Icma.az
close
up
RU
Azərbaycan Gürcüstanla yaxın qonşu, etibarlı tərəfdaşdır

Azərbaycan Gürcüstanla yaxın qonşu, etibarlı tərəfdaşdır

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan ilə Gürcüstan arasında regional əməkdaşlığın əsl nümunəsi ola biləcək qarşılıqlı faydalı fəaliyyət həyata keçirilir. İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri daim yeni keyfiyyət xüsusiyyətləri ilə zənginləşir.

Bunu xüsusilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin  Azərbaycana son işgüzar səfəri sübut edir. Bu, cənab Kobaxidzenin ikinci dəfə hökumət başçısı olduqdan sonra ölkəmizə ilk səfəridir. Qardaş ölkənin hökumət başçısının xaricə ilk səfərini məhz Azərbaycana etməsi Prezident İlham 
Əliyevin mətbuata açıqlamasında qeyd etdiyimi kimi, Gürcüstan–Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir.

Müstəqillik yolunda birlikdə addımlayan ölkələrimizin bir çox oxşar təhlükələrlə üzləşməsi heç kimə sirr deyil. Ancaq dəyişən regional və qlobal şəraitdə Azərbaycan və Gürcüstan möhkəm təməllər üzərində səyləri ardıcıl surətdə əlaqələndirməklə, Şərqlə Qərb arasında etibarlı körpüyə və bu sahədə mühüm oyunçulara çevrilməyə nail oldular. Bu tarixi uğurların fonunda cənab Kobaxidzenin indiki səfərinin məqsədi də yüksək səviyyəli əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın möhkəmlənməsinə töhfə verməkdən ibarət idi.

İkitərəfli münasibətlərin gündəliyində duran cari məsələlərin müzakirəsi üçün Gürcüstanın Baş naziri ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş keçirildi. Görüşdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu, habelə regional əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Prezident İlham 
Əliyev Azərbaycan və Gürcüstanı mehriban qonşuluq və tarixən dostluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələrinin birləşdirdiyini diqqətə çatdırdı. Dövlət başçısı xüsusilə vurğuladı ki, bu gün Gürcüstan–Azərbaycan bütün istiqamətlər üzrə uğurla inkişaf edir.

İki ölkə arasında tarixən və bu gün çox sıx və inteqrativ əlaqələr var. Turizmdən tutmuş digər mədəni mübadilələrə qədər müxtəlif sahələrdə əlaqələr sistemi də mövcuddur. Qonşu ölkələr həm beynəlxalq, həm də regional təşkilatlarda həmişə bir-birinə arxa dururlar. Eyni zamanda, Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir. Təsadüfi deyil ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atdığı son addımları ilk dəstəkləyən ölkələrdən biri də Gürcüstan oldu. Bu, dost və qonşunun əsl mövqeyidir. Prezident İlham Əliyev mətbuata açıqlamasında diqqətə çatdırdı ki, iki ölkə arasında siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər.

Eyni sözləri iqtisadi əlaqələr barədə də demək olar. İki ixrac neft kəmərimiz və iki ixrac qaz kəmərimiz Gürcüstandan keçir. Gələcəkdə Şərq–Qərb yük daşımalarında Azərbaycanın əhəmiyyətli payını təmin edəcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti qonşu ölkədən keçir. Hərtərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini statistik rəqəmlər də təsdiqləyir. Hər iki ölkə iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq edir. Bununla bağlı mətbuata açıqlamasında Prezident İlham Əliyev Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyduğunu diqqətə çatdırdı. Dövlət başçısı bunu Gürcüstanda olan çox müsbət sərmayə iqliminin yaradılması ilə əlaqələndirdi. Rəsmi Tbilisinin yürütdüyü uğurlu iqtisadi siyasətin nəticəsidir ki, Azərbaycan investorları da böyük həvəslə Gürcüstana sərmayə yatırırlar. 

Azərbaycanın həmişə Gürcüstanın inkişafının, firavanlığının və sabitliyinin tərəfdarı olması hamıya məlumdur. Dövlətlərimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin strateji əməkdaşlıq və müttəfiqlik səviyyəsinə çatdırılması regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək edir. Eyni zamanda, Azərbaycan qardaş Gürcüstan dövlətinin inkişafına, orada əmin-amanlığın və firavanlığın təmin olunmasına həmişə öz töhfəsini vermişdir. Dövlətimiz Gürcüstanın ərazi bütövlüyünə dərin hörmət bəsləyir və ölkədə baş verən siyasi prosesləri diqqətlə izləyir. Çünki strateji enerji layihələri və nəqliyyat dəhlizləri ilə Azərbaycana bağlı olan Gürcüstanda ictimai-siyasi sabitliyin olması regional rifahın qorunması baxımından böyük əhəmiyyət daşıyır. 

Əlbəttə, regionun inkişaf lokomotivi olan və İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan ilə münasibətlərin inkişafı və gücləndirilməsi Gürcüstan üçün də həyati əhəmiyyət daşıyır. Xüsusilə də Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibədə müzəffər ordusu ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi qonşu Gürcüstanda da yüksək qiymətləndirilir. Buna görə də təsadüfi deyil ki, mətbuata açıqlamasında Baş nazir Kobaxidze vurğuladı ki, Prezident İlham Əliyev xalqının, dövlətinin maraqlarını müdafiə edən liderdir: “Siz regionda fərqli bir lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”. 

Bir sözlə, əminliklə demək olar ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana son səfəri ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına şərait yaradacaq. Eyni zamanda, Gürcüstan–Azərbaycan əlaqələri və birgə iqtisadi layihələr regional əməkdaşlığın və mehriban qonşuluğun mühüm nümunəsidir.

Səbuhi Məmmədov

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Yanvar 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see365

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see269

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see261

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see243

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see240

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see237

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see229

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see228

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see227

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see226

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see215

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see210

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see208

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see205

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see205

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see201

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see200

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see199

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see197

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri