İki ölkə arasında şorba böhranı! UNESCO hansını qəbul edəcək?
Icma.az bildirir, Bizim media portalına istinadən.
Türk mətbəxinin ləziz yeməklərinə göz dikilib. Yunanıstanın Saloniki şəhərində fəaliyyət göstərən məşhur qastronomiya sahibkarı, aşpaz "Patsa" adı ilə ənənəvi kəllə-paça şorbasını UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında Yunan ləzzəti kimi qeydiyyata salmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, Türkiyə ilə Yunanıstan arasında uzun müddətdir davam edən mətbəx müzakirələri, eynilə Ermənistanın Azərbaycan mətbəxinin mənimsəməsi kimidir.
Yunanlar türklərin kadayıf, cacık (tzatziki) içalatdan hazırlanan yeməkləri dəfələrlə öz adlarından təqdim ediblər.
Yunanıstan mətbuatına danışan sahibkar bildirib ki, "Patsa əsrlər boyu, xüsusən də Saloniki və Şimali Yunanıstanda davam edən işçi sinfin yeməyidir. Bu şorbanın hazırlanma texnikası, ədviyyatlandırılma tərzi və yaratdığı mədəniyyət tamamilə bizim üçün unikaldır. "
Türk qastronomiya mütəxəssisləri isə sərt reaksiya göstəriblər: "Patsa tərcümədə paça deməkdir! Səlcuq və Osmanlı kulinariya mədəniyyətinin təməl daşlarıdır. Əsrlərdir türk mənşəli olan bir yeməyin mülkiyyətini iddia etmək cəhdi qastronomik oğurluqdur. Dərhal əks tədbirlər görməlidirlər."
Hazırda türk və yunan sosial media istifadəçiləri arasında "klaviatura müharibəsi" gedir. Türk və yunan istifadəçiləri bir-birlərinə mətbəx iddiası ilə bağlı virtual savaş açıblar. Amma son sözü UNESCO-nun rəsmi cavabı deyəcək.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 30 May 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















