Icma.az
close
up
RU
İtalyan heykəltaraş Cüzeppe Karta Azərbaycan Rəssamlıq Akademiyasında qonaq olub

İtalyan heykəltaraş Cüzeppe Karta Azərbaycan Rəssamlıq Akademiyasında qonaq olub

Icma.az, 525.az saytına istinadən bildirir.

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunan “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ DUY” festivalı çərçivəsində italyan heykəltaraş Cüzeppe Karta Azərbaycan Rəssamlıq Akademiyasında qonaq olub.

525.az xəbər verir ki, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev və akademiyanın rəhbər heyəti Cüzeppe Karta ilə görüşdə Azərbaycan-İtaliya mədəni və incəsənət əlaqələrinin əhəmiyyətini vurğulayıblar.

Beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı, professor Səlhab Məmmədov və Elmi və yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı, professor Fuad Salayev əməkdaşlığın əhəmiyyətini qeyd edərək tələbələrin yaradıcılıq perspektivinin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Qonaq heykəltaraş qarşılanmaya görə təşəkkürünü bildirərək öz təəssüratlarını bölüşüb.

Sonra Cüzeppe Karta Akademiyanın Muzey-Sərgi kompleksinin daimi ekspozisiyası ilə tanış olub. Daha sonra tədbirin rəsmi hissəsi başlayıb.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru çıxışında, həmçinin Cüzeppe Kartanın yaradıcılıq yolu və uğurları haqqında danışaraq belə tədbirlərin tələbələrin yaradıcılıq inkişafına və beynəlxalq əməkdaşlığa töhfə verdiyini vurğulayıb. Daha sonra onun yaradıcılığına ilham verən “Təbiət heç vaxt düşmən deyil” adlı videoçarx nümayiş olunub.

Mühazirə zamanı Cüzeppe Karta şəxsi yaradıcılıq təcrübəsindən danışaraq keçdiyi yol barədə geniş məlumat verib. O, həm musiqiçi, həm rəngkar, həm də heykəltaraş kimi fəaliyyətindən, istifadə etdiyi üslub və texnikalardan bəhs edərək dinləyiciləri məlumatlandırıb.

Tədbirin sonunda Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin əl işi olan xalça Cüzeppe Kartaya hədiyyə olunub.

Qonaq qarşılığında öz əsərlərindən ibarət kataloqu rektora təqdim edib. Sonda heykəltaraşla xatirə fotosu çəkdirilib.

Şəkil sayı: 16

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Noyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see216

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see195

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see176

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see173

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see171

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see166

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see155

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see144

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see143

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see137

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri