Icma.az
close
up
RU
Azərbaycan Sülh Şurasında: Bakının qlobal aktor statusu daha da möhkəmlənir

Azərbaycan Sülh Şurasında: Bakının qlobal aktor statusu daha da möhkəmlənir

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"Azərbaycanın ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olması dəvətini qəbul  etməsi çox ciddi addımdır. Sülh Şurasında iştirak etmək qərarımız qürurvericidir. Bu fakt beynəlxalq münasibətlər sistemində ölkəmizin artan nüfuzunun və oynadığı mühüm rolun bariz göstəricisidir".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu ABŞ Prezidenti Donald Trampın Azərbaycanı Sülh Şurasına təsisçi üzv kimi dəvət etməsini və rəsmi Bakının bu dəvəti qəbul etməsini şərh edərkən bildirib. 

Deputatın sözlərinə görə, Trampın elan etdiyi Sülh Şurasına Azərbaycanın təsisçi dövlət statusunda dəvət olunması ölkəmizin beynəlxalq münasibətlər sistemində oynadığı rol və qlobal aktor kimi imkanları ilə birbaşa bağlıdır: 

"Azərbaycan yerləşdiyi coğrafiyada, daha geniş mənada isə Yaxın Şərq və Avrasiya məkanında mühüm siyasi aktorlardan biridir. Ölkəmizin regionda sülhün təmin olunması istiqamətində nümayiş etdirdiyi ardıcıl və məqsədyönlü siyasət, eyni zamanda bu sahədə formalaşdırdığı praktiki təcrübə Trampın irəli sürdüyü Sülh Şurası ideyası üçün real nümunədir. Azərbaycan bu sülhyaratma təcrübəsini formalaşdırarkən nə ABŞ-ın Sülh Şurası mövcud idi, nə də bu günkü qlobal sülh təşəbbüsləri".


Müsahibimizin fikrincə, hazırkı mərhələdə ABŞ və Azərbaycanın sülhlə bağlı mövqelərinin üst-üstə düşməsi iki liderin siyasi iradəsi ilə bağlıdır: 

"Bir tərəfdən Azərbaycan Prezidenti İlham Əliyevin sülh yaratmaq təcrübəsi, bu istiqamətdə nümayiş etdirdiyi siyasi qətiyyət, digər tərəfdən isə ABŞ Prezidenti Donald Trampın qlobal miqyasda sülh təşəbbüsləri irəli sürmək və onları reallaşdırmaq niyyəti bu uyğunluğu şərtləndirir. Məhz bu kontekstdə Sülh Şurasının ilkin mərhələdə mühüm və strateji qərarlar qəbul edəcəyi gözlənilir".

Hikmət Babaoğlu hesab edir ki, perspektivdə Sülh Şurasının institusional struktur kimi formalaşması da gündəmə gələ bilər:

"Hazırda dünyada sülhün qorunması və beynəlxalq təhlükəsizliyin təmin edilməsi funksiyasını daşıyan bir sıra beynəlxalq təşkilatlar bu missiyanı effektiv şəkildə yerinə yetirə bilmir. Bu baxımdan Sülh Şurasını yalnız Qəzzada baş verən hadisələr kontekstində formalaşdırılan müvəqqəti təşəbbüs kimi dəyərləndirmək doğru olmaz. Donald Trampın nəzərdə tutduğu bu platformanı gələcəkdə dünyanın sülh, beynəlxalq hüquq və qarşılıqlı hörmət prinsipləri əsasında idarə olunmasına yönəlmiş yeni bir beynəlxalq təşkilatın başlanğıcı kimi qiymətləndirmək lazımdır".

Qeyd edək ki, yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilatın yaradılması barədə qərarını elan edərək, Azərbaycanı bu quruma təsisçi üzv dövlət kimi dəvət edib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, rəsmi Bakı bu dəvəti qəbul edib və Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. 

Bundan sonra Donald Tramp və İlham Əliyev arasında məktub mübadiləsi olub. ABŞ Prezidenti Azərbaycan dövlət başçısına Sülh Şurasına qoşulmasına görə təşəkkür edib. İlham Əliyev isə dəvətə görə Amerika liderinə minnətdarlığını bildirib.

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri