Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Azərbaycan ŞƏT əlaqələri üçün mühüm perspektivlər...

Azərbaycan ŞƏT əlaqələri üçün mühüm perspektivlər...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Çin Bakının ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir

Birgə Bəyanatda ölkəmizin təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğu bildirilir

Müasir qlobal çağırışları əsas götürərək çoxtərəfli əlaqələrin inkişafını hədəfləyən Azərbaycan qısa zaman kəsiyində mühüm uğurlara imza atıb. Yeni dövrdə beynəlxalq münasibətlər sistemində olduqca aktiv mövqe tutmuş ölkəmiz çoxtərəfliliyin təşviqi ilə bağlı mühüm bir yol keçib - yürütdüyü çoxvektorlu xarici siyasət kursu Azərbaycanın bugünki uğurlarının ən mühüm komponentlərindən birinə çevrilib. Yerləşdiyi geocoğrafi məkan siyasi nöqteyi-nəzərdən kataklizmlərin davamlı hal aldığı region kimi dəyərləndirilsə də, Azərbaycan Cənubi Qafqaz da daxil olmaqla hətta sərhəddindən kənarda yerləşən ölkələr üçün də sabitləşdirici faktor kimi çıxış edir.

Böyük güclərin heç bir müdaxiləsinə imkan verməyən, bölgəsəl prosesləri həm regionun, həm də dövlət olaraq özünün siyasi-ictimai maraqlarına uzlaşdıran Azərbaycanın uğur formulunun açarı məhz bununla izah edilir - bütün yanaşmalarında ədalət prinsipinin qorunması və çoxtərəfliliyə sədaqət nümayiş etdirmək. Rəsmi Bakı hər zaman bəyan edir ki, Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir.

Azərbaycanın ŞƏT ilə əməkdaşlığı müxtəlif sahələri əhatə edir

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələri bu mənada mühüm əhəmiyyət daşıyır. ŞƏT-in regional və qlobal səviyyədə böyük perspektiv vəd etməsi, geniş iqtisadi potensial, siyasi dividendlər amili, həmçinin qurumun prinsiplərinin, məqsədlərinin Azərbaycanın gündəliyinin bir çox məsələləri ilə üst-üstə düşməsi ölkəmizin maraqları ilə uzlaşır. Paralel olaraq Azərbaycan qurumda təmsil olunan əksər dövlətlər ilə ikitərəfli platformada əlaqələrə malikdir. Artıq illərdir ki, Azərbaycan ŞƏT-in Zirvə toplantılarında, sammitlərində iştirak edir. 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in Zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumu təsdiqləyib. Ölkəmiz, eyni zamanda, bir neçə il öncə təşkilatdakı statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün ŞƏT-in Katibliyinə rəsmən müraciət edib.

Ötən ilin iyulunda Qazaxıstanın paytaxtı Astanada keçirilən ŞƏT-ə üzv ölkələrin növbəti Zirvə görüşündə də Azərbaycan təmsil olunub. “ŞƏT+” formatında keçirilən Sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzularla bağlı müzakirələr aparıblar. Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində bildirib ki, ötən il Qazaxıstan Respublikası Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə mən ŞƏT-in sammitində iştirak etdim: “Hazırda Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. Azərbaycanın ŞƏT ilə əməkdaşlığı terrorizmlə, ekstremizmlə və separatçılıqla mübarizə, regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi kimi müxtəlif sahələri əhatə edir. Həmçinin sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın dəstəklənməsi kimi məsələlər diqqət mərkəzindədir. Məlum olduğu kimi, ölkəmiz bu sahələr üzrə beynəlxalq arenada fəal rol oynayır”.

“Şanxay ruhunun təşviqi: ŞƏT fəaliyyətdədir” devizi...

Paralel olaraq həmin sammitdə Qazaxıstandan sonra Şanxay Əməkdaşlıq Təşkilatına sədrliyin Çinə keçəcəyi məlum olub. Assosiasiyanın növbəti, yəni builki sammiti Çində keçiriləcək. Vurğulanmalıdır ki, Çin-Azərbaycan münasibətlərinin yüksək ruhda inkişafı Azərbaycanın ŞƏT ilə əlaqələrinin daha da möhkəmləndirilməsində də əlavə impuls yaradır. Təsadüfi deyil ki, aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da da vurğulanır ki, Azərbaycan Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyini dəstəkləyir və Çin tərəfinin ŞƏT-in keyfiyyətcə inkişafı üçün göstərdiyi əməli səylərini yüksək qiymətləndirir: “Azərbaycan “ŞƏT-in Dayanıqlı İnkişaf İli” tədbirlərində fəal iştirak etməyə və Təşkilatın üzv ölkələri ilə hərtərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu bildirir. Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun artırılmasını dəstəkləyir”.

Qeyd edək ki, həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Təşkilat 2001-ci ildə Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Təşkilatın əsas məqsədləri isə üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində bildirib ki, Çinin “Şanxay ruhunun təşviqi: ŞƏT fəaliyyətdədir” devizi altında təşkilata sədrliyi onun institusionallaşdırılmasına və beynəlxalq arenada rolunun gələcəkdə də möhkəmlənməsinə kömək edəcək: “ÇXR ŞƏT-in təsisçi ölkələrindəndir və təşkilatın inkişafının aparıcı güclərindən biri olaraq qalır. Əminəm ki, Çinin sədrliyi üzrə geniş proqramı çərçivəsində səyləri ŞƏT prinsipləri əsasında çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə, həmçinin onun vəzifələrinin həyata keçirilməsinə əlavə impuls verəcək”.

Azərbaycanın ŞƏT ilə əməkdaşlığı müxtəlif sahələri əhatə edir

Bütün beynəlxalq təşkilatlarla olduğu kimi, ŞƏT-lə əlaqələrin möhkəmləndirilməsi işgüzar, qarşılıqlı maraqlara əsaslanan və hörmət əsasında formalaşır. Azərbaycan yerləşdiyi bölgənin aparıcı iqtisadi-siyasi ölkəsi, bir sözlə regionun lideri kimi bu əməkdaşlığın regional mahiyyət qazanması üçün səy göstərir. Azərbaycan-ŞƏT əməkdaşlığı bütövlükdə, Cənubi Qafqaz üçün yüksək perspektiv yaradır. Əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən sahələr üzrə müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Ölkəmiz Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlıqda iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və digər sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərini yüksək dəyərləndirir. Növbəti sammitlərdə bu əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində inklüziv əməkdaşlıqların müxtəlif istiqamətləri ilə bağlı addımların atılacağı gözlənilir. Eyni zamanda, yeni dönəm üçün sədr olan Çinin ŞƏT-in maraqları çərçivəsində ölkəmizdə əməkdaşlıq perspektivlərini daha da gücləndirməsi bütövlükdə təşkilat ilə Bakı arasında münasibətləri mühüm bir zirvəyə yüksəldə bilər.  Prezident İlham Əliyev bildirib ki, biz ŞƏT-in fəaliyyətinə böyük əhəmiyyət veririk və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşürük: “Regionda etibarlı tərəfdaş və mühüm dövlət olan Azərbaycan beynəlxalq və regional sülhün, təhlükəsizliyin bərqərar olmasına töhfə verməkdə davam edir, ticarət, kommersiya və investisiya əlaqələrinin genişlənməsinə yönəlmiş, bununla da qlobal iqtisadi inkişafa və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına kömək edən irimiqyaslı iqtisadi-ticari, nəqliyyat, infrastruktur və energetika sahələrində layihələr həyata keçirir. Həmçinin əminəm ki, ölkələrimizin sıx ikitərəfli qarşılıqlı fəaliyyəti Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının dərinləşməsinə və bu təşkilatın statusunun artmasına səmərəli surətdə kömək edəcək”.

Pərviz İSMAYILOV 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Aprel 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see792

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see320

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see284

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see276

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see272

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see261

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see259

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see255

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see232

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see227

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see214

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see214

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see209

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see196

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see187

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see186

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see185

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see180

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri