Icma.az
close
up
RU
Azərbaycan ŞƏT də yeni güc mərkəzi olur Gökhan Özçubukcu

Azərbaycan ŞƏT də yeni güc mərkəzi olur Gökhan Özçubukcu

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Şərqlə Qərb arasında əsas bağlantı mərkəzini qurur

Azərbaycanın son illərdə müxtəlif regional və beynəlxalq platformalarla əlaqələrini genişləndirməsi ölkənin xarici siyasətində çoxtərəfli əməkdaşlığın əhəmiyyətinin artdığını göstərir. Bu istiqamətdə Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlər də diqqət çəkən məsələlərdən biridir.

Azərbaycanın ŞƏT çərçivəsində həyata keçirdiyi təmaslar siyasi, iqtisadi, nəqliyyat və regional əməkdaşlıq kimi müxtəlif istiqamətləri əhatə edir. Təşkilatın geniş Avrasiya coğrafiyasını əhatə etməsi isə bu münasibətlərin Azərbaycanın xarici siyasətindəki yerinin və gələcək perspektivlərinin müzakirəsini aktuallaşdırır.

Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin sədri (DASAM), Beynəlxalq Münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukcu Sherg.az-a Azərbaycan-ŞƏT müsaibətlərini təhlil edib: 

"Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərini son illərdə həyata keçirdiyi çoxqütblü diplomatiya siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Beynəlxalq sistemin getdikcə daha çoxmərkəzli xarakter aldığı, müxtəlif güc mərkəzlərinin və regional aktorların beynəlxalq siyasətdə çəkisinin artdığı bir dövrdə Azərbaycan öz xarici siyasətini bu transformasiyaya uyğun şəkildə formalaşdırır. Bu baxımdan, Bakının Şanxay Əməkdaşlıq Təşkilatı ilə inkişaf etdirdiyi münasibətlərə yalnız ayrı-ayrı sahələrdə texniki əməkdaşlıq kimi deyil, Azərbaycanın dəyişən beynəlxalq sistem daxilində strateji mövqeyini gücləndirən mühüm diplomatik vasitələrdən biri kimi yanaşmaq lazımdır.

Azərbaycan bu gün artıq yalnız Cənubi Qafqaz miqyasında qiymətləndirilə biləcək ölkə olmaqdan çıxıb. Bakının Mərkəzi Asiya ilə inkişaf etdirdiyi siyasi, iqtisadi və nəqliyyat əlaqələri, Avropa ilə enerji və əlaqə sahəsində əməkdaşlığı, eləcə də Çin başda olmaqla Asiyanın yüksələn gücləri ilə inkişaf etdirdiyi münasibətlər təsir imkanlarının regional sərhədlərdən kənara çıxdığını göstərir. Buna görə də Azərbaycanın geosiyasi çəkisini yalnız coğrafi mövqeyi əsasında yox, müxtəlif regionları bir-birinə bağlamaq imkanları baxımından da qiymətləndirmək lazımdır".

Analitik bildirib ki, ŞƏT mühüm platformadır:

"Azərbaycanın ŞƏT ilə münasibətləri yeni deyil. Azərbaycan 2015-ci ildə təşkilatda dialoq tərəfdaşı statusu əldə edin. 2016-cı ildə isə bu əməkdaşlığın institusional çərçivəsini müəyyən edən memorandum imzalanıb. Azərbaycan ŞƏT-in iqtisadi, nəqliyyat, təhlükəsizlik və siyasi gündəmində son illərdə getdikcə daha görünən mövqeyə malik olur. Bu baxımdan Bakının təşkilat daxilindəki mövqeyi son illərdə inkişaf etdirdiyi çoxtərəfli diplomatiya siyasəti çərçivəsində xüsusi əhəmiyyət kəsb edir.

Burada xüsusilə diqqət yetirilməli məqam Azərbaycanın ŞƏT ilə münasibətlərinin blok siyasəti kontekstində nəzərdən keçirilməməsidir. Azərbaycanın əsas yanaşması hər hansı bir güc mərkəzinə tam şəkildə inteqrasiya olunmaq deyil. Müxtəlif güc mərkəzləri ilə eyni vaxtda və qarşılıqlı maraqlar əsasında münasibətləri inkişaf etdirməkdir. Buna görə də Bakının Çinlə münasibətlərini inkişaf etdirməsi, ŞƏT ilə əməkdaşlığı dərinləşdirməsi və ya Mərkəzi Asiya ölkələri ilə yaxınlaşması Azərbaycanın Avropa ilə münasibətlərindən imtina etməsi anlamına gəlmir. Əksinə, Azərbaycan müxtəlif geosiyasi və iqtisadi mərkəzlər arasında əlaqələndirici aktor olmaq imkanlarını gücləndirir. Azərbaycanın son illərdəki xarici siyasətinin ən mühüm xüsusiyyətlərindən biri də məhz budur". 

Ekspert bildirib ki, Azərbaycan çoxqütblü dünyanın passiv müşahidəçisi olmaq əvəzinə, bu çoxqütblü struktur daxilində özünə fəal rol formalaşdırmağa çalışır: 

"Bu baxımdan Azərbaycanın ŞƏT ilə münasibətlərini ölkənin strateji muxtariyyət imkanlarını artıran amillərdən biri kimi qiymətləndirmək mümkündür.

31 avqust-1 sentyabr 2026-cı il tarixlərində Bişkekdə keçirilən ŞƏT Zirvəsi bu baxımdan aktual və mühüm nümunədir. Azərbaycan Prezidenti İlham Əliyevin zirvə çərçivəsində keçirdiyi görüşlər və apardığı təmaslar Bakının ŞƏT platformasına verdiyi əhəmiyyəti göstərir. Prezident İlham Əliyev ŞƏT Plus formatında keçirilən toplantıda Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəfliliyin gücləndirilməsinə bundan sonra da töhfə verəcəyini vurğuladı. Eyni zirvə çərçivəsində Azərbaycan və Ermənistan arasında birbaşa siyasi təmasların həyata keçirilməsi də ŞƏT platformasının Azərbaycan üçün yalnız iqtisadi əməkdaşlıq məkanı olmadığını, eyni zamanda regional diplomatiya baxımından mühüm təmas platforması olduğunu göstərir".

Mütəxəssisin fikrincə ŞƏT ilə münasibətlərin digər mühüm istiqaməti Azərbaycanın Mərkəzi Asiya ilə getdikcə güclənən əlaqələridir:

"Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi türk dövlətlərinin ŞƏT çərçivəsində yer alması Azərbaycan üçün əlavə strateji üstünlük yaradır. Rəsmi Bakının Türk dünyasındakı fəallığının artması ilə ŞƏT məkanında münasibətlərinin inkişafı bir-birini tamamlayan və dəstəkləyən iki prosesə çevrilir. Bu vəziyyət Azərbaycana həm siyasi, həm də iqtisadi və geoiqtisadi baxımdan yeni imkanlar yaradır.

Burada Orta Dəhliz xüsusilə ön plana çıxır. Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan Trans-Xəzər marşrutu Azərbaycanın ŞƏT məkanı ilə Avropa arasında əlaqələndirici rolunu gücləndirir. Azərbaycan bu səbəbdən yalnız tranzit ölkə olmaqla kifayətlənməyərək, Avrasiyada ticarət və nəqliyyat şəbəkələrinin mühüm qovşaqlarından birinə çevrilməyi hədəfləyir.

Azərbaycanın son illərdə nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar da bu strategiyanın tərkib hissəsidir. Bakı Limanı, dəmir yolu bağlantıları, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər dənizi üzərindən Mərkəzi Asiya ilə əlaqələr və Zəngəzur istiqamətində formalaşa biləcək yeni nəqliyyat imkanları birlikdə nəzərdən keçirildikdə, Azərbaycanın Şərqlə Qərb arasında mühüm bağlantı mərkəzi yaratmaq strategiyası daha aydın görünür. Prezident İlham Əliyev də 2026-cı ildə Orta Dəhlizin inkişaf etdirilməsi, Xəzər üzərindən keçən əlaqələrin gücləndirilməsi və Azərbaycanın Avropa-Asiya ticarətində rolunun artırılması məsələlərinə xüsusi diqqət yetirib.

Bu baxımdan ŞƏT ilə münasibətlər Azərbaycan üçün eyni zamanda mühüm geoiqtisadi imkanlar yaradır. ŞƏT məkanında Çin, Hindistan, Pakistan, Mərkəzi Asiya ölkələri, Rusiya və İran kimi mühüm iqtisadi və siyasi aktorlar yer alır. Azərbaycanın bu ölkələrlə həm ikitərəfli, həm də ŞƏT kimi çoxtərəfli platformalar vasitəsilə inkişaf etdirdiyi münasibətlər Bakının iqtisadi və diplomatik manevr imkanlarını genişləndirir".

Analitik xüsusilə Çin amilinin buradakı rolundan bəhs edib:  

"Azərbaycan-Çin münasibətlərinin son dövrdə strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməsi ŞƏT istiqamətini də daha əhəmiyyətli edir. Çünki Çin baxımından Azərbaycan yalnız Cənubi Qafqazda yerləşən ölkə deyil. O həm də Mərkəzi Asiya ilə Avropa arasında bağlantıların inkişaf etdirilməsində mühüm tərəfdaş və Trans-Xəzər marşrutunun əsas həlqələrindən biri kimi qiymətləndirilir. Bu isə Azərbaycanın Çin üçün geoiqtisadi əhəmiyyətini daha da artırır.

Digər tərəfdən, Azərbaycanın Avropa ilə münasibətləri də eyni dövrdə inkişaf etməkdə davam edir. Enerji təhlükəsizliyi, təbii qaz, bərpaolunan enerji, nəqliyyat, rəqəmsal əlaqələr və Orta Dəhliz kimi istiqamətlərdə Azərbaycan ilə Avropa arasında mühüm əməkdaşlıq mühiti formalaşıb. 2026-cı ildə də Bakı ilə Avropa arasında enerji, nəqliyyat və rəqəmsal əməkdaşlığın gündəmdə olması Azərbaycanın xarici siyasətinin birtərəfli olmadığını göstərir.

Bu səbəbdən Azərbaycanın ŞƏT ilə yaxınlaşmasını sadəcə “Şərqə yönəlmə” kimi xarakterizə etmək düzgün olmaz. Daha doğru yanaşma Azərbaycanın Şərqlə Qərb arasında çoxşaxəli bağlantılar yaradaraq öz geosiyasi və geoiqtisadi çəkisini artırmasıdır. Bakının əsas üstünlüyü də məhz burada ortaya çıxır. Azərbaycan həm Türk dünyasının bir hissəsi, həm Cənubi Qafqazın mühüm aktorlarından biri, həm Xəzər hövzəsinin enerji mərkəzlərindən biri, həm də Avropa ilə Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqələrinin mühüm həlqəsidir".

Müsahibimiz Azərbaycanın bu gün Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa ilə münasibətlər kontekstində də fəal aktora çevrildiyini deyib:

"Təbii ki, Azərbaycanın Mərkəzi Asiyadakı rolunu klassik mənada regional güc kimi deyil, əlaqələndirici və asanlaşdırıcı aktor kimi qiymətləndirmək daha doğru olar. Çünki Azərbaycanın ən mühüm strateji üstünlüklərindən biri müxtəlif regionları, iqtisadi sistemləri və siyasi aktorları bir-biri ilə əlaqələndirmək imkanına malik olmasıdır.

ŞƏT də Azərbaycanın bu bağlantısallıq siyasətinin mühüm vasitələrindən biridir. Azərbaycan üçün təşkilatın əhəmiyyəti təkcə ŞƏT-in özündən irəli gəlmir. Burada əsas məsələ ŞƏT-in təmsil etdiyi geniş Avrasiya coğrafiyasına çıxış və bu coğrafiyada yerləşən mühüm aktorlarla müntəzəm siyasi, iqtisadi və təhlükəsizlik dialoqu aparmaq imkanının mövcudluğudur.

Nəticə etibarilə, Azərbaycan-ŞƏT münasibətlərini kifayət qədər müsbət və strateji çərçivədə qiymətləndirmək lazımdır. Bu münasibətlər Azərbaycanın çoxqütblü dünya nizamında manevr imkanlarını genişləndirir, Mərkəzi Asiya ilə əlaqələrini gücləndirir, Çin və Asiya bazarları ilə iqtisadi bağlantılarını dəstəkləyir və Avropa ilə Asiya arasında bağlantı mərkəzi olmaq məqsədini möhkəmləndirir.

Məncə, Azərbaycanın qarşıdakı dövrdə əsas məqsədlərindən biri çoxqütblü beynəlxalq sistem daxilində hər hansı bir qütbün tərkib hissəsinə çevrilmədən, müxtəlif güc mərkəzləri arasında əlaqə yarada bilən və öz maraqlarını müstəqil şəkildə həyata keçirə bilən fəal aktora çevrilməkdir. ŞƏT ilə münasibətlər də bu strategiyanın mühüm elementlərindən biridir". 

M.G.Özçubukcu Azərbaycanın bu gün ortaya qoyduğu diplomatik fəallığın dünya dövlətləri arasında seçildiyini qeyd edib:

"Azərbaycan artıq təkcə Cənubi Qafqazın mühüm dövlətlərindən biri deyil. Avrasiyanın müxtəlif regionlarını bir-birinə bağlayan, Avropadan Mərkəzi Asiyaya qədər uzanan geniş coğrafiyada siyasi və geoiqtisadi çəkisi artan aktordur. Bu baxımdan ŞƏT ilə inkişaf etdirilən əməkdaşlıq, rəsmi Bakının yüksələn regional və geoiqtisadi rolunu dəstəkləyən mühüm xarici siyasət alətlərindən biridir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 Sentyabr 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see368

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see361

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see356

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see349

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see343

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see299

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see273

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see269

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see260

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see255

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see238

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see234

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see234

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see228

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see227

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see217

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see215

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see203

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see199

Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin!

13 Sentyabr 2026 02:01see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri