Icma.az
close
up
RU
Azərbaycan TDT də həm platforma, həm təşəbbüskar, həm də etibarlı tərəfdaşdır ŞƏRH

Azərbaycan TDT də həm platforma, həm təşəbbüskar, həm də etibarlı tərəfdaşdır ŞƏRH

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 sentyabr, AZƏRTAC

‎ Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq nüfuzunun artdığı bir dövrdə Azərbaycanın təşkilat çərçivəsində fəal rolu xüsusi diqqət çəkir. Son günlər Bakıda TDT üzv dövlətlərinin dini liderlərinin, ardınca isə Təhlükəsizlik Şuralarının katiblərinin yüksək səviyyəli toplantılarının keçirilməsi ölkəmizin Türk dünyası ilə əlaqələrinin sistemli və çoxşaxəli xarakter daşıdığını göstərir. Prezident İlham Əliyev də sentyabrın 17-də TDT-nin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bu ardıcıl görüşlərin təşkilat çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisi olduğunu vurğulayıb. ‎

‎ Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib.

‎O deyib ki, TDT-nin əsas strateji hədəflərindən biri aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilməkdir. 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Zirvə görüşündən sonra təşkilat üzv ölkələr arasında əlaqələrin inkişafı, mühüm məsələlərin həlli və beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli yol keçib. Bu gün TDT müxtəlif sahələri əhatə edən əməkdaşlıq mexanizmlərinə malikdir və onun potensialından daha geniş istifadə olunması üçün imkanlar artır. ‎Bu baxımdan dövlət başçılarının görüşlərinin daha intensiv keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın təşəbbüsü ilə qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə başlanılması da bu zərurətdən irəli gəlir. İlk qeyri-rəsmi Zirvə görüşünün Şuşada keçirilməsi ölkəmizin təşkilat daxilində təşəbbüskar mövqeyinin göstəricilərindən biridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət başçılarının ildə yalnız bir dəfə görüşməsi kifayət deyil.

‎ Deputatın fikrincə, TDT-nin geniş coğrafiyası təşkilata enerji və nəqliyyat sahəsində böyük imkanlar verir. Enerji təhlükəsizliyi və etibarlı nəqliyyat bağlantıları ümumi təhlükəsizliyin mühüm tərkib hissəsidir. Azərbaycan bu istiqamətdə xüsusi imkanlara malikdir. Ölkəmiz Mərkəzi Asiya dövlətlərini Xəzər dənizi vasitəsilə beynəlxalq bazarlarla əlaqələndirən mühüm tranzit ölkədir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın coğrafi mövqeyi enerji və nəqliyyat layihələrinin inkişafı üçün geniş imkanlar yaradır. Orta Dəhlizin gücləndirilməsi bu baxımdan yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır. Bu marşrutun inkişafı TDT üzv dövlətləri arasında əlaqələrin genişlənməsinə və Türk dünyasının tranzit potensialının daha səmərəli istifadəsinə şərait yaradır.

‎ "Azərbaycanın Türk dünyası ilə əməkdaşlığı TDT çərçivəsi ilə məhdudlaşmır. İkitərəfli münasibətlər də ardıcıl şəkildə inkişaf etdirilir. Türk dünyası Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir", - deyə Müşfiq Məmmədli bildirib. Onun sözlərinə görə, TDT məkanını birləşdirən mühüm amillərdən biri ortaq tarixi-mədəni irs və milli-mənəvi dəyərlərdir. Bu dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində gənclərin rolu xüsusilə böyükdür. ‎Gənclər yalnız müxtəlif tədbirlərin iştirakçısı kimi deyil, onların gələcəyi ilə bağlı müzakirələrin fəal tərəfi kimi çıxış etməlidirlər. Onların fikirlərinin öyrənilməsi, təşəbbüslərinin dəstəklənməsi və TDT daxilində gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsi vacibdir.

‎ Deputat hesab edir ki, təhdidlərə qarşı mübarizədə TDT ölkələri arasında koordinasiyanın gücləndirilməsi də vacibdir. Xüsusilə müxtəlif media və informasiya platformaları vasitəsilə ictimai həmrəyliyi zəiflətməyə, dövlət institutlarına inamı sarsıtmağa və yad ideoloji təsirləri yaymağa yönələn cəhdlərə qarşı birgə fəaliyyət zəruridir. Sentyabrın 17-də Bakıda TDT üzv dövlətlərinin Təhlükəsizlik Şuraları katiblərinin toplantısının keçirilməsi də təhlükəsizlik sahəsində dialoq və təcrübə mübadiləsinin aktuallığını göstərir.

‎ "Türk Dövlətləri Təşkilatının qarşısında geniş imkanlarla yanaşı, ciddi vəzifələr də dayanır. Təşkilatın beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat bağlantılarının gücləndirilməsi, ikitərəfli əlaqələrin dərinləşdirilməsi, gənclər siyasətinin inkişaf etdirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi ortaq məqsədlərə xidmət edir. ‎Azərbaycan bu prosesdə həm platforma, həm təşəbbüskar, həm də etibarlı tərəfdaş kimi çıxış edir. Ölkəmizin TDT çərçivəsində ardıcıl siyasəti Türk dünyasının potensialının daha səmərəli reallaşdırılmasına, üzv dövlətlər arasında qarşılıqlı etimadın və həmrəyliyin daha da möhkəmləndirilməsinə xidmət edir", - deyə Müşfiq Məmmədli vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2026 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see280

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see277

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see272

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see265

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see252

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see250

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see247

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see242

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see236

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see229

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see217

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see216

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see207

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see186

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see180

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see172

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see171

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see167

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see166

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri