Icma.az
close
up
RU
Hansını yazaq “Münhen”, yoxsa “Münxen”?

Hansını yazaq “Münhen”, yoxsa “Münxen”?

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, fevralın 13-15-də Münhen Təhlükəsizlik Konfransı keçirilib.

Bakıvaxtı.az xatırladır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də konfransda iştirak edib. Azərbaycan mətbuatında konfransla bağlı verilən məlumatlarda şəhərin adı iki formada - bəzi hallarda Münhen, bəzən Münxen - qeyd olunur.

Bəs Azərbaycan dilinin orfoqrafiya qaydalarına görə, alman dilindəki şəhər adının düzgün yazılış forması hansıdır, media hansı variantı əsas götürməlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı bildirib ki, alman dilində “ch” hərf birləşməsi yerindən asılı olaraq 2 cür oxunur: qalın saitlərdən sonra “x”, incə saitlərdən sonra “x`” kimi. Onun sözlərinə görə, sonuncu səsin Azərbaycan əlifbasında qrafik işarəsi yoxdur. X` “çiçəx`”, “küləx`” sözlərinin tələffüzündəki sonuncu səsdir. Yəni o söz “Münhen” kimi oxuna bilməz.

V.Sadıqlı qeyd edib ki, müstəqillik dövründə Azərbaycanda 4 dəfə orfoqrafiya lüğəti nəşr edilib. Amma bunlardan yalnız sonuncuda (yenidən işlənmiş 7-ci nəşr, 2021) Azərbaycanda və dünyada işlənən bəzi coğrafi adlar verilib və həmin “bəzilərin” arasında “Münxen” sözü yoxdur.

Müsahibimiz əlavə edib ki, xarici ölkələrə aid bir sıra coğrafi adların yazılışında iki və bəzən çoxvariantlılıq olması barədə bir neçə il əvvəl AMEA Nəsimi adına Dilçilik İnstitutuna müraciət edilib. İnstitutda bununla bağlı ayrıca müzakirə təşkil etməyi vəd etsələr də, bu baş verməyib:

“Hazırda Azərbaycan Respublikasının Prezidentinin saytını (president.az) mötəbər mənbə kimi götürüb, “Münxen” yaza bilərsiniz. Təəssüf ki, ayrıca “Coğrafi adlar lüğəti” hazırlanmayıb, buna görə Azərbaycan Dövlət İnformasiya Agentliyi (“Azərtac”) belə məlum Təhlükəsizlik Konfransı ilə bağlı xəbərlərdə gah “Münhen”, gah da “Münxen” variantından istifadə edib”.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Fevral 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri