Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Azərbaycan mediası qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib

Vüqar Rəhimzadə: Azərbaycan mediası qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

22 İyul-Milli Mətbuat Günü ölkəmizdə təntənəli şəkildə qeyd edilir. Bu gün keçilən 150 illik şərəfli yolu Azərbaycanın tarixi Zəfərinin, suverenliyinin bərpasının reallıqları fonunda qeyd etmək, təbii ki, böyük qürur və xoşbəxtlikdir. Əsası 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk sayının nəşri ilə qoyulan milli mətbuatımız  çətin və şərəfli yol keçərək bu gün qalib Azərbaycanın uğurlarını, dövrün çağırışlarını obyektivlik, qərəzsizlik, milli vətənpərvərlik hissinə söykənərək daha səylə, böyük məsuliyyət hissi ilə  ölkə və dünya ictimaiyyətinə çatdırır. Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan dövləti heç zaman mətbuatın inkişafına qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin əməkdaşlıq siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.
İki qardaş, dost, müttəfiq ölkə olan Azərbaycan və Türkiyənin media sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu imzalamaları  əsasında Ortaq Media Platformasının yaradılması Tarixi Zəfərimizdən sonra atılan mühüm addımlar sırasında oldu. Böyük Zəfərimizin reallıqlarının dünyaya təqdimatında öz sözünü deyən 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında iştirak etmək üçün ölkəmizdə  olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində imzalanan sənədlərdən biri məhz  “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu oldu.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan mətbuatı bütün dövrlərdə həqiqətlərin təbliğatçısı, cəmiyyətin güzgüsü missiyasını şərəflə yerinə yetirib. Mətbuat tariximizin Heydər Əliyev dövründə yaradılan möhkəm təməl bugünkü uğurlarımızda özünün aydın ifadəsini tapır. 1993-cü ildən etibarən KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artmışdır. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verdi. Şübhəsiz, atılan hər bir addım ölkəmizin iqtisadi imkanlarına əsaslanır. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, media və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Məhz Ulu Öndər tərəfindən göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuşdur. Sonrakı mərhələdə isə  “Azərbaycan kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olunmuşdur. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, elektron media inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
Vüqar  Rəhimzadə vurğulayıb ki, dövlətimiz müasir Azərbaycan mediasının inkişafına böyük əhəmiyyət verir. Bu, Azərbaycan dövlətinin maddi-mənəvi gücü, qüdrəti  deməkdir. Son 21 ildən artıq müddətdə  Heydər Əliyev siyasətinin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi azad medianın inkişafında davamlı addımlarda özünün bir daha təsdiqini tapıb. Artıq qeyd etdiyimiz kimi,  bu gün yeni dövrün yeni reallıqlarını yaşayırıq. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası oldu. Sözügedən Fərman əsasında yaradılan Medianın İnkişafı Agentliyinin (MEDİA) həyata keçirdiyi layihələr, yeni dövrün tələbinə uyğun olaraq hazırlanan və qəbul edilən “Media haqqında” Qanun mətbuat sahəsində təkmil hüquqi bazanın yaradılmasını təmin etdi.  Medianın İnkişafı Agentliyinin qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq üçün böyük səylər göstərərək uğurlu nəticələrə nail olduğunu böyük əminliklə söyləyə bilərik. Medianın İnkişafı Agentliyinin çap mediası ilə yanaşı, onlayn media resurslarının da dövlətin dəstəyindən bəhrələnməsinə geniş imkanlar yaratması mətbuat sahəsində sağlam rəqabət mühitinin formalaşmasını, mətbuatın iqtisadi müstəqilliyinin təmin olunmasını reallaşdırır.
Milli Məclisin deputatı bildirib ki,  ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçərək, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurlu fəaliyyət göstərmişdir. İnformasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi, ölkəmizin informasiya mühitinin kənar təsirlərdən qorunması, medianın peşəkarlığının artırılması müasir dövrün vacib çağırışlarındandır.  Nəzərə alsaq ki, bu gün  yüzlərlə   kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb, xeyli sayda  jurnalist təşkilatları və ictimai birliklər fəaliyyət göstərir,  ölkədə internet istifadəçilərinin sayı  85  faizdən çoxdur, bu statistikanın özü sağlam rəqabətin gücləndirilməsini, jurnalistin öz peşəkarlığını artırmasını, ən əsası məsuliyyət amilini fəaliyyətinin əsas prinsipi kimi öndə saxlamasını bir tələb kimi ortaya qoyur. Hazırkı dövrdə mediamızdan əsas gözlənti milli informasiya təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını daim ön planda saxlamaq, peşə etikasına riayət etmək, jurnalistikanın obyektivlik, qərəzsizlik kimi təməl prinsiplərini daim fəaliyyətində əsas götürməkdir. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin, islahatların məntiqi nəticəsi olaraq bu gün mətbuatımız daha da peşəkarlaşır, təkmilləşir, dəyişməz olan prinsiplərinə söykənərək cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyir. Prezident İlham Əliyevin mediamızın fəaliyyətini yüksək qiymətləndirməsi 150 illik yubileyə ən böyük  hədiyyədir.  Dövlətimizin başçısının Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda söylədiyi  “Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb.  Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir” fikirləri hər bir mətbuat nümayəndəsi üçün böyük qürur və fəxrdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 İyul 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri