Azərbaycan, Rusiya və İranın nazirləri Rəşt Astara dəmir yolunun tikintisini müzakirə edəcəklər
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Moskva, 4 fevral, AZƏRTAC
Azərbaycan, Rusiya və İranın Xarici İşlər, Nəqliyyat, Energetika nazirliklərinin və gömrük xidmətlərinin rəhbərləri yaxın vaxtlarda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin gedişatını müzakirə etmək üçün üçtərəfli görüş keçirəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə İranın Moskvadakı səfiri Kazem Cəlali məlumat verib.
Diplomatın sözlərinə görə, tərəflər layihə üzrə yekun Sazişi 2025-ci ilin martına qədər imzalamağı planlaşdırırlar.
Rəşt-Astara dəmir yolu xətti Rusiya, Azərbaycan və İranı Hindistan və Yaxın Şərqə çıxış yolu ilə birləşdirən Şimal-Cənub dəhlizindəki əsas çatışmayan hissədir.
Hazırda bu ərazidə dəmir yolu xəttinin olmaması səbəbindən yük axınlarını avtomobil yolu ilə təmin etmək lazım gəlir ki, bu da çatdırılma müddətini və xərcləri artırır. Layihə başa çatdıqdan sonra tranzit həcminin artacağı, nəqliyyat xərclərinin azalacağı, üç ölkə arasında logistika və infrastrukturun inkişaf edəcəyi gözlənilir.
Bundan əvvəl ölkələr tikintinin maliyyələşdirilməsini və texniki məsələləri, həmçinin dövlət və özəl investisiyaların cəlb edilməsi imkanlarını müzakirə ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 Fevral 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















