Icma.az
close
up
RU
Azərbaycan Rumıniya parlamentlərarası əlaqələrinin inkişaf etdirilməsi yolları müzakirə olunub

Azərbaycan Rumıniya parlamentlərarası əlaqələrinin inkişaf etdirilməsi yolları müzakirə olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 28 oktyabr, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 28-də Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, S.Qafarova qonağın ölkəmizə son altı ayda ikinci dəfə səfər etməsinin Azərbaycan və Rumıniya əlaqələrinin dinamik inkişafının bariz göstəricisi olduğunu qeyd edib. Beynəlxalq Parlament Konfransının əhəmiyyətindən danışan spiker vurğulayıb ki, bu konfrans il ərzində parlament tərəfindən həyata keçirilən tədbirlərin davamıdır və dost ölkələrin parlamentarilərini bir araya gətirir.

Görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, yüksək səviyyəli səfərlər və görüşlər ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır, imzalanmış çoxsaylı sənədlər isə bu əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir. Qeyd olunub ki, enerji sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan qazının Rumıniyaya ixracı bu ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Həmçinin təhsil, elm və mədəniyyət sahələrində, eləcə də regionlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı məmnunluqla qeyd olunub. Milli Məclisin sədri bildirib ki, dövlətlərimiz arasında olan münasibətlər qanunverici orqanlar arasında da əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanlar yaradır. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti, parlament rəhbərlərinin və deputatların qarşılıqlı səfərləri bu əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Sahibə Qafarova görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə də toxunub. O, Vaşinqtonda sülh sazişinin paraflanmasının əhəmiyyətini qeyd edib, sülhün və sabitliyin region üçün xüsusi önəm daşıdığını vurğulayıb. Həmçinin etimad quruculuğu prosesinin vacibliyinə toxunulub, bu çərçivədə Ermənistan parlamentinin sədri ilə keçirilən görüş barədə məlumat verilib.

Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi ilə bağlı təbriklərini çatdırıb. O, Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətindən bəhs edərək bildirib ki, enerji, nəqliyyat, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Qonaq, həmçinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesində əldə olunan nailiyyətlər münasibətilə təbriklərini ifadə edib və bu prosesin regionda dayanıqlı sülhün bərqərar olmasına xidmət edəcəyinə inandığını bildirib.

Görüşdə parlamentlərarası əlaqələrin müxtəlif komitələr çərçivəsində inkişaf etdirilməsi yolları müzakirə olunub, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri