Icma.az
close
up
RU
Vyetnam Azərbaycan üçün dost ölkə, mühüm tərəfdaşdır

Vyetnam Azərbaycan üçün dost ölkə, mühüm tərəfdaşdır

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

“Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa əsaslanan çoxvektorlu xarici siyasət kursu həyata keçirir. Bu kontekstdə Cənub-Şərqi Asiya regionunun mühüm dövlətlərindən biri olan Vyetnamla münasibətlərin inkişafı xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri, eləcə də səfər ərəfəsində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə ikitərəfli əlaqələrin tarixi dostluq və möhkəm təməllər üzərində qurulduğunu bir daha təsdiqlədi. İkitərəfli münasibətlərin bugünkü yüksək səviyyəyə çatmasında bir neçə mühüm tarixi mərhələ xüsusi rol oynayıb. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana tarixi səfəri iki xalq arasında səmimi dostluğun, qarşılıqlı rəğbətin və həmrəyliyin başlanğıc nöqtəsi olmuşdur. Məhz bu səfərdən sonra Azərbaycan neftçiləri və mütəxəssisləri Vyetnamın neft-qaz sənayesinin qurulmasında və müharibədən sonrakı bərpa işlərində yaxından iştirak etmiş, minlərlə vyetnamlı gənc ölkəmizdə ali təhsil almışdır. 1983-cü ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışan Ulu Öndər Heydər Əliyevin Vyetnama səfəri iki ölkə arasında iqtisadi, texniki, elmi və kadr hazırlığı sahələrində əməkdaşlığın sistemli və uzunmüddətli xarakter almasına güclü təkan vermişdir. Ulu Öndərin rəhbərliyi ilə Vyetnamın strateji infrastruktur layihələrinin həyata keçirilməsinə mühüm dəstək göstərilmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu tarixi dostluq ənənələri yeni geosiyasi reallıqlar şəraitində uğurla davam etdirildi. Bütün bu məqamlar dövlət başçısı İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində keçirdiyi görüşlərdə xüsusi vurğulandı. Vyetnam Azərbaycan üçün dost ölkə, mühüm tərəfdaşdır”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili qeyd edib ki, Azərbaycan ilə Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ilin sentyabrında qurulub: “Bu addım siyasi dialoqun, ticarət-iqtisadi və mədəni əlaqələrin inkişafı üçün hüquqi əsas yaradıb. Son illərdə Azərbaycanın Asiya-Sakit okean regionuna yönəlmiş fəal və çoxşaxəli xarici siyasəti Vyetnamla münasibətləri keyfiyyətcə yeni, daha dinamik mərhələyə çıxarıb. Əməkdaşlığın dərinləşməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi xüsusi rol oynayır. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci ilin mayında Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrin tarixində yeni səhifə açdı. Səfər zamanı imzalanan “Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” tərəflərin uzunmüddətli hədəflərini və qarşılıqlı etimada əsaslanan siyasi iradəsini təsbit edib. Bu gün Vyetnam Cənub-Şərqi Asiyada sürətlə inkişaf edən ölkə, Azərbaycan isə Cənubi Qafqazın əsas logistika və enerji mərkəzidir. Dövlət başçısı İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində qeyd etdiyi kimi, qüvvələri birləşdirməklə yeni bazarlara çıxmaq, birgə layihələr icra etmək, eləcə də biznes və investisiya üçün əlavə imkanlar yaratmaq mümkündür. Əməkdaşlığımız ölkələrimizə və xalqlarımıza real fayda verəcək böyük quruculuq potensialına malikdir”.

Malik Həsənov vurğulayıb ki, Bakı və Hanoy ikitərəfli formatla yanaşı, beynəlxalq müstəvidə də sıx əməkdaşlıq edirlər: “Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi nüfuzlu beynəlxalq və regional platformalar çərçivəsində fəal qarşılıqlı fəaliyyət göstərir. Azərbaycan və Vyetnam beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına sadiqlik nümayiş etdirərək qlobal və regional təhlükəsizlik məsələlərində bir-birinə davamlı dəstək verirlər. Bu mühüm məqamlar dövlət başçısı İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam və Baş naziri Le Minh Hunq ilə görüşlərində xüsusi vurğulandı. Tərəflər Azərbaycan və Vyetnam xalqlarının müstəqillik və azadlıq uğrunda mübarizədə nümayiş etdirdikləri cəsarət və qəhrəmanlığın iki xalqı birləşdirən ortaq dəyər olduğunu qeyd etdilər”.
Millət vəkili bildirib ki, Azərbaycan ilə Vyetnam arasında indiyədək 30-dan çox sənəd imzalanıb: “Energetika, nəqliyyat və investisiyalardan tutmuş müdafiə, elm və təhsilə qədər geniş sahələri əhatə edən bu tərəfdaşlıq İqtisadi, ticari, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, XİN-lərarası siyasi məsləhətləşmələr və parlamentlərarası dostluq qrupları kimi mexanizmlər vasitəsilə daha da möhkəmləndirilir. Hakim partiyalar - Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında 2013-cü ildə imzalanmış Anlaşma Memorandumu və 2023-cü il tarixli Əməkdaşlıq Sazişi əsasında qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. İkitərəfli siyasi dialoqun mühüm mərhələsi kimi dəyərləndirilən Vyetnam səfəri zamanı Prezidentlərin Birgə Bəyanatı qəbul edildi, həmçinin müxtəlif sahələri əhatə edən yeni sənədlər imzalandı. Bu sənədlərin hər biri iki ölkə arasındakı əlaqələrin gələcək inkişafı üçün möhkəm hüquqi baza formalaşdırır”.
Malik Həsənov qeyd edib ki, humanitar, təhsil və mədəni əlaqələr xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında müstəsna rol oynayır: “Prezident İlham Əliyevin Vyetnama səfəri çərçivəsində keçirdiyi görüşlərdə, eləcə də səfər ərəfəsində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə ikitərəfli münasibətlərin məhz bu istiqamətlər üzrə yüksələn xətlə inkişafı xüsusi vurğulandı. Bu əlaqələrin dərinləşməsində Heydər Əliyev Fondu mühüm töhfələr verir. Fondun Vyetnamdakı fəaliyyəti Ha Giang əyalətində ibtidai məktəbin inşası kimi infrastruktur layihələrindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş sahələri əhatə edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu tərəfdaşlığın möhkəmləndirilməsində əlamətdar hadisəyə çevrilib. Səfər çərçivəsində ölkə rəhbərliyi, yaradıcı ziyalılar və Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə səmərəli görüşlər keçirilib, həmçinin Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilib. Xeyriyyəçilik təşəbbüsləri ilə paralel olaraq, elm və təhsil sahəsində əməkdaşlıq da dinamik şəkildə genişlənir. Hər iki ölkənin aparıcı ali təhsil müəssisələri arasında imzalanmış tərəfdaşlıq müqavilələri və memorandumlar bu sahədəki əlaqələrə yeni nəfəs verir. Qarşılıqlı mədəni tədbirlər isə təhsil əməkdaşlığını ahəngdar şəkildə tamamlayır. Ölkələrimiz arasındakı sarsılmaz dostluq təkcə birgə layihələrdə deyil, həm də çətin günlərdə göstərilən həmrəylikdə öz təsdiqini tapır”.
Millət vəkili ümumiləşdirilmiş şəkildə bildirib ki, hər bir səfər ikitərəfli münasibətlərin gələcək inkişafının əsasını təşkil edir. İmzalanan sənədlər və gündəmə gətirilən məsələlər ətrafında vahid mövqenin nümayişi əlaqələrin daha da dərinləşməsinə və yüksələn xətlə inkişafına zəmin yaradır. Zəngin tarixə malik olan Azərbaycan-Vyetnam münasibətlərinin davamlı inkişafı üçün möhkəm baza mövcuddur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Noyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see427

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see312

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see304

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see302

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see301

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see300

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see299

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see295

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see292

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see276

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see264

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see261

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see258

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see255

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see254

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see253

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see253

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see251

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri