Icma.az
close
up
RU
Azərbaycan taekvondo millisinin baş məşqçisi: “Artıq gənclərə yer verməliyik”

Azərbaycan taekvondo millisinin baş məşqçisi: “Artıq gənclərə yer verməliyik”

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycanın taekvondo millisinin baş məşqçisi Məmməd Abdullayev artıq gənclərə yer verməyin və nəsildəyişmə prosesinə başlamağın vacibliyini düşünür.

O, davamçıların gəlməli olduğunu vurğulayıb:

“Yaxşı, həvəsli uşaqlar var. Sadəcə, yarış təcrübələri azdır. Yenilərdən Vasif Səlimovu qeyd edə bilərəm. Onu bir neçə yarışa aparmışıq. Gənc idmançı birdən-birə böyüklər arasında yarışlara çıxanda çətin olur. Gənc kadrları inkişaf etdirmək üçün zaman lazımdır. Azərbaycan taekvondusunda böyük nəticələr, qələbələr əldə edənlər, həmçinin istəklərinə çatmasalar da, mübarizə aparanlar sağ olsunlar. Kimlər ki, kifayət qədər mübarizə aparıb, amma medal qazana bilməyib, ya çəkilərini dəyişməli, ya da onlarla vidalaşmalıyıq. İdmançı özü də bunu dərk etməlidir. Davamçılar gəlməlidir. Artıq gənclərə yer verməliyik”, - deyə mütəxəssis bunu “Report”a açıqlamasında deyib.

Baş məşqçi Azərbaycan çempionatında kəmiyyətin az olduğunu qabardıb:

“Azərbaycan çempionatında kəmiyyət, seçim çox azdır. Yarışda aparıcı idmançılarımızdan Cavad Ağayevlə Qaşım Maqomedov iştirak etmədi. Hər ikisinin çəkisində iki yeni gənc idmançı Azərbaycan çempionu oldu. Çalışırıq gənclərə üstünlük verək, komandanı yeniləyək. Artıq kifayət qədər nəticə verən, mübarizə aparan idmançıları yeni nəsillə əvəzləmək istəyirik. Bu da uzun prosesdir, müəyyən müddət davam edəcək”.

M.Abdullayev qarşıdakı planlardan da danışıb:

“2026-cı ildə böyüklər arasında Avropa çempionatı baş tutacaq. Bundan əlavə, bizi 4 Qran-pri gözləyir. Ümumi xalları yığmaq üçün hər mərhələdə olimpiya komandası bölünərək iştirak edəcək. Düzdür, təcrübə məsələsi var, amma hansısa gənc idmançılar bu yarışlarda iştirak etməlidirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 Dekabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see327

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see234

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see148

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see147

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see143

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see134

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see133

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see130

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri