Icma.az
close
up
RU
Azərbaycan Slovakiya münasibətləri yeni, daha dinamik mərhələyə qədəm qoyur

Azərbaycan Slovakiya münasibətləri yeni, daha dinamik mərhələyə qədəm qoyur

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında əlaqələrin yalnız mövcud vəziyyətini qiymətləndirmək baxımından deyil, həm də gələcək əməkdaşlıq xəttinin formalaşdırılması baxımından mühüm hadisə kimi yadda qaldı. Səfər çərçivəsində Slovakiyanın ali dövlət rəhbərliyi ilə yüksək səviyyəli görüşlər keçirildi, müxtəlif sahələr üzrə əməkdaşlıq perspektivləri ətraflı müzakirə olundu və münasibətlərin strateji çərçivədə inkişafı üçün yeni imkanlar müəyyən edildi.

Görüşlərdən sonra Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə birgə mətbuat üçün bəyanatı iki ölkə arasında siyasi dialoqun mahiyyətini və dinamikliyini bir daha nümayiş etdirdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan və Slovakiya arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək prinsipləri əsasında möhkəmlənir. Bu münasibətlər təkcə rəsmi səviyyədə deyil, həm də iqtisadi, humanitar və regional təhlükəsizlik kontekstində strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin çıxışında enerji sahəsi xüsusi vurğulandı. Dövlət başçısı Azərbaycan qazının artıq Slovakiyaya çatdırıldığını bildirərək, bunun Avropanın enerji təhlükəsizliyi baxımından mühüm hadisə olduğunu qeyd etdi. O xatırlatdı ki, Cənub Qaz Dəhlizi bu gün qitənin enerji şaxələndirilməsi strategiyasında aparıcı rol oynayır və Azərbaycan uzunmüddətli, etibarlı enerji tərəfdaşı kimi öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirir. Bu mesaj həm də Azərbaycanın Avropa İttifaqına inteqrasiya edən ölkələrlə əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinin siqnalıdır.

Bəyanatda nəqliyyat-logistika sahəsinə dair fikirlər də xüsusi yer aldı. Prezident İlham Əliyev Azərbaycanın Avropa ilə Asiya arasında yerləşən mühüm tranzit ölkə olduğunu qeyd edərək, Şərq–Qərb nəqliyyat dəhlizinin inkişafı istiqamətində Slovakiya ilə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirdi. Bu əməkdaşlıq təkcə yükdaşımalar sahəsində yeni imkanlar yaratmır, həm də qlobal ticarət şəbəkələrinin genişlənməsində iki ölkənin rolunu artırır.

Dövlət başçısı bununla yanaşı, müdafiə sənayesi, sənaye istehsalı və yüksək texnologiyalar sahələrində birgə layihələrin həyata keçirilməsi imkanlarına toxundu. Azərbaycan və Slovakiya bu sahələrdə həm istehsal, həm də texnologiya mübadiləsi baxımından qarşılıqlı maraq göstərir. Prezidentin İlham Əliyevin vurğuladığı kimi, hər iki ölkə sənaye potensialını gücləndirəcək və texnoloji yeniliklərə əsaslanan layihələrə hazırdır. Bu, gələcək ikitərəfli investisiya təşəbbüslərinə və əməkdaşlıq formatlarına yeni dinamizm gətirə bilər.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın regionda sülh, sabitlik və əməkdaşlıq tərəfdarı olduğunu da xüsusi olaraq qeyd etdi. Ölkəmizin beynəlxalq hüquqa əsaslanan siyasət yürütməsi, qonşuluq münasibətlərinə konstruktiv yanaşması və qlobal təhlükəsizlik təşəbbüslərində fəal iştirak etməsi Slovakiya tərəfindən də yüksək dəyərləndirildi. Dövlət başçısı Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə davamlı dəstəyini minnətdarlıqla qeyd etdi ki, bu da siyasi əməkdaşlığın etibarlı təməldə qurulduğunu göstərir.

Səfər çərçivəsində imzalanan əməkdaşlıq sənədləri və memorandumlar münasibətlərin yalnız bugünkü səviyyəsini təsbit etmək üçün deyil, həm də gələcək onilliklər üçün inkişaf xəttini müəyyənləşdirmək məqsədi daşıyır. Bu sənədlər Azərbaycanın Slovakiya ilə əməkdaşlığı daha sistemli, daha geniş və daha dərin perspektivdə davam etdirməyə hazır olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri, ümumilikdə, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Siyasi dialoqdan enerji və logistika layihələrinə, texnologiyadan müdafiə sənayesinə qədər çoxşaxəli əməkdaşlıq istiqamətləri göstərir ki, Azərbaycan–Slovakiya əlaqələri yeni dövrdə daha dinamik, qarşılıqlı faydalı və strateji xarakter daşıyacaq.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Dekabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see120

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri