Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Azərbaycan dünyada nümunəvi model yaratmış bir ölkədir” Politoloq

Azərbaycan dünyada nümunəvi model yaratmış bir ölkədir” Politoloq

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyev bir sıra mühüm siyasi və strateji mesajlar verdi. Dövlət başçısı çıxışında Qarabağ münaqişəsinin həlli prosesinə, beynəlxalq hüququn norma və prinsiplərinə münasibətdə ikili standartlara, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə, eləcə də dialoqun beynəlxalq münasibətlərdə roluna toxundu. Prezidentin səsləndirdiyi fikirlər forumun əsas mövzusu olan mədəniyyətlərarası dialoqun əhəmiyyəti ilə yanaşı, müasir beynəlxalq münasibətlərin aktual məsələlərini də əhatə edib.

Politoloq Şəbnəm Həsənova “525”ə şərhində deyib ki, bu gün Azərbaycan dünyada nümunəvi model yaratmış bir ölkədir. Eyni zamanda, Azərbaycan öz uğur hekayəsini özü formalaşdırmış bir dövlət və xalqdır:

“Bu istiqamətdə Prezident İlham Əliyev haqlı olaraq hər kəsi bu irsdən öyrənməyə və bəhrələnməyə dəvət etdi. Bu məsələ həm də ona görə xüsusi əhəmiyyət kəsb edir ki, Azərbaycan ikili standartların mövcud olduğu şəraitdə öz reallıqlarını özü yarada bildi. Dövlətimizin və xalqımızın öz gücünə arxalanması bizi bu nəticəyə gətirib çıxardı.

2026-cı il sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının ŞƏT plyus formatında görüşü keçirilərkən cənab Prezident İlham Əliyev həmin tədbirdə də olduqca fundamental xarakterli bir çıxış etmişdi. Xatırlatmaq yerinə düşər ki, BMT-nin Baş katibi Antonio Quterreş də həmin gün ŞƏT sammitində iştirak edirdi. Cənab Prezident İlham Əliyev məhz bu iştirakı və beynəlxalq platformanın əhəmiyyətini nəzərə alaraq Azərbaycanın Ermənistanla sülh prosesinə, beynəlxalq hüququn tətbiqinə, BMT-nin fəaliyyətinə və çoxtərəfli diplomatiyaya dair fundamental baxış ortaya qoydu. Bu istiqamətdə Azərbaycanın mövqeyini ön plana çıxartdı. Cənab Prezident bildirdi ki, Ermənistanla sülh prosesi yeni regional reallıqlar yaradır. Şübhəsiz ki, sülh sazişinin mətninin paraflanması otuz illik münaqişənin başa çatmasına və Cənubi Qafqazın münaqişə zonasından sülh və əməkdaşlıq zonasına çevrilməsinə zəmin yaradıb.

Dövlət başçımız illər ərzində kağız üzərində qalan BMT qətnamələrinə də diqqət çəkmişdi. Bu baxımdan, əgər vaxtında müvafiq mexanizmlər yaradılsaydı, düşünürəm ki, yalnız Azərbaycanın problemi həll edilməzdi, həm də dünyada baş verən bir çox haqsızlıqlar öz həllini tapmış olardı. BMT-nin nüfuzu da məhz bu şəraitdə arta bilərdi”.

Politoloq deyib ki, bu gün Azərbaycan sülhün sadəcə kağız üzərində qalmaması üçün çalışır, praktiki nəticələrə yönələn siyasət ortaya qoyur. Azərbaycan Ermənistana neft məhsulları tədarük edir, üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir: “Eyni zamanda, qarşılıqlı ticarətin genişləndirilməsi istiqamətində ciddi iş aparılır. Şübhəsiz ki, sülhü sadəcə bəyanatlarla məhdudlaşdıra bilmərik. İqtisadi və nəqliyyat əlaqələrinin qurulması baxımından da sülh son dərəcə mühüm əhəmiyyət kəsb edir. Azərbaycan suverenliyini və ərazi bütövlüyünü illər ərzində göstərdiyi səylər hesabına bərpa etdi. BMT-nin münaqişə ilə bağlı qətnamələrinin icrası istiqamətində isə müvafiq addımlar atılmadı. Dövlət başçımız beynəlxalq təşkilatların qəbul etdikləri qərarların real icrası məsələsinə haqlı olaraq tənqidi yanaşma nümayiş etdirdi və bu istiqamətdə mühüm mesaj verdi.

Beynəlxalq hüququn tətbiqində selektivliyə yol verilməməlidir. Azərbaycan məhz buna çalışır. Eyni zamanda, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası baxımından effektiv mexanizmlər mövcud olmalıdır.

Cənab Prezident İlham Əliyevin ŞƏT plyus formatındakı çıxışının əsas mesajlarından biri beynəlxalq hüququn etibarlılığı ilə bağlıdır. Bu etibarlılıq yalnız qəbul edilən qərarlar real icra mərhələsinə çatdıqda və həyata keçirildikdə təmin oluna bilər. Bu baxımdan, siyasi razılaşmalarla yanaşı, iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı da bölgəmizdə sülhün möhkəmləndirilməsinə xidmət etməlidir. Prezident İlham Əliyev beynəlxalq platformalarda fundamental, dərin məzmunlu çıxışlar edərək hədəf kütləsini düzgün müəyyənləşdirir, mesajlarını da dolğun və səlis çatdırır”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Oktyabr 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri