Icma.az
close
up
RU
Azərbaycan Rəssamlıq Akademiyasında “Ahəng” adlı fərdi sərgi açılıb

Azərbaycan Rəssamlıq Akademiyasında “Ahəng” adlı fərdi sərgi açılıb

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Rzayevanın “Ahəng” adlı fərdi sərgisi açılıb.
Sərgidə akademiya rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, rəssam sənət dostları və digər qonaqlar iştirak edib.
Sərgidə çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev bu sərginin özünəməxsusluğunu vurğulayaraq qeyd edib ki, Təsviri sənət və Sənətşünaslıq fakültəsinin dekanı, ixtisasca sənətşünas olan Nərminə Rzayeva yalnız rəssamların yaradıcılığını araşdırmaqla kifayətlənmir, eyni zamanda sənətin özündə fəal şəkildə iştirak edir. Onun yaradıcılığa həm nəzəri, həm də praktik yanaşması əsərlərinə dərin duyğusallıq və peşəkar baxış qazandırır. Rektor müəllifə gələcək fəaliyyətində yaradıcılıq uğurları arzulayıb.
Elmi və yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı, professor Fuad Salayev çıxışında bildirib ki, sənətşünas kimi Nərminə Rzayevanın rəssamlıqla məşğul olması onun peşəkar hazırlığının və sənətə olan sadiqliyinin göstəricisidir.
Beynəlxalq əlaqələr üzrə prorektor Səlhab Məmmədov isə çıxışında vurğulayıb ki, müəllifin bu səviyyədə yaradıcılıqla məşğul olması onun sənətə bağlı ailə mühitindən qaynaqlanır. Sevindirici haldır ki, sənətşünaslıqla yanaşı, rəssamlıq sənətinə də dərindən maraq göstərir.
Sonda Təsviri Sənət və Sənətşünaslıq fakültəsinin dekanı, s.ü.f.d. Nərminə Rzayeva çıxış edərək başda rektor olmaqla Azərbaycan Rəssamlıq Akademiyasının rəhbərliyinə təşəkkürünü bildirib. O, “Rəssam ailəsində doğulmağım mənim bu mühitdə formalaşmağımın əsas səbəbidir” – deyə qeyd edib.
Qeyd edək ki, sərgidə müəllifin son illərdə yaratdığı 30-a yaxın naturmort və peyzaj janrında əsərləri nümayiş olunur. Rəssamın yaradıcılığında rəng və formanın qarşılıqlı münasibəti, daxili harmoniya və estetik balans axtarışları ön plandadır.
Nərminə Rzayevanın əsərləri rəng duyumunun incəliyi, kompozisiyanın ritmik quruluşu və ruh halının xüsusi harmoniyası ilə seçilir. “Ahəng” sərgisi müəllifin yaradıcılıq yoluna baxış olmaqla yanaşı, müasir Azərbaycan rəngkarlığında zəriflik və dərin duyğusallığın təcəssümü kimi də dəyərləndirilə bilər.
Sərgi 29 oktyabr 2025-ci il tarixinədək Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində davam edəcəkdir.

Elşad Baratın "İkinci ömür"ünün təqdimatı keçirildi Yaxşı adamsansa, səni dualar qoymaz ölməyə... "Kurtlar Vadisi"nin aktyoru vəfat etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri