Azərbaycan Serbiya ilə birgə layihələrin həyata keçirilməsini MÜZAKİRƏ ETDİ
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Serbiya ilə energetika sektorunda birgə layihələrin həyata keçirilməsi, ticarət, investisiya, sənaye və infrastruktur sahələrində əməkdaşlıq potensialından istifadə ilə bağlı məsələləri müzakirə edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Serbiyanın Baş nazirinin birinci müavini, maliyyə naziri Sinişa Mali ilə videokonfrans formatında keçirdiyi görüşdə aparılıb.
Görüşdə Azərbaycanın Avropanın, o cümlədən Serbiyanın enerji təhlükəsizliyinə töhfəsi, qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb.
Bildirilib ki, ölkələr arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb. Bu, iqtisadi gündəliyin genişlənməsinə və potensialın reallaşdırılmasına möhkəm zəmin yaradır, məlumatda deyilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 11 Dekabr 2024 06:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















