Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Qızılın SON qiyməti

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Azərbaycan sadiq dost, mehriban qonşu, mötəbər tərəfdaşdır

Azərbaycan sadiq dost, mehriban qonşu, mötəbər tərəfdaşdır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan xarici siyasətinin prioritet istiqamətlərindən biri də qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsidir. Torpaqlarımızın 20 faizini 30 ilə yaxın işğal altında saxlayan, soydaşlarımızı qətlə yetirən, məcburi köçkünə çevirən, işğalçılıq dövründə ərazilərimizdə daşı daş üstə qoymayan Ermənistan istisna olmaqla bütün qonşularla yaxşı münasibətlərimiz mövcuddur.

Təbii ki, qonşu ölkələrlə, ümumiyyətlə, dünya dövlətləri ilə əlaqələrindən söz düşəndə ilk növbədə Azərbaycan–Türkiyə münasibətlərindən bəhs edilməlidir. Bu da təsadüfi deyil. Çünki Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir. Dünyada əlaqələri bu dərəcədə inkişaf etmiş ölkələr tapmaq çətindir. Türkiyə Azərbaycanın müstəqilliyini 1991-ci il noyabrın 9-da tanıyıb. Bununla da qardaş ölkə birinci olub. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il yanvarın 14-də qurulub. Türkiyənin Bakıdakı səfirliyi 1992-ci ilin yanvar ayında, Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyi isə həmin ilin avqust ayında açılıb.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi üzərində qurulmuş müasir Azərbaycan–Türkiyə münasibətləri öz müstəsnalığı ilə fərqlənir və hərtərəfli strateji müttəfiqlik kimi səciyyələndirilir. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət kimi Türkiyə ilə ikitərəfli əlaqələrin bütün sahələr üzrə hərtərəfli inkişafı Azərbaycan xarici siyasətinin hər zaman prioriteti olub. Ulu öndərin Azərbaycan–Türkiyə əlaqələrinin genişləndirilməsi ilə bağlı müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə münasibətlərimiz özünün ən parlaq dövrünə qədəm qoyub.

Əlbəttə, Türkiyə ilə münasibətlərdən söz düşəndə qardaş ölkənin Vətən müharibəsi dövründə ölkəmizə verdiyi siyasi və mənəvi dəstək xüsusi qeyd edilməlidir. Həmin günlərdə Ankaradan Bakıya nazirlərin, digər rəsmi şəxslərin etdikləri ardı-arası kəsilməyən səfərlər, onların Bakıda verdikləri dəstək bəyanatları bizə mənəvi güc verirdi. Həmin səfərlər Azərbaycan dövlətinə və xalqına həmin günlərdə “siz tək deyilsiniz!” ismarıcını verirdi. Eyni zamanda, Türkiyə hansısa güclərin mümkün təxribatları qarşısında çəkindirici amil idi.

Münasibətlərin yüksəlişində Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında yaranmış, qarşılıqlı hörmət və etimada, eləcə də qardaşlıq münasibətlərinə əsaslanan fəal siyasi dialoqun da müstəsna rolu var. Bu məqam iki ölkə arasında bütün sahələrdə yaxın iş birliyini şərtləndirən və ciddi nailiyyətlərin əldə olunmasını təşviq edən əsas faktor kimi çıxış etməkdədir. Hazırda Azərbaycan–Türkiyə münasibətlərində ciddi əməkdaşlıq və nailiyyətlərin müşahidə edilmədiyi heç bir sahə mövcud deyil. Azərbaycan–Türkiyə ikitərəfli əlaqələrinin inkişafında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya, parlamentlərarası dostluq qrupu və digər platformalar əhəmiyyətli rol oynayır. Bu formatlar çərçivəsində keçirilən mütəmadi görüşlər və yüksək səviyyəli qarşılıqlı səfərlər müttəfiqlik səviyyəsinə yüksəldilmiş əlaqələrimizin inkişaf dinamikasını saxlanılması prosesinə öz müstəsna töhfəsini verir.

Azərbaycanın digər qonşusu – Rusiya ilə münasibətlər də dinamik şəkildə inkişaf etməkdədir. Ölkəmiz Rusiya ilə münasibətlərə böyük əhəmiyyət verir və bu münasibətlərin bütün istiqamətlər üzrə genişlənməsində və dərinləşməsində maraqlıdır. Hazırda Azərbaycan–Rusiya əlaqələri strateji tərəfdaşlıq səciyyəsi daşıyır. Çoxşaxəli ikitərəfli əməkdaşlıq dinamikası sürətlə gedir. Bu çərçivədə 2022-ci il fevralın 22-də Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən Moskvada imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” xüsusi qeyd olunmalıdır. Sənəd ikitərəfli münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə çıxarıb və əlaqələrimizin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradıb.

Gürcüstanla əlaqələrimiz də inkişaf etməkdədir. Bu əlaqələr qədim tarixi köklərə bağlıdır. Azərbaycan–Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkəmiz Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir. Eyni zamanda, Gürcüstan Azərbaycanın, necə deyərlər, Avropaya açılan qapısıdır. Bizim bir sıra mühüm iqtisadi layihələrimiz Gürcüstan ərazisindən keçir. Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı–Tbilisi–Qars dəmir yolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.

Əməkdaşlığın dərinləşməsində və genişlənməsində Bakı ilə yanaşı, Tbilisi də maraqlıdır. Gürcüstanda 2024-cü il oktyabrın 26-da keçirilən parlament seçkiləri nəticəsində “Gürcü arzusu” Partiyasının qalib gəlməsindən sonra əlaqələrimizdə müsbət dinamika hiss edilməkdədir. Təsadüfi deyil ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze seçkilərdən sonra ilk xarici səfərini yanvarın 17-də ölkəmizə edib. Parlament seçkilərindən sonra baş nazirin ilk səfərini Azərbaycana həyata keçirməsi, təbii ki, Azərbaycan–Gürcüstan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Ümumiyyətlə, Azərbaycan Prezidenti və Gürcüstan Baş naziri arasında görüşlər müntəzəm xarakter alıb. Gürcüstan Baş naziri 2024-cü ildə iki dəfə – martın 16-da və noyabrın 11-də Bakıya səfər edib. Birinci səfər rəsmi səfər olub. İkincisi isə COP29-da iştirak məqsədi daşıyıb.

Cənub qonşumuz İranla münasibətlər də ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Xalqlar arasında tarixi və mədəni bağlılıqlar əlaqələrin inkişafında öz sözünü deyir. Bu bağlılıqlar iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafı üçün zəmin yaradır. Hazırda ikitərəfli əlaqələrimiz ticari-iqtisadi, enerji, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, humanitar və digər sahələr üzrə inkişaf edir. Ölkələrimiz arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq davam edir.

Bakı Tehranla münasibətlərə hər zaman xüsusi əhəmiyyət versə də, əvvəlki İran hakimiyyəti bunu lazımınca qiymətləndirmədi. Nəticədə münasibətlərdə eniş baş verdi. 2023-cü il yanvarın 27-də Tehrandakı səfirliyimizə qarşı terror aktı törədildi. Bundan əlavə, İranın əvvəlki hakimiyyətinin ölkəmizlə bağlı bir sıra yanlış addımlarına rast gəldik. Prezident İlham Əliyev 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına müsahibədə İranla münasibətlər barədə müfəssəl açıqlama verdi. Dövlətimizin başçısı bildirdi ki, əvvəlki hakimiyyətlə münasibətlərimizin pisləşməsi yenə də bizim günahımız ucbatından olmayıb. “Sadəcə olaraq, bəzi məqamları xatırlatmaq istəyirəm...” deyən cənab İlham Əliyev münasibətlərin düşdüyü durumun səbəblərini açıqladı.

İndi isə İranla münasibətlərdə yeni səhifə açılır. Prezident Məsud Pezeşkianın aprelin 28-də ölkəmizə etdiyi rəsmi səfərin əlaqələrin inkişafına töhfə verəcəyi şübhəsizdir. Tehranla əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün hər hansı maneə mövcud deyil. Əlaqələrin möhkəmləndirilməsi üçün tarixi imkanın yarandığını da əminliklə söyləyə bilərik.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Azərbaycanla İranı tarixi dostluq telləri bağlayır. Xalqlarımız arasında həmişə qardaşlıq, qarşılıqlı anlaşma münasibətləri olub. Bu, Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian arasında keçirilən görüşdə xüsusilə qeyd olundu və çox mühüm sabitləşdirici amildir.

Bu gün biz faktiki olaraq Azərbaycanla birgə irimiqyaslı layihələr həyata keçirməyə hazır olan ölkə ilə əməkdaşlıq edirik. Bunlar nəqliyyat kommunikasiyaları, enerji və təhlükəsizliklə bağlıdır. İran Prezidentinin Bakıda olduğu müddətdə çox sayda saziş və müqavilə imzalanıb. Bu, çox vacibdir.

Yəqin ki, Tehran keçmiş hadisələrdən nəticə çıxarıb. Hesab edirəm ki, bu qənaətlər İranla münasibətlərimizdə yeni eranın başlanmasından xəbər verir. İnanıram ki, bu əlaqələr, imzalanmış ikitərəfli sazişlər Azərbaycanla İran arasında sülhə, təhlükəsizliyə, sabitliyə və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edəcək.

Yeganə HACIYEVA,
Gənc Demokratlar İnstitutunun rəhbəri, siyasi analitik

– Günümüzdə formalaşmaqda olan yeni dünya nizamı və bu prosesin regionumuz üçün yaratdığı yeni şərtlər mövcuddur. Bu prosesin önündə gedən ölkə kimi Azərbaycan özünü siyasi, iqtisadi, eyni zamanda, humanitar sahədə məsuliyyətli tərəfdaş kimi sübut edib. Ölkəmiz heç vaxt qonşularına qarşı təhdid formalaşdırmayıb, əksinə hər zaman regionda sülhün və sabitliyin təşviqatçısı, təminatçısı kimi çıxış edib.

Azərbaycan dövləti qəti əmindir ki, yeni dünya nizamı suverenliyin tanınması, heç bir ölkənin daxili işlərinə qarışmamaq, onların daxili sabitliyini pozmamaq kimi vacib prinsiplərə əsaslanmalıdır. Ölkəmizin regional və qlobal xarici siyasət strategiyası bu prinsiplər üzərində formalaşıb.

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri regional məsələlər və İran ətrafında qlobal narahatedici hərəkətlilik fonunda aktual problemlərin həlli istiqamətində bir imkan kimi dəyərləndirilməlidir. Son illər iki ölkə arasında bir sıra məsələlərdə ciddi fikir ayrılığına baxmayaraq, Azərbaycan–İran münasibətləri hazırda yüksələn xətt üzrə, pozitiv məcrada, intensiv inkişaf edir. Bu səfəri Azərbaycan və İran liderlərinə ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə cari vəziyyətinin genişləndirilməsi, yeni perspektivlər yarada biləcək imkan kimi dəyərləndirməliyik. İki ölkə arasında ticarət, investisiya, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə səbəb olacaq razılaşmaların əldə olunması ilə ölkələrimiz regionda mövqelərinin daha da möhkəmlənməsinə nail ola bilər.

Şübhəsiz ki, iki ölkə rəhbərlərinin görüşünün əsas hissəsi ikitərəfli münasibətlərin inkşaf perspektivləri ilə paralel regional və qlobal gündəlikdəki aktual məsələləri müzakirəsinə də həsr edilib. Xarici siyasət strategiyası ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq formatları ilə zəngin olan Azərbaycan İranla təkcə Cənubi Qafqazda deyil, digər təşkilatlar çərçivəsində də əməkdaşlığın inkşafında maraqlıdır.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 May 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see422

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see241

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see223

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see216

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see215

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see212

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see209

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see207

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see202

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see192

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see192

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see188

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see187

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see187

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see185

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see184

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see178

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see174

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see167

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri