Icma.az
close
up
RU
Günəş elektrik stansiyaları ümumi şəbəkəyə qoşulur

Günəş elektrik stansiyaları ümumi şəbəkəyə qoşulur

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda 100 meqavatlıq günəş elektrik stansiyalarının enerjisistemə inteqrasiyası ilə əlaqədar 110 kilovoltluq 2 dövrəli elektrik veriliş xətləri tikiləcək. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti artıq bununla bağlı müvafiq işlərə yekun vurub.

Qurumdan verilən məlumata görə, layihə çərçivəsində tikinti-quraşdırma işləri “Azərelektrik Tikinti Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətitərəfindən icra olunacaq. Bu məqsədlə iki qurum arasında müqavilə imzalanıb. Sənədə əsasən, layihə çərçivəsində tikinti-quraşdırma işlərinin icrası həyata keçirilməsi üçün “Azərelektrik Tikinti Quraşdırma” MMC-yə 24 milyon 166 min manat vəsait ödənilib.

Qeyd edək ki, 110 kilovoltluq 2 dövrəli elektrik veriliş xətlərinin tikintisini həyata keçirəcək “Azərelektrik Tikinti Quraşdırma” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. 

Yeri gəlmişkən, Azərbaycanda günəş elektrik enerjisi potensialı olduqca yüksəkdir. Mütəxəssislərin bu potensialı 23 min meqavat həcmində qiymətləndirirlər. Artıq Azərbaycan regionun əsas günəş elektrik enerji istehsal edən ölkəsinə çevrilib. Təqribən 2 il əvvəl istifadəyə verilmiş “Qaradağ” Günəş Elektrik Stansiyasında enerji istehsalı getdikcə artır. Ötən müddətdə burada 680 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub. Ümumilikdə, son illər aparılmış təhlillər ölkəmizdə günəş enerjisi istehsalının, təqribən, 9 dəfə artdığını təsdiqləyir. 

Qeyd edək ki, ölkəmizin bütün ərazisində günəş enerjisi istehsalı üçün əlverişli imkan var. Məhz bunun nəticəsidir ki, son zamanlar bu sahədə böyük investisiyalar qoyulur. Artıq işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş enerjisi layihələrindən biri olan 240 meqavatlıq  “Şəfəq” layihəsi tikinti mərhələsinə qədəm qoyub. Bununla yanaşı, hazırda 445 meqavatlıq “Biləsuvar”, 315 meqavatlıq “Neftçala” və 100 meqavatlıq “Qobustan” günəş elektrik stansiyalarının inşası həyata keçirilir. 

Bütövlükdə isə, 2027-ci ilin sonuna qədər ölkəmizdə 9 günəş və külək elektrik stansiyası istismara veriləcək ki, onların da potensialı 2 qiqavata bərabərdir. Sözügedən stansiyaların istismara verilməsi ilə ölkəmizdə il ərzində əlavə 3 milyard 843 milyon kilovat-saat təmiz enerji istehsal olunacaq. Bununla yanaşı, həmin stansiyaların fəaliyyəti nəticəsində ildə 496 milyon kubmetr təbii qaza qənaət olunacaq ki, bu da 943 min ton karbon emissiyasının azaldılması deməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Avqust 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri