Icma.az
close
up
RU
Azərbaycan Sülh Şurasında

Azərbaycan Sülh Şurasında

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə yaradılmış Sülh Şurasına təsisçi üzv kimi dəvət edilib. Prezident Donald Tramp bununla bağlı həmkarı İlham Əliyevə şəxsən dəvət məktubu ünvanlayıb. Bu dəvət, həmçinin Bakı-Vaşinqton münasibətlərinin artıq yeni mərhələyə keçdiyini göstərir.

Bu, həm də ölkəmizin təkcə regionda deyil, qlobal  miqyasda artan rolunu, nüfuzunu nümayiş etdirir. Bu, bir daha onu göstərir ki, Bakı yeni təhlükəsizlik və sülh quruculuğu arxitekturasının formalaşmasında mühüm rola malikdir və regionda yaratdığı sülh modeli dünyada böyük maraqla qarşılanır, təqdir edilir.

Trampın məktubunda bildirilir: "Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram. Bizim səylərimiz nümunə göstərməyə hazır olan, yeni nəsillər üçün təhlükəsiz və çiçəklənən gələcəyə parlaq şəkildə sərmayə yatıranlara nəsib olan bir şərəfi - daimi sülhün qurulması kimi nəcib məsuliyyəti çiyinlərinə götürmək istəyən seçilmiş ölkələr qrupunu bir araya gətirəcəkdir. Yaxın gələcəkdə əksəriyyəti yüksək hörmətə sahib dünya liderləri olan möhtəşəm və etibarlı tərəfdaşlarımızı bir araya gətirəcəyik".

Etibarlı tərəfdaş ifadəsi Birləşmiş Ştatlar liderinin Azərbaycana münasibətinin mahiyyətini bir daha ortaya qoyur.

Prezident İlham Əliyevin cavab məktubunda isə vurğulanıb ki, bu dəvəti Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul edirəm:

"Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq. İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək.

Sizin müdrik liderliyinizə və sülh quruculuğu səylərinizə səmimi təqdirimi qəbul edin. Sizə Sülh Şurasının Sədri vəzifənizdə uğurlar arzu edirəm".

Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub ki, Azərbaycan Respublikası sözügedən dəvəti qəbul edərək, Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb: "Ölkəmizin Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək. Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır".

Donald Tramp daha əvvəl Prezident İlham Əliyevi 2025-ci il oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərq Sülh Sammitinə dəvət edib. Məhdud sayda liderlərin dəvət aldığı bu sammitdə Azərbaycan rəhbərinin iştirakı mühüm əhəmiyyət kəsb edən hadisə idi.

Ölkəmizin Sülh Şurasına təsisçi üzv olaraq dəvət almasının əhəmiyyəti və bu çərçivədə hansı mümkün töhfələrinin ola bilməsinə münasibət bildirən Milli Məclisin deputatı Asim Mollazadə "525"ə deyib ki, Azərbaycanın Sülh Şurasına dəvət olunması ilk növbədə ona olan yüksək hörmətin əlamətidir. Eyni zamanda, bu, Azərbaycanın nüfuzunun bütün dünyada nümayişidir. Ölkəmiz beynəlxalq miqyasda güclü dövlət kimi tanınıb.

Deputat hesab edir ki, bu dəvət, həmçinin Azərbaycanın humanitar missiyasına verilən qiymətdir: "Azərbaycan bir çox ölkələrə, xalqlara öz kömək əlini uzadıb, humanitar dəstək verib, bu, təbii olaraq dünyada yüksək qiymətləndirilir. Azərbaycan Sülh Şurasında iştirak edəcək. Ölkəmiz  hər zaman sülh, humanizm tərkibində olan proseslərdə iştirak edir".

Azərbaycanın Sülh Şurasında töhfələrinə gəlincə, deputat deyib ki, bu, ilk növbədə humanizmlə, insanlara dəstəklə bağlıdır: "Eyni zamanda, Azərbaycan sülhyaratma prosesində də fəaldır. Hazırda Cənubi Qafqazda sülh yaranıb, sülh güclənib və bu Azərbaycan dövlətinin mahiyyətidir".

ABŞ və Azərbaycan liderlərinin məktub mübadilələrinə də toxunan A.Mollazadə deyib ki, həmin məktublarda ən diqqət çəkən məqam məhz dövlət başçılarının şəxsi münasibətlərinin yüksək səviyyədə olmasıdır.

Politoloq Şəbnəm Həsənova "525"ə deyib ki, ABŞ Prezidenti Donald Trampın Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını Azərbaycanın dəstəkləməsi və təsisçi üzv dövlət olmaqla bağlı dəvətə razılıq verməsi, ondan xəbər verir ki, ölkəmiz sülhü sadəcə regionda deyil, bütün dünyada təşviq edir".

O bildirib ki, Yaxın Şərqdə baş verən proseslər bəllidir, resurslar uğrunda savaşın aktuallığı, Qrenlandiya məsələsi aydındır. Rusiya-Ukrayna məsələsi ilə bağlı əldə edilə bilməyən nəticələr və reallıq göz önündədir:

"Təbii ki, bütün bunların fonunda Azərbaycan beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır. Belə çətin proseslərin içindən çıxmaq üçün aydın vizyonu olan liderlərə ehtiyac duyulur. Bu işdə fövqəldövlətin Azərbaycana dəvət göndərməsi, Azərbaycanı aktorlar arasında görmək istəyi Prezident İlham Əliyevin yürütdüyü siyasətin son dərəcə korrekt olduğundan xəbər verir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Yanvar 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri