Icma.az
close
up
RU
Azərbaycan şəbəkəyə əlavə bərpa olunan enerji mənbəyi inteqrasiyası üzrə tədqiqatları yekunlaşdırır

Azərbaycan şəbəkəyə əlavə bərpa olunan enerji mənbəyi inteqrasiyası üzrə tədqiqatları yekunlaşdırır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan şəbəkəyə əlavə bərpa olunan enerji mənbəyi inteqrasiyası üzrə tədqiqatları bu ilin sonunda və yaxud gələn ilin əvvəlində tamamlayacaq.

525.az xəbər verir ki, bunu "SOCAR Green" MMC-nin günəş və külək enerjisi üzrə eksperti Elçin Tarquliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) 2-ci günündə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın milli şəbəkəsi artıq bərpa olunan enerji mənbələrinin davranışını öyrənir və daha çoxunu inteqrasiya edə biləcəyindən əmin olmaq üçün onları araşdırır: "Hazırda başqa bir enerji şirkəti və "China Energy" ilə tədqiqat aparılır ki, nə qədər əlavə bərpa olunan enerji mənbəyi inteqrasiya edə biləcəyimizi və bu bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün nələrin lazım olduğunu, hansı zəruri yeniləmələrin tətbiq edilməli olduğunu və ya şəbəkəyə nə qədər enerji saxlama sistemləri əlavə etməliyimizi müəyyən edək. Ümid edirəm ki, bu tədqiqat bəlkə bu ilin sonunda və ya gələn ilin əvvəlində tamamlanacaq".

E.Tarquliyev bildirib ki, Azərbaycan 2040-cı ilə qədər mərhələli şəkildə təxminən 4 giqavat bərpa olunan enerji ixrac etməyi planlaşdırır: "Bərpa olunan enerji mənbələrinin fasiləli olması nəzərə alınmaqla, biz xəttin həmişə tam güclə işləməsi üçün daha böyük miqyasda, bu 4 giqavat ixracından bəlkə üç dəfə çox yerləşdirməli olacağıq. Bu gün Azərbaycan şəbəkəsinin 2 giqavat inteqrasiya imkanı var. Azərbaycan neft və ya təbii qaz ixracatçısı olduğu kimi, yaşıl enerji ixracatçısı olmağa çalışır. Söhbət daha çox Avropaya ixracdan gedir. Bunun üçün daha böyük miqyaslı bərpa olunan enerji mənbələri oyuna daxil olacaq. Onlar müəyyən dərəcədə milli şəbəkəyə qoşulmayacaqlar, çünki Azərbaycanda enerji tələbatı Azərbaycanın ixrac etmək planlaşdırdığı ilə müqayisədə çox aşağıdır.

Bu layihələrdə biz daha çox dəniz külək enerjisinə və yaxud giqavat miqyaslı layihələrə fokuslanacağıq. Bu layihələr daha çox ixrac marşrutlarına, "yaşıl enerji" dəhlizlərinə yönəlib ki, bunlar Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Azərbaycanla, Azərbaycanı isə Qara dəniz vasitəsilə Avropa ilə birləşdirərək Azərbaycanı Avropa üçün "yaşıl enerji" mərkəzinə, bərpa olunan enerji ixrac mərkəzinə çevirəcək. Bundan əlavə, digər ixrac marşrutları da olacaq. Bu marşrutlardan ikincisi Azərbaycandan Naxçıvana, Zəngəzur dəhlizi vasitəsilə, sonra Türkiyə vasitəsilə və daha sonra Bolqarıstana gedir. Başqa biri də var ki, o da Azərbaycan, Gürcüstan, Türkiyə və oradan Bolqarıstana gedir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Sentyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see243

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see211

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see180

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see148

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see140

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see138

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see137

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri