Azərbaycan Serbiya ilə energetika sektorunda birgə layihələrin həyata keçirilməsini müzakirə edib AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 10 dekabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın Baş nazirinin birinci müavini, maliyyə naziri Sinişa Mali ilə videokonfrans formatında görüş keçirib.
AZƏRTAC İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Avropanın, o cümlədən Serbiyanın enerji təhlükəsizliyinə töhfəsi, qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb.
Bildirilib ki, ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb. Bu, iqtisadi gündəliyimizin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır. Tərəflər energetika sektorunda birgə layihələrin həyata keçirilməsi, ticarət, investisiya, sənaye, infrastruktur sahələrində əməkdaşlıq potensialından istifadə ilə bağlı məsələləri müzakirə ediblər.
Baxış sayı:144
Bu xəbər 10 Dekabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















