Icma.az
close
up
RU
Azərbaycan sülh və təhlükəsizlik diplomatiyasının qovşağına çevrilir Vüqar Zifəroğlu

Azərbaycan sülh və təhlükəsizlik diplomatiyasının qovşağına çevrilir Vüqar Zifəroğlu

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Bakıda gələn həftənin cümə axşamı Suriya və İsrail arasında təhlükəsizlik görüşü keçiriləcək.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, politoloq Vüqar Zifəroğlu bildirdi ki, İsrail və Suriya rəsmilərinin Bakıda görüşmələri olduqca əhəmiyyətli hadisədir. Onun fikrincə, bu tip görüşlərin Azərbaycan paytaxtında baş tutması rəsmi Bakının artan diplomatik və vasitəçilik roluna, həmçinin etibarlılığına işarə edir:

"Bildiyimiz kimi, Azərbaycan həm ərəb ölkələri, həm də İsraillə yüksək səviyyəli münasibətlərə malikdir. Bu balanslı siyasət Bakı üçün regionlararası vasitəçi kimi çıxış etməyə şərait yaradır. 
Bakı İsraillə strateji tərəfdaş olsa da, rəsmi Dəməşqlə də hazırda yaxın münasibətlər formalaşmaqdadır".

Politoloq qeyd etdi ki, İsrail və Suriya arasında diplomatik münasibətlər yoxdur və bu iki ölkə rəsmi olaraq hələ də müharibə vəziyyətindədir:

"Bu səbəbdən onların eyni masa arxasında oturması, ələlxüsus hazırda regionda baş verən proseslər fonunda ciddi hadisədir. Bu tip prinsipial və əhəmiyyətli görüşlərin üçüncü tərəfin vasitəçiliyi ilə və neytral məkanda keçirilməsi praktikası var. Bu çərçivədə Bakı yeni bir neytral diplomatik məkana çevrilir. Bu görüş təkcə İsrail və Suriya arasında danışıqların bir epizodu deyil, həm də Azərbaycanın sülh və təhlükəsizlik diplomatiyasının qovşağına çevrildiyini gőstərir. Bu baxımdan, Bakı yalnız görüşlərə meydan verən şəhər deyil, yeni diplomatik arxitekturanın formalaşmasında iştirak edən əsas oyunçulardan biri kimi tarixə düşə bilər", - deyə Vüqar Zifəroğlu yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Sentyabr 2025 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri