Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Azərbaycan Rəssamlıq Akademiyasında İLK! 25 illiyini tələbələrin yaradıcılığı ilə qeyd edir

Azərbaycan Rəssamlıq Akademiyasında İLK! 25 illiyini tələbələrin yaradıcılığı ilə qeyd edir

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Rəssamlıq Akademiyasının 25 illik yubileyi münasibətilə "Memarlıq və Dizayn" fakültəsinin tələbələrinin yaradıcılıq işlərindən ibarət sərgi təşkil olunub.

BAKU.WS xəbər verir ki, tədbir Akademiyanın Muzey-Sərgi Kompleksində (Bakı, Heydər Əliyev prospekti, 24) baş tutub.

Sərgidə "Memarlıq" və "Dizayn" kafedralarının qrafik dizayn, sənaye dizaynı, interyer üzrə dizayn, geyim dizaynı və memarlıq sahələri üzrə tələbələrinin 130-dan çox layihəsi və maketi nümayiş olunub.

Sərgi çərçivəsində müasir şəhər mühitinə dair memarlıq layihələri, funksional və estetik baxımdan yenilikçi dizayn nümunələri, milli motivli geyim konseptləri və gündəlik əşyaların dizayn olunmuş formaları yer alıb.

Layihələr tələbələrin texniki bacarıqları ilə yanaşı, onların vizual düşüncə tərzini və yaradıcı yanaşmalarını da əks etdirib.

Sərginin əsas məqsədi tələbələrin nəzəri biliklərini praktik yaradıcılıqla birləşdirərək ərsəyə gətirdikləri işlərin peşəkar mühitdə təqdim olunmasıdır.

Açılış mərasimində Azərbaycan Rəssamlıq Akademiyasının rəhbərliyi, müəllim və tələbə heyəti, eləcə də bir sıra rəsmi qonaqların iştirak edib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev də sərgi ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, bu sərgi Memarlıq və dizayn kafedrasının yaradılmasının 25 illik yubileyi münasibətilə təşkil olunub və bu baxımdan xüsusi əhəmiyyət daşıyır:

"Bu gün burada gördüyümüz sərgi təsadüfi deyil. 25 illik yubiley münasibətilə ilk dəfə məhz bu kafedranın daxilində belə bir təqdimat keçiririk. Həm tələbələrin, həm də müəllimlərin əl işləri nümayiş olunur. Bu, bir tərəfdən təhsil prosesində əldə olunan bilik və bacarıqların nümayişidir, digər tərəfdən isə gənc dizaynerlərin cəmiyyətə təqdimatıdır," – deyə rektor vurğulayıb.

Natiq Əliyev əlavə edib ki, Azərbaycanda dizayn sahəsində görülən işlər müasir tələblərə cavab verir.

Sərginin əhəmiyyəti və məqsədi barədə danışan Azərbaycan Rəssamlıq Akademiyasının Dizayn kafedrasının müdiri, professor Faiq Dadaşov bildirib:

"Burada Rəssamlıq Akademiyasının tələbələrinin dizayn işləri nümayiş olunub. Eyni zamanda, bir sıra ali məktəblərdən də qonaqlarımız var. Burada nəinki I-IV kurs tələbələri, hətta magistratura tələbələrinin də işləri təqdim olunub. Qeyd etmək istəyirəm ki, Azərbaycanda dizayn üzrə ali təhsil artıq yarım əsrdir ki, davam edir. Bu illər ərzində ölkəmizdə bir çox peşəkar dizaynerlər yetişib və bu sahə durmadan inkişaf edir. Bugünkü sərgi də tələbələrimizin həm nəzəri, həm də praktik biliklərini nümayiş etdirmək baxımından çox önəmlidir", – deyə professor vurğulayıb.

Akademiyanın 4-cü kurs tələbəsi Şahpələngova Turanənin də dizayn işi sərgidə nümayiş olunub. O, sərgi üçün "Gaval" meyvə şirələrinin brand book-unun dizaynını hazırlayıb. Turanə bildirib ki, layihə üzərində işləyərkən müxtəlif qrafik dizayn elementlərindən istifadə edib və bütün prosesi müəlliminin rəhbərliyi ilə həyata keçirib:

"Layihəni hazırlayarkən brendin vizual kimliyini əks etdirən rəng palitrası, loqo variantları, şrift seçimləri və qablaşdırma nümunələri üzərində çalışmışam. Əsas məqsəd məhsulun bazarda tanınmasına və vizual olaraq yadda qalmasına xidmət edən vahid bir stil yaratmaq idi. Bu prosesdə müəllimimin dəstəyi və tövsiyələri mənim üçün çox dəyərli oldu", – deyə Turanə vurğulayıb.

Sərgidə həmçinin 1-ci kurs tələbəsi Şıxəliyev Yusifin də dizayn işi təqdim olunub. O, layihəsində əsas diqqəti formalar və rəng çalarları arasındakı uyğunluğa yönəldib. Gənc dizayner qeyd edib ki, vizual balansın yaradılması onun üçün önəmli olub:

"Hazırladığım dizayn işində rənglərin bir-biri ilə harmoniyası və fiqurların yerləşdirilməsi üzərində xüsusi işlədim. İstədim ki, baxan şəxsdə rahatlıq və estetik zövq oyatsın. Hər bir detalın bir-birini tamamlamasına diqqət yetirdim. Bu, mənim üçün ilk sərgi təcrübəsi idi və çox həyəcanlı idim", – deyə Yusif təəssüratlarını bölüşüb.

Sərgi çərçivəsində iştirak edən tanınmış rəssam Mirazər Abdulla da tədbir barədə təəssüratlarını bölüşüb. O, bu cür yaradıcılıq tədbirlərinin təkcə tələbələr üçün deyil, ümumilikdə incəsənət cameəsi üçün mühüm əhəmiyyət daşıdığını bildirib:

"Bu, çox mühüm bir hadisədir. Hətta deyərdim ki, bu gün burada əsl incəsənət bayramı yaşanır. Gənc dizaynerlərin bu qədər peşəkar və yaradıcı işlərini görmək insanı sevindirir. Bu münasibətlə Rəssamlıq Akademiyasının bütün müəllim və tələbə heyətini səmimi qəlbdən təbrik edirəm. Onlar böyük işə imza atıblar", – deyə rəssam qeyd edib.

Mirazər Abdulla əlavə edib ki, özü də vaxtilə bu akademiyada fəaliyyət göstərib və buranın onun üçün xüsusi yeri var:

"Mən özüm də bu akademiyada beş il çalışmışam və həmin illər mənim üçün çox dəyərli olub. Bugünkü sərgidə təqdim olunan əl işlərini böyük maraqla izlədim və çox bəyəndim. Gənclərin istedadı və yanaşmaları ümidvericidir. Bu cür tədbirlər onların gələcək inkişafı üçün güclü stimul yaradır", – deyə o bildirib.

Sərgidə nümayiş olunan işlər, həm peşəkarların, həm də incəsənət sevərlərin diqqətini çəkib. Tədbir, yaradıcı düşüncənin inkişafı və sənətə olan marağın artırılması baxımından xüsusi önəm daşıyır.

Şahanə Xankişiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 May 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see273

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see252

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see250

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see248

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see215

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see199

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see182

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see179

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see168

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see167

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see167

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see166

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see157

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see153

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see140

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see140

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see138

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri