Icma.az
close
up
RU
“Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib” Vüqar Rəhimzadə

“Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib” Vüqar Rəhimzadə

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanın xarici siyasətində türk dünyası və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq mühüm yer tutur. Türk dövlətlərinin ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrinin qurulması, yeni prioritetlər üzrə inkişafı türk dünyasının birliyinin və həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edir”. 

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib:

“Azərbaycan bu gün Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları həm də Mərkəzi Asiya ölkələrinin, xüsusilə türk dövlətlərinin inkişafına müsbət təsir göstərir.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Dövlət başçısı Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində də vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı böyük potensiala malikdir və Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub”.

Deputat qeyd edib ki, Azərbaycan həm də bərpaolunan enerji mərkəzi kimi tanınır:

“İlkin hesablamalara görə, yalnız Xəzər dənizində 157 qiqavatlıq potensial mövcuddur, quruda isə bu imkan daha da genişdir. Beynəlxalq investorlarla imzalanmış müqavilələr növbəti bir il-ilyarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək. Ümumilikdə, 2030-cu ilə qədər həyata keçirilən layihələr çərçivəsində ölkəmizdə 6500 meqavat yaşıl enerji istehsalı planlaşdırılır.

Azərbaycanın yaşıl enerji konsepsiyası və dayanıqlı enerji siyasəti gələcəkdə də regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. Bu siyasət Türk Dövlətləri Təşkilatı çərçivəsində yaşıl enerji üzrə əməkdaşlığın daha da genişlənməsinə imkan yaradır. Reallaşdırılan layihələr elektrik enerjisinin istehsalı və ixracı potensialını artırmaqla yanaşı, Mərkəzi Asiya ölkələrindən Avropaya enerji nəqlində Azərbaycanın rolunu daha da gücləndirir”.

Vüqar Rəhimzadə vurğulayıb ki,  Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş” xüsusi əhəmiyyət kəsb edir:

“Layihənin məqsədi bərpaolunan enerjinin inkişafını təşviq etmək, regionların enerji sistemlərinin inteqrasiyasını gücləndirmək və yaşıl enerjinin Avropaya ixracını asanlaşdırmaqdır.

Bu əməkdaşlıq həm də Orta Dəhlizin inkişafına, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə inteqrasiyasının dərinləşməsinə və Türk Dövlətləri Təşkilatı çərçivəsində enerji əməkdaşlığının yeni mərhələyə qədəm qoymasına töhfə verəcək”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Sentyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri