Icma.az
close
up
RU
Azərbaycan regionun geosiyasi arxitekturasının memarlarından biridir

Azərbaycan regionun geosiyasi arxitekturasının memarlarından biridir

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Avqustun 27-də Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyə” kanalında yayımlanan geniş müsahibəsi böyük maraqla qarşılandı.  Buna səbəb heç şübhəsiz ki, Azərbaycanın xarici siyasətinə işıq tutan, regional və qlobal iqtisadi, siyasi proseslərə aydın baxışını ortaya qoyan müsahibənin həm də ciddi mesajlarla zənginliyidir. Çoxsaylı sualları cavablandıran ölkəmizin başçısı Azərbaycanın Tramp administrasiyası, Ermənistan, İran, Suriya və Rusiya ilə münasibətlərinin indiki vəziyyətini izah etmək üçün konkret faktlara istinad etdi, nümunələr gətirdi. Dövlətimizin başçısının  İsrail-Türkiyə gərginliyinin azaldılmasında verdiyimiz töhfələr, ATƏT-in Minsk qrupunun hüquqi ləğvi, Zəngəzur dəhlizi, TDT-nin qlobal rolu və digər məsələlərlə bağlı fikirkləri diplomatik olmaqla yanaşı, aydın və düşündürücü idi”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyə” kanalında yayımlanan müsahibəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, müsahibədən əxz olunan əsas nəticə hərbi, iqtisadi gücə malik Azərbaycanın sülh prosesində də təşəbbüskar kimi çıxış etməsidir: “Cənab Prezidentin müsahibəsində Azərbaycanın xarici siyasətindəki həssas məqamlarla yanaşı, cəsarətli, prinsipial mövqeləri də görmək mümkündür.  Müsahibədə səsləndirilən fikirlər, tezislər dövlətimizin xarici siyasətindəki prioritetlərini özündə əks etdirən yol xəritəsidir. Azərbaycan  Qarabağ problemini həll etdikdən sonra daha aktiv xarici siyasət yürüdür.  Ölkəmizin başçısı hər zaman olduğu kimi, bu müsahibəsində də fürsətdən yararlanaraq Ermənistanın Azərbaycana təcavüzü, 30 illik işğal dövründə Qarabağda həyata keçirilən vandalizm aktları və Ordumuzun 44 gün ərzində əldə etdiyi tarixi qələbəsi haqqında məlumat verdi. Prezident Ermənistanla paraflanmış sülh müqaviləsi, Azərbaycan-ABŞ münasibətləri, İsrail-Suriya və İsrail-Türkiyə gərginliyinin azaldılmasına verdiyimiz töhfələr, ATƏT-in Minsk qrupunun ləğvi,  TDT-nin fəaliyyəti və digər məsələlər ətrafında çoxsaylı sualları cavablandırdı. Vaşinqtonda, prezident Donald Trampın vasitəçiliyi ilə imzalanan memorandum haqqında danışan dövlətimizin başçısı haqlı olaraq bildirdi ki, bu, prezident Əliyevlə baş nazir Paşinyanın razılaşması deyil, Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma kimi başa düşülməlidir. Yəni Ermənistanda hökumətlər dəyişsə, yenilənsə də bu razılaşmadan imtina oluna bilməz.  Əgər bundan sonra Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, bu sülh sazişinin mətninin pozulması anlamına gələcək. Prezident bununla İrəvandakı revanşist qüvvələrə mesaj göndərdi ki, indi tutulan yol İrəvan üçün daha məqbuldur. Regiona sülh və əməkdaşlıq mühiti gətirəcək Zəngəzur dəhlizi həm də Ermənistan büdcəsinə yeni tranzithaqqı vəsaitlərinin daxil olması deməkdir”.

Millət vəkili bildirdi ki, müsahibədə dövlət başçısının İranla münasibətlərimiz, bu ölkədə Zəngəzur dəhlizinə fərqli yanaşmalara reaksiyası böyük maraqla qarşılandı: "Cənab Prezident qeyd etdi ki, bu qlobal layihəni mənfi formatda, neqativ obrazda təqdim etmək istəyənlər qərəzlidir. Çünki Zəngəzur dəhlizi heç bir halda, heç bir dövlətə, xüsusilə də İrana təhlükə törətmir. "Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil" - deyən dövlət başçısı cənub qonşumuzun narahatlığına əsas olmadığını vurğulayıb.  İranda da Prezident və digər rəsmi şəxslər tərəfindən  Zəngəzur dəhlizinə qarşı neqativ yanaşmalar müşahidə olunmur.  İrandakı hansısa müşavirlərin, din xadimlərinin bəyanatları isə rəsmi Bakı üçün heç bir məna kəsb etmir.  Azərbaycan “Zəngəzur dəhlizi”ni artıq geosiyasi terminologiyaya daxil etdirə bilib. Ən vacibi odur ki, İran Prezidenti Məsud Pezeşkian bu layihəni İran üçün təhlükə hesab etmir. Dövlət başçımızın iranlı həmkarı haqqında səsləndirdiyi yüksək fikirlər də maraqla qarşılanıb.  “Bəli, o, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur. O, ictimai tədbirlərin birində Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirdi və heç bir qeydə ehtiyacı yox idi. Çox istedadlı insandır”, deyən Azərbaycan lideri bu səmimi və cəsarətli mövqeyi ilə ölkələrimiz arasında münasibətləri korlamaq istəyən, Bakını Cənub qonşusu ilə münaqişə vəziyyətinə gətirmək istəyən qüvvələrə açıq mesaj göndərdi. Bu mövqe Rəsmi Bakının İranın siyasi hakimiyyətinə birmənalı dəstəyi kimi də qəbul oluna bilər". 

Tahir Mirkişiliyə görə, müsahibədə diqqətçəkən digər məqam cənab Prezidentin jurnalistin  “Azərbaycan sünni və şiə icmaları arasında yaxşı münasibətlərin qurulması istiqamətində hər hansı bir addım ata bilərmi” sualına cavabı idi: “Ölkəmizin başçısı qeyd etdi ki, Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Müsəlman dünyası üçün ən böyük təhlükə təriqətlərə ayrılmaqdır. Müsəlman dünyasına ən böyük ziyanı təriqət ayrılığını təbliğ edən insanlar vururlar. Digər müsəlman ölkələrindən fərqli olaraq Azərbaycanda çox güclü multikultural, tolerant mühit mövcuddur. Ölkəmizdə nəinki müsəlman təriqətlərinin, digər dinlərin nümayəndələri də özlərini təhlükəsiz, rahat hesab edirlər. Bu, ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biridir”.

Cənab Prezidentin müsahibədə  Rusiya- Azərbaycan münasibətlərində yaranmış gərginliyə aydınlıq gətirməsinə  toxunan millət vəkili qeyd etdi ki,  rəsmi Bakı hələ də AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasına görə, Kremldən üzrxahlıq gözləyir: “Çoxları bəlkə də düşünürdü ki, Azərbaycan Rusiya tərəfindən törədilən bu cinayətə göz yumacaq, faciənin üzərindən sükutla keçəcək. Ölkəmizin başçısı bu dəfə də qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi. Təəssüflər olsun ki, Rusiya hələ də Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasına görə rəsmi üzrxahlıq etməyib. Əksinə Rusiyada soydaşlarımıza qarşı düşünülməmiş, aqressiv addımlar atılır”.

Millət vəkili sonda onu da bildirdi ki, Azərbaycanın müsəlman dünyası ilə, o cümldəən Suriya ilə münasibətləri ərəb ölkələrində diqqətlə izlənilir: “Bu mənada jurnalistin Azərbaycan Prezidentinə Suriya ilə münasibətlərə dair sualı anlaşılandır.  Prezident bu suala cavab olaraq qeyd etdi ki,  Azərbaycanın devrilmiş Bəşər Əsədin rəhbərliyi dövründə Suriya ilə münasibətləri yaxşı olmayıb. Dəməşqin Ermənistana dəstəyinə Bakı cavabsız qala bilməzdi. Ölkəmiz Suriyada yeni hakimiyyətə gələn Əhməd Əl Şaraa iqtidarını dəstəkləyir, bu ölkəyə ildə 1,2 milyard kubmetr qaz veririk. Gələcəkdə bu həcm arta bilər. Bütün bunlar göstərir ki, Azərbaycan dünyada güclü və ədalətli mövqeyə malik olmaqla yanaşı, humanist, dostluğa sadiq dövlətdir. Regionun geosiyasi arxitekturasının formalaşmasında yaxından iştirak edən Azərbaycan sülhə, sabitliyə, birliyə hər zaman önəm verib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Avqust 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri