Icma.az
close
up
RU
Zəngəzur dəhlizi hazırda regionun ən mühüm geosiyasi məsələlərindən biridir ŞƏRH EDİLDİ

Zəngəzur dəhlizi hazırda regionun ən mühüm geosiyasi məsələlərindən biridir ŞƏRH EDİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Zəngəzur dəhlizi hazırda regionun ən mühüm geosiyasi məsələlərindən biridir və onun açılması ətrafında gedən müzakirələr təkcə Azərbaycan-Ermənistan münasibətlərini deyil, həm də qlobal güclərin Cənubi Qafqazdakı maraqlarını ortaya qoyur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, bu dəhliz Avropanı Asiya ilə birləşdirən yeni nəqliyyat arteriyası kimi strateji əhəmiyyətə malikdir və bu səbəbdən həm ABŞ, həm də Rusiya burada təsir imkanlarını artırmağa çalışır: "ABŞ-ın mövqeyi əsasən iqtisadi və logistika yönümlüdür. Vaşinqton dəhlizdə Amerika şirkətlərinin fəaliyyətini önə çəkməklə, bölgədə nəqliyyat və enerji marşrutlarına nəzarət etmək, eyni zamanda Rusiyanın təsir dairəsini zəiflətmək niyyətindədir. Digər tərəfdən, Rusiya 10 noyabr 2020-ci il bəyanatına istinad edərək, dəhlizin təhlükəsizliyinə nəzarətin onun sülhməramlı missiyasına aid olduğunu iddia edir. Moskva bu məsələni yalnız regional yox, həm də öz nüfuz savaşı çərçivəsində dəyərləndirir və bölgədəki mövqeyini itirməmək üçün ciddi cəhdlər göstərir. Bu maraqların toqquşması, əslində, bölgədə yeni gərginlik ocaqları yarada bilər. Ermənistanın siyasi qeyri-sabitliyi, Qərb-Rusiya qarşıdurmasının dərinləşməsi və İranın məsələyə ehtiyatlı yanaşması vəziyyəti daha da mürəkkəbləşdirir. Belə bir şəraitdə Azərbaycan üçün əsas məsələ – öz suverenliyini və milli maraqlarını qorumaqdır. Bakı dəfələrlə bildirib ki, dəhliz üzərində nəzarəti üçüncü tərəfə həvalə etmək fikrində deyil. Bu, həm Azərbaycanın müstəqilliyi, həm də regionda güc balansının qorunması baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan bu məsələdə tək deyil. Türkiyə ilə strateji müttəfiqlik və Pakistanla güclü əməkdaşlıq Bakıya əlavə üstünlüklər qazandırır. Bu üçtərəfli əməkdaşlıq formatı dəhlizin təhlükəsizliyi və idarəçiliyi baxımından effektiv mexanizm yarada bilər. Bununla yanaşı, dəhlizin açılması təkcə Azərbaycan üçün deyil, bütün region üçün iqtisadi fayda gətirəcək, yeni ticarət yolları yaradacaq və Cənubi Qafqazı beynəlxalq tranzit mərkəzinə çevirəcək.

Ümumilikdə, Zəngəzur dəhlizi uğrunda gedən mübarizə, ABŞ və Rusiya arasında böyük geosiyasi rəqabətin tərkib hissəsidir. Bu prosesdə Azərbaycanın strateji mövqeyi çox güclüdür, lakin Bakı həm diplomatik çevikliyi, həm də hərbi-siyasi gücünü balanslı şəkildə istifadə etməlidir. Çünki dəhlizin gələcəyi təkcə region ölkələrinin deyil, qlobal güclərin də qarşıdurma səviyyəsindən asılı olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 İyul 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri