Icma.az
close
up
RU
Azərbaycan Rusiya qazının İrana daşınmasına icazə verməyəcək Sabiq diplomat

Azərbaycan Rusiya qazının İrana daşınmasına icazə verməyəcək Sabiq diplomat

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

28 sentyabr 2025-ci ildən etibarən BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaları tam şəkildə bərpa olunub.

Bu qərar Avropanın aparıcı dövlətlərinin - Böyük Britaniya, Almaniya və Fransanın təşəbbüsü ilə Tehranın MAQATE müfəttişlərini nüvə obyektlərinə buraxmaqdan imtina etməsinə cavab olaraq qəbul edilib. Beləliklə, 2015-ci ildə imzalanmış nüvə sazişi çərçivəsində dayandırılmış bütün məhdudiyyətlər (silah embarqosu, enerji və maliyyə sahəsində sərt qadağalar, xarici aktivlərin dondurulması) yenidən qüvvəyə minir.

Sanksiyaların bərpası ən çox İrana təsir göstərsə də, bu qərar Rusiyanın planlarını da çətin vəziyyətə salıb. Xatırladaq ki, Moskva və Tehran 2024-cü ildə ilkin razılıq əldə etmiş, 2025-ci ilin əvvəlində isə Rusiya qazının İran ərazisinə nəqli barədə saziş imzalamışdı. Bu qazın tranziti üçün əsas marşrut kimi Azərbaycan nəzərdə tutulurdu.

Lakin indi beynəlxalq məhdudiyyətlər fonunda Azərbaycanın bu layihədə iştirak edib-etməyəcəyi açıq sual olaraq qalır.

Modern.az-a açıqlamasında sabiq diplomat Nəsib Nəsibli bildirib ki, Rusiya qazının Azərbaycan üzərindən İrana daşınması sanksiyaların ölkəmizə də tətbiq edilməsinə səbəb ola bilər:

“Rusiya qazının Azərbaycan üzərindən İrana daşınması məsələsi yeni deyil. Rusiya ilə hazırkı gərgin münasibətlər, Avropa və Qərblə normal münasibətlərinin qurulması istəyi şəraitində, məncə, Rusiyanın bu istiqamətdə təklifləri hökumət tərəfindən qəbul edilməyəcək. Əks təqdirdə sanksiyalar Azərbaycana da şamil edilə bilər. Azərbaycan çox çətin duruma düşə bilər”.

Sabiq diplomat beynəlxalq münasibətlərin olduqca mürəkkəb olduğunu vurğulayıb:

“Beynəlxalq münasibətlərdə bilmədiyimiz o qədər nüanslar var ki, bizim bildiyimiz proseslərin bəlkə də 5%-ni təşkil edir. Bir də görürsən çox önəmli məsələ ortaya çıxır və insanlar təəccüblənir ki, bu haradan çıxdı? Ona görə də, hazırkı məqamda onu demək mümkündür ki,  Azərbaycan iqtidarının bu təklifi qəbul etmə ehtimalı çox azdır”.

N.Nəsibli bildirib ki, bu məsələ Rusiyanın öz problemləridir:

"Necə istəyir o cür də düşünsün. Azərbaycan öz maraqlarının arxasında dayanmalıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see229

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see217

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see183

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see181

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see159

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see139

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see139

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see135

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see134

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see134

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see133

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see130

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri