Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Azərbaycan ŞƏT: reallıqlar, perspektivlər

Azərbaycan ŞƏT: reallıqlar, perspektivlər

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Rusiya təşkilatda Ermənistana da üzvlük vəd edir 

“Biz Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) işinə başqa ölkələrin də qoşulmasını istəyirik. Mövqeyimiz çoxqütblü dünya prinsipi nəzərə alınmaqla, ŞƏT ilə qarşılıqlı fəaliyyətin təbii olmasına əsaslanır. Bunun hamıya fayda verəcəyini başa düşərək, əməkdaşlığın asanlaşdırılması üçün əlimizdən gələni edəcəyik”. Bu barədə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin bildirib. Onun sözlərinə görə, Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatının işinə qoşulmalıdır.

Qısa məlumat: Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən təsis olunub. 2017-ci ilin iyununda Hindistan və Pakistan, 2023-cü ilin iyulunda isə İranı təşkilata üzv seçiliblər. ŞƏT-in əsas məqsədləri üzv ölkələr arasında qarşılıqlı etimadı gücləndirmək, təhlükəsizlik, siyasət, ticarət və digər sahələrdə səmərəli əməkdaşlığı təşviq etməkdir. Təşkilatın iki daimi orqanı – Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı regional strukturu mövcuddur.

Azərbaycan və Türkiyə də ŞƏT ilə yaxınlaşma istiqamətində fəallıq nümayiş etdirirlər. 2024-cü ilin iyulunda Azərbaycan statusunu dialoq tərəfdaşından müşahidəçi ölkəyə dəyişmək üçün müraciət edib. Beləliklə, Azərbaycanın bu təşkilata tamhüquqlu üzvlük perspektivi var. Burada təmsil olunan və bir araya gələn, demək olar ki, bütün dövlətlərlə ölkəmizin normal əlaqələri mövcudur. Təbii ki, bu da təşkilatla münasibətlərimizin genişlənməsinə münbit şərait yaradır. 

Eyni zamanda, qarşılıqlı etimad, qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasi, ticarət, iqtisadiyyat və digər sahələrdə səmərəli əməkdaşlıq, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması kimi ŞƏT-in məqsədlərinin Azərbaycan üçün də xüsusi önəmi var və ölkəmizin maraqlarına tam cavab verir. 

Bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Tszyançao bir neçə gün əvvəl Bakıda keçirilən “Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda bildirib ki, Çin Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında daha sıx qarşılıqlı əlaqələrə ümid edir. Onun sözlərinə görə, Çin və Azərbaycanın gündəliyinə sülh və təhlükəsizliyi təşviq etmək daxildir və bu, ŞƏT platforması çərçivəsində həyata keçirilə bilər: “Çin və Azərbaycan birlikdə Avrasiyada təhlükəsizlik konsepsiyasını həyata keçirir. Bu əməkdaşlıq Avrasiya qitəsində sülh və təhlükəsizliyin təmin edilməsi üçün əsas yaradır”. 

Azərbaycan iqtisadi sahədə də ŞƏT üçün faydalı ölkədir. Ölkəmizin bütün sahələri əhatə edən davamlı inkişafı, regional güc mərkəzinə çevrilməsi, əlverişli təbii-coğrafi mövqeyi bu təşkilatla əlaqələrinə ciddi təsir edir. Eləcə də tranzit və nəqliyyat–logistika imkanları, Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə göstərdiyi dəstək Azərbaycanı ŞƏT üçün cəlbedici edir. Bu barədə Milli Məclisin deputatı Elşad Musayev XQ-yə açıqlamasında bildirdi ki, Orta Dəhliz kimi də tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin təşkilat və ona üzv dövlətlər üçün üstünlükləri böyükdür: “Orta Dəhliz Avropa ilə Asiya arasında əlaqəni təmin edən mühüm tranzit yoludur. Azərbaycan bu nəqliyyat dəhlizinin mərkəzi hissəsi olaraq beynəlxalq ticarətdə həlledici rol oynayır. Odur ki, Azərbaycanın ŞƏT ilə əməkdaşlığı nəqliyyat dəhlizləri üzrə daşımaların artmasına təkan verir. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından unikal imkanlar təqdim edir. Çünki dəhliz ŞƏT ölkələri üçün nəqliyyat–logistik daşımaların həyata keçirilməsində yeni imkanlar yaradır. Daşımaların təhlükəsizliyinin yüksəldilməsi, dəhlizin inkişafında iştirak edən ölkələr arasında konstruktiv dialoqun inkişaf etdirilməsinə səbəb olur. Beynəlxalq layihə həm də yeni xidmət növlərinin açılmasına, iş yerlərinin yaradılmasına, ölkələrin büdcəsinə əlavə gəlirin gəlməsinə, yeni investisiya layihələrinin həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, təşkilata üzvlük Azərbaycana fəal ticarət-iqtisadi əməkdaşlıq və böyük Asiya bazarlarına, o cümlədən Çin bazarına çıxış üçün perspektivlər açır. Onu da qeyd edim ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Çinin Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirilir.

Həmçinin ŞƏT terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoq və multikulturalizmin təşviqi kimi sahələrdə əməkdaşlığı müzakirə etmək üçün əhəmiyyətli platformadır. Bu məsələlər Azərbaycanın xarici siyasətinin əsas prioritetləri sırasında yer alır və ölkəmizin bu sahələrdəki mövqeyini daha da möhkəmləndirir ”.

Beləliklə, Azərbaycanın ŞƏT ilə əməkdaşlığı hər iki tərəfin maraqlarına xidmət edir və iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, eksterimizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalar­arası dialoqun təşviqi kimi sahələri əhatə etməklə dövlətlərarası münasibətləri möhkəmləndirir.

Bəs Ermənistanın ŞƏT-in işlərinə cəlb olunması ilə əlaqədar Rusiyanın cəhdlərinin arxasında nə dayanır? Ermənistanın ŞƏT-ə qoşulma perspektivlərinə gəlincə, xatırlatmaq yerinə düşər: 2015-ci ildə Ufada keçirilən sammitdə Ermənistan dialoq üzrə tərəfdaş statusu alıb və 2016-cı ildə bu status rəsmən təsdiqlənib. 2024-cü ilin iyulunda rəsmi İrəvan ŞƏT-ə müşahidəçi statusu almaq üçün müraciət edib.

2024-cü ilin iyununda Ermənistanın baş naziri Nikol Paşinyan ŞƏT-in baş katibi Çenq Minqlə İrəvanda görüşü zamanı təşkilatla əməkdaşlığın dərinləşdirilməsinə ciddi maraq nümayiş etdirib. Aydındır ki, Ermənistanın ŞƏT-ə üzv olmaq istəyi bir sıra amillərlə bağlıdır. Birincisi, ŞƏT-də iştirak ölkənin beynəlxalq imicinə müsbət təsir göstərə bilər. Otuz ilə yaxın işğalçı statusunda olan Ermənistan 2020-ci ildə Qarabağda məğlub olduqdan sonra özünü yeni rolda – açıq qarşılıqlı fəaliyyətə hazır dövlət kimi təsdiq etməyə çalışır. Bu, ŞƏT-ə üzv ölkələr üçün əsas tələblərə cavab verir.

İkincisi, təşkilata üzvlük Ermənistan üçün xarici bazara çıxmaq imkanları yaradır. Üçüncüsü, ŞƏT-də iştirak ölkənin kollektiv təhlükəsizlik sahəsində imkanlarını genişləndirir ki, bu da təşkilatın nizamnaməsində aydın şəkildə əksini tapıb.

İndi isə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinin açıqlamasına qayıdaq. Bu, Rusiyanın İrəvanın qərbyönlü kursundan ümumi narazılığı kontekstində nəzərdən keçirilməlidir. Ermənistanın ŞƏT-ə inteqrasiyası Moskvanın maraqlarına xidmət edir. Çünki bu, Ermənistanla əlaqələri gücləndirməyə kömək edir və onun KTMT üzrə tərəfdaşları – Qazaxıstan, Qırğızıstan və Tacikistanla qarşılıqlı əlaqələrini gücləndirir.

Ola bilsin ki, Moskva ŞƏT-in daimi üzvü kimi Ermənistana müşahidəçi statusu, gələcəkdə isə tamhüquqlu üzvlük prosesində dəstək göstərsin. Bu strategiya Ermənistanı Avrasiya İqtisadi İttifaqında (Aİİ), həmçinin KTMT-də saxlamağa, habelə onun Avropa İttifaqına (Aİ) inteqrasiya istəklərini cilovlamağa yönəlmiş daha geniş Rusiya təşəbbüslərinin ümumi çərçivəsinə uyğun gəlir.

Bu yaxınlarda Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərlə söhbətində qeyd edib ki, Ermənistan “iki stulda” otura bilməyəcək və tezliklə Aİİ və Aİ arasında seçim etmək məcburiyyətində qalacaq.

Pünhan ƏFƏNDİYEV 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri