Icma.az
close
up
RU
Rəssamlıq Akademiyasında “Açıq qapılar” günləri keçirilib

Rəssamlıq Akademiyasında “Açıq qapılar” günləri keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 noyabr, AZƏRTAC

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ DUY” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) festivalı çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasında “Açıq qapılar” günləri keçirilib.

AZƏRTAC xəbər verir ki, “Rəngkarlıq”, “Qrafika”, “Heykəltəraşlıq”, “Bədii toxuculuq” və “Keramika” emalatxanalarında aparılan dərs prosesi gələn qonaqların böyük marağına səbəb olub. Qonaqlar qeyd olunan ixtisasların bədii-estetik cəhətlərinə və fərqliliyinə böyük maraq və heyranlıqla tamaşa ediblər.

Rəngkarlıq ixtisasında gələcək rəssamların plastik poza nümayişləri, natürmort üzərində iş prosesləri qonaqlarda xüsusi təəssürat yaradıb. Heykəltəraşlıq emalatxanasında tələbələrin insan portreti və fiqurlarının yaradılma mərhələlərini izləyən ziyarətçilər adi palçıq, plastilin, gil və daş parçasından sənət əsərinin formalaşmasını böyük maraqla müşahidə ediblər.

Qrafika ixtisasında aparılan dərs prosesi də qonaqların marağına səbəb olub. Tələbələrin müxtəlif texniki üsullarla işlədiyi işlər, eləcə də kağız, ağac, metal və daş üzərində hazırlanmış rəsmlər və qravüralar böyük maraq doğurub.

Azərbaycanın qədim və yaşadılan sənəti olan bədii xalçaçılıq, eləcə də bütün dünyada geniş yayılmış qobelen sənəti də ziyarətçilərin diqqət mərkəzində olub.

Qonaqlar tələbələrin bir xalça və ya qobelenin hazırlanma prosesini mərhələ-mərhələ izləyiblər. Keramika emalatxanasında isə tələbələrin iş prosesi və yaradıcı yanaşmaları qonaqlarda xoş təəssürat oyadıb.

Gələn qonaqların əksəriyyətinin məktəblilər və yeniyetmələrdən ibarət olması onların bu ixtisaslara olan maraq və həvəsinin göstəricisidir.

“Açıq qapılar” günləri gənc nəsildə incəsənət sevgisinin, yaradıcılıq düşüncəsinin və estetik zövqün formalaşmasına töhfə verən əlamətdar hadisə kimi yadda qalacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri