Icma.az
close
up
RU
Azərbaycan Sahibkarlar Konfederasiyasına baş katib təyin olundu

Azərbaycan Sahibkarlar Konfederasiyasına baş katib təyin olundu

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi vəzifəsinə yeni təyinat olub. Konfederasiyanın prezidenti Məmməd Musayevin əmri ilə bu vəzifəyə Ziya Cahangir oğlu Hacılı təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası məlumat yayıb.

Konfederasiya prezidenti Məmməd Musayev bununla bağlı əməkdaşlarla keçirdiyi görüşdə Z.Hacılını təyinatı münasibətilə təbrik edib. M.Musayev təşkilatın ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırılması, dövlət-özəl dialoqunun inkişafı istiqamətində gördüyü işlərə toxunaraq icra aparatının gələcək fəaliyyəti ilə bağlı prioritetləri açıqlayıb. Z.Hacılı bu yüksək etimada görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Ziya Hacılı Bakı Dövlət Universitetini bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Ötən dövr ərzində kommunikasiya bacarıqları, transformasiya, yenidənqurma, böhranlar zamanı cəmiyyətin idarəedilməsi, beynəlxalq protokol qaydaları, iqtisadi, siyasi, o cümlədən təbii və texnogen xarakterli böhranlar zamanı idarəetmə və ictimaiyyətlə əlaqələrin qurulması mövzularında Avropa təhlükəsizlik məsələləri üzrə Corc Marşal Mərkəzi, NATO məktəbi, Avropa Kolleci və digər beynəlxalq təşkilat və elmi tədqiqat mərkəzlərinin kurs, seminar və dinləmələrində iştirak edib, 40-a yaxın sertifikata layiq görülüb. Xidmətdə fərqləndiyinə görə müxtəlif vaxtlarda fəxri fərman, xidmətə görə döş nişanı və medallarla təltif edilib. Ziya Hacılı əmək fəaliyyətinə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasında başlayıb. Fövqəladə Hallar Nazirliyi Katibliyinin rəis müavini, Azərbaycan Respublikası Mərkəzi Bankının Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru vəzifələrində çalışıb.

Ziya Hacılı 17 aprel 2024-cü il tarixindən Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin müşaviri vəzifəsində çalışırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri