Icma.az
close
up
RU
Azərbaycan təhsili iki yol arasında qalıb: Hansını seçsin?

Azərbaycan təhsili iki yol arasında qalıb: Hansını seçsin?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son vaxtlar tətbiq edilən yeniliklərdən biri də rəqəmsal təhsildən istifadədir. 

Hazırda bir sıra ölkələrdə təhsil müəssisələrində məhz rəqəmsal təhsil tətbiq edilir. Ancaq bəzi ölkələr var ki, bu təhsil sisteminin o qədər müsbət nəticə vermədiyi deyilir. 

Belə ölkələrdən biri də İsveçdir. Dünyanın ən inkişaf etmiş təhsil sistemlərindən birinə malik olan İsveç yaxın zamanda yeni təhsil modeli kimi rəqəmsal təhsildən ənənəvi dərsliklərə keçəcək.  Bəzi təhsil müəssisələri isə bu qaydanı bir neçə aydır ki, tətbiq edir. Mobil telefonlar dərslərdən uzaqlaşdırılır, şagirdlər isə ənənəvi dərsliklərə qayıdırlar.

 Hökumət hesab edir ki, texnologiyanın istifadəsi şagirdlərin diqqətini yayındırır və oxu vərdişlərinə mənfi təsir göstərir. Şagirdlər isə kitabdan daha yaxşı mənimsədiklərini bildirirlər. 

Son araşdırmalar göstərir ki, şagirdlər mətnləri anlamaqda çətinlik çəkirlər. Rəsmilər hesab edirlər ki, ənənəvi üsul bu problemi aradan qaldırmağa kömək edə bilər. Ancaq hər kəs bu yanaşma ilə razı deyil. Texnologiya mütəxəssislərinin fikrincə, gələcəyin peşələri rəqmsal bacarıqlar tələb edəcək Onların fikrincə, problem ekranlarda deyil, ondan necə istifadədir. 

Azərbaycan təhsil sistemində də son vaxtlar rəqəmsal təhsilin tətbiqi istiqamətində tədbirlər həyata keçirilir. Kağız jurnalların ləğvi, şagirdlərin kompüterdə daha çox istifadə etməsi genişlənir. 

Əgər rəqəmsal təhsil şagirdlər üçün problem yaradırsa, çııxş yolu nədir? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elçin Əfəndi “Cebheinfo.az”-a bildirib ki, ölkəmizdə hazırda ənənəvi təhsildir və forsmajor zamanı rəqəmsal təhsildən istifadə edilir: 

“Hazırkı vəziyyət isə onu göstərir ki, dünyada rəqəmsal təhsildən istifadə genişlənir. Xüsusilə də inkişaf etmiş ölkələrdə, Çin, Cənubi Koreya, Yaponiya, ABŞ-nin bəzi ştatlarında ona daha çox yer verilir. Hazırda Azərbaycan da kağız daşıyıcılardan imtina edir. Bu, ekoloji tarazlığı təmini  üçün nəzərdə tutulub. 

Rəqəmsal məktəb layihəsi həm əlçatanlığın təmin olunması baxımından zərurətə çevrilib, həm də dünyanın əksər ölkələrində bundan istifadə edirlər. Məsələn, ümumtəhsil məktəblərinə sənədlərin elektron qaydada verilməsi, qiymətləndirmənin rəqəmsal aparılmasını göstərmək olar. Bu zaman valideyn övladının təhsil göstəricilərini çox asanlıqla izləyə bilir. Eyni zamanda, mövcud təhsil prosesini izləyir və bunun əsasında məktəb rəhbərliyilə ilə alaqədə ola bilir”.

O qeyd edib ki, rəqəmsal sistemin bu kimi üstünlükləri var:

“Oturduğumuz yerdə övladlarımızla bağlı məlumatları əldə edə bilirik. Ancaq rəqəmsal təhsil və əyani təhsil formasına gəldikdə, əyani təhsil rəqəmsal təhsildən qat-qat üstündür. Sadəcə olaraq elə məqamlar yaranır ki, rəqəmsal, yaxud da məsafədən təhsildən istifadə edirik. 

Yaxud rəqəmsal platformalar bizim təhsil göstəricilərimizə müsbət təsir göstərirsə, xüsusilə də rəqəmsal texnologiyanın inkişaf etdiyi indiki dövrdə ondan imtina mümkün deyil”. 

Ekspertin sözlərinə görə, hazırda ölkəmizdə şagirdlər bir növ texnoloji alətlərdən asılı vəziyyətə düşüblər: 

“Hər gün vaxtlarını daha çox planşet, telefon və ya komputerdə keçirirlər. Kağız daşıyıcını əlinə götürüb oxuyan şagirdə az hallarda rast gəlirik. Onlar ya hazırlığa, yaxud birinci sinifə gedən şagirdlərdir. Elə vəsaitlər var ki, onları əldə etmək müəyyən zaman tələb edir. 

Ancaq rəqəmsal platformalar üzərindən əldə etmək mümkündürsə, onda bu vasitə ilə əldə edirlər. Rəqəmsal kağız daşıyıcıları əvəz edə bilməz. Çünki kağız daşıyıcılarla təmas var, gözü yormur. Ancaq məcburiyyət qarşılığında təbii ki, rəqəmsal vəsaitlərdən istifadə də vacib əhəmiyyət kəsb edir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: təhsil Elçin Əfəndi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 İyun 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri