərəflərini birləşdirən güclü bir innovativ mərkəzə çevriləcək.

Yaxın zamanlarda isə Sumqayıt və Gəncə şəhərlərində də belə mərkəzlərin açılması planlaşdırılır. Heç şübhəsiz, bu kimi tədbirlər ölkəmizdə ikin inkişaf dövrünə qədəm qoyan startapların dəstəklənməsinə, onların investisiyalara əlçatanlığının asanlaşdırılmasına gətirib çıxaracaq.

Göründüyü kimi, son illər Azərbaycanda innovasiya yönümlü iqtisadi modelə keçid istiqamətində əhəmiyyətli addımlar atılır. Rəqəmsal iqtisadiyyatın inkişafı, texnoloji sahibkarlığın dəstəklənməsi və startap ekosisteminin formalaşdırılması getdikcə bu siyasətin əsas sütunlarından birinə çevrilir. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və verdiyi tapşırıqlar nəticəsində ölkədə innovativ təşəbbüslərin genişlənməsi üçün əlverişli hüquqi və institusional mühit formalaşır.

“İNNOKLUB” – yeni ideyalar yuvası

Son illər ölkəmizdə startap ekosisteminin formalaşması və inkişafı prosesi sürətlə davam edir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkədə startapların və innovasiyalı müəssisələrin inkişafını stimullaşdırmaq, effektiv koordinasiyanı təmin etmək, ekosistem oyunçularına dəstək tədbirlərini genişləndirmək və yerli startaplara investisiya imkanlarını artırmaq məqsədilə 2021-ci ildə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “İNNOKLUB” təsis olunub. Bu platforma əsasən ideyası olan gənclərin, startapçıların və innovatorların potensialını reallaşdırmaq, onları bazara çıxış, maliyyələşmə və şəbəkələşmə imkanları ilə təmin etmək məqsədi daşıyır. “İNNOKLUB” həmçinin maarifləndirici sessiyalar, mentorluq proqramları və təlimlərlə yerli insan kapitalının inkişafında mühüm rol oynayır.

Burada keçirilən tədbirlər yalnız texnoloji bacarıqların artırılmasına deyil, eyni zamanda biznes planlaşdırma, kommersiyalaşdırma və beynəlxalq bazarlara inteqrasiya kimi vacib mərhələlərə dəstək göstərməyə yönəlib. Nəticədə, çoxsaylı ideyalar real biznes layihələrinə çevrilərək ekosistemin tərkib hissəsinə daxil olur.

2022-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında imzalanmış qrant müqaviləsinə əsasən “Azərbaycanda innovasiya siyasətinin qurulması” layihəsinə start veilib. Bununla da Azərbaycan hökumətinin innovasiyaya əsaslanan iqtisadi inkişaf modelinin tətbiq olunması niyyəti bir daha nümayiş etdirilib. Koreyanın uzunmüddətli texnoloji inkişaf təcrübəsi ilə bu prosesə əhəmiyyətli töhfələrin verilməsinin əsası qoyulub.

Layihə çərçivəsində innovasiya ekosisteminin əsas komponentlərinin – qanunvericilik, idarəetmə mexanizmləri, investor münasibətləri və insan kapitalının inkişafı sahəsində islahatların təşviq olunması nəzərdə tutulur. Bu, eyni zamanda dövlət orqanları, özəl sektor və akademik dairələr arasında daha səmərəli koordinasiyanın qurulmasını təmin edir.

İnnovasiya mərkəzi – gələcəyin texnoloji ünvanı

Keçən ilin oktyabr ayında Bakıda fəaliyyətə başlayan Azərbaycan İnnovasiya Mərkəzi ölkənin texnoloji gələcəyini formalaşdırmaq baxımından strateji bir hadisə oldu. Bu mərkəz təkcə fiziki məkan deyil, həm də innovasiya yönümlü ideyaların, layihələrin və tərəfdaşlıqların bir araya gəldiyi mühüm platformadır. Burada fəaliyyət göstərən startaplar inkubasiya və akselerasiya proqramları vasitəsilə həm yerli, həm də xarici investorlarla əlaqə qurmaq imkanı əldə edirlər.

Mərkəz, həmçinin beynəlxalq əməkdaşlıqların genişlənməsi üçün əlverişli şərait yaradır. Xarici texnoloji şirkətlər, investorlar və inkişaf mərkəzləri ilə əlaqələr qurularaq Azərbaycanın innovasiya bazarı qlobal miqyasda tanıdılır. Bu isə Azərbaycanın regionda texnologiya və innovasiya mərkəzinə çevrilməsi məqsədinə doğru atılmış mühüm addımlardan biri sayılır.

Azərbaycanda formalaşmaqda olan startap və innovasiya ekosistemi inklüziv, açıq və dinamik bir struktur üzərində qurulur. Dövlətin tənzimləyici və təşviqedici rolu, özəl sektorun fəallığı, ali təhsil müəssisələrinin və tədqiqat mərkəzlərinin bu sahəyə inteqrasiyası geniş miqyaslı tərəfdaşlıq mühitinin yaranması ilə nəticələnir.

Yaxın illərdə məqsəd bu ekosistemi daha da gücləndirmək, yerli texnologiya məhsullarının beynəlxalq bazarlarda rəqabətqabiliyyətini artırmaq və ölkəyə daxil olan texnoloji investisiyaların həcmini genişləndirməkdir. Eyni zamanda, regionlarda da inklüziv inkişafı təmin edəcək və iqtisadiyyatın şaxələndirilməsinə xidmət göstərəcək innovasiya mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Azərbaycan startap və innovasiya sahəsində yeni mərhələyə qədəm qoyur. Formalaşan ekosistem artıq yerli sahibkarlar üçün yeni imkanlar açmaqla yanaşı, ölkəmizin beynəlxalq innovasiya mühitində mövqeyini möhkəmləndirir. Qarşıdakı illərdə atılacaq addımlar, həyata keçiriləcək layihələr və beynəlxalq əməkdaşlıqlar bu sahədə Azərbaycanın rəqəmsal və texnoloji mərkəzə çevrilməsini daha da yaxınlaşdıracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 May 2025 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri