Azərbaycan taekvondoçuları Türkiyə millisi ilə birgə məşq edir
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gənclər Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Azərbaycan və Türkiyə Taekvondo Milli Komandaları Ankara şəhərində birgə təlim-məşq toplanışında iştirak edir.
XQ xəbər verir ki, idmançılarımız Zəhra İsayeva (44 kq) və Adil Əliyev (73 kq) milli komandanın məşqçisi Elnur Amanovun rəhbərliyi altında Türkiyə Olimpiya komandası ilə birgə məşqlərdə iştirak edərək Dakar-2026-ya hazırlıqlarını davam etdirirlər.
Birgə hazırlıq zamanı Türkiyə Taekvondo Federasiyasının prezidenti Bahri Tanrıkulu məşqi ziyarət edərək hər iki ölkənin məşqçi və idmançılarına uğurlar arzulayıb. Görüş zamanı federasiyalar adından qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.
Məşqlər avqustun 5-dən başlayıb və 26-dək davam edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 19 Avqust 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















