Azərbaycan təkcə dünya və Avropanın enerji tədarükçüsü deyi
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan tarixinin son 23 illik dövrü deyil, son 200 ilik tarixində birbaşa İlham Əliyevin imzası və Zəfər möhürü vardır.
O, 44 günlük Vətən müharibəsində Qələbə qazanmaqla Azərbaycanın neçə əsrlik problemi olan erməni işğalına son qoydu, son 200 illik tariximizdə ərazilərini itirən Azərbaycanın torpaqlarını işğaldan azad edən Qalib sərkərdə kimi adını tarixə əbədi yazdırdı, erməni separatizminin kökünü əbədi kəsdi.
Ona görə də, şəksiz İlham Əliyevi Azərbaycanın milli sərvəti adlandırmaq mümkündür.
İlham Əliyev eyni zamanda, müdrik və qlobal liderdir. Müasir dünya siyasətində və beynəlxalq hüquqda dərinləşən mürəkkəblik mühitində Azərbaycanın milli maraqlarını ən etibarlı şəkildə qorumaq, qlobal və regional mənzərəni qabaqcadan böyük uzaqgörənliklə müəyyənləşdirmək Onun Liderliyinin daha bir sübutudur.
O, prinsipial yanaşmaları və qətiyyəti ilə təkcə Azərbaycan üçün deyil, bütün regionın mənafeyi naminə çıxış edir. Yaşadığımız bölgə ilə yanaşı, Asiyada, Avropada, Amerikada, Yaxın Şərqdə, Afrika bölgəsində Azərbaycanın strateji çəkisini artırır.
Prezident İlham Əliyev xarici siyasəti mükəmməlcəsinə iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik və humanitar istiqamətləri bir-birini tamamlayan vahid xətt üzrə inkişaf etdirir.
Azərbaycan təkcə dünya və Avropanın enerji tədarükçüsü deyil, eyni zamanda, Trans-Atlantik məkanın təhlükəsizliyinə, bölünməzliyinə töhfə verən əhəmiyyətli aktordur.
Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşü, D-8, ŞƏT və digər yeni platformalarda təmsil olunması strateji düşüncənin və milli maraqlara əsaslanan siyasətin nəticəsidir.
Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasında Onun irəli sürdüyü prinsiplər birməanlı olaraq müasir dünyada sülh modelidir və münaqişələrdən əziyyət çəkən ölkələr üçün nümunəvi testdir.
Azərbaycan həm də regional reallıqlardakı problemli məsələləri əməkdaşlıq formatları ilə əvəzləyən təkliflər irəli sürür. Məsələn, TRIPP marşrutu çoxtərəfli əməkdaşlıq imkanlarını dəyişən beynəlxalq nizamın həlledici struktur komponentinə çevrilir.
Prezident İlham Əliyev bu prinsiplərə əsaslanan mövqeyini bütün tribunalarda, o cümlədən BMT, Münxen Təhlükəsizlik Konfransı, Davos İqtisadi Forumunda dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Ona görə də qlobal və regional aktorlar tərəfindən ehtiramla qəbul edilən Liderdir.
Dünya supergüclərinin - ABŞ, Çin, Rusiya, Türkiyə və digər dövlətlərin liderləri dəfələrlə dövlətimizin başçısına dərin hörmətlərini ifadə ediblər.
COP31 tədbirləri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi yüksəksəviyyəli münasibəti bu reallığı bir daha təsdiqlədi.
Bir neçə gün əvvəl Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında Avropa liderlərinin Prezident İlham Əliyevə göstərdiyi xüsusi maraq da təsadüfi xarakter daşımır. Bu, Azərbaycan Prezidentinin qlobal miqyasda qazandığı strateji çəkiyə verilən ali dəyərdir.
Sadaladıqlarımız İlham Əliyev fenomenal əzəmətinin mində birinin təqdimatıdır.
O, hədsiz nəhəng şəxsiyyət, elmi-siyasi məxəzdir və İlham Əliyevin təkrarolunmaz geniş fəaliyyətini yalnız Ensiklopediya toplusunda tədqiq etmək, araşdırmaq mümkündür.
Hörmətli oxucular, bu xüsusları nəzərə alaraq Cənab Prezident haqqında yeni elmi-siyasi nəşr üzərində işləyirəm. Sizin fikirləriniz, təklif və ideyalarınızı da nəzərə almaq mənim üçün çox önəmlidir.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Bu mövzuda digər xəbərlər:Azərbaycan artıq təkcə Avropanın enerji mənbəyi deyil
29 Sentyabr 2026 11:11
“Azərbaycan Avropanın enerji xilaskarıdır”
11 Dekabr 2025 22:52
Avropanın enerji təhlükəsizliyində Azərbaycan halqası
12 Mart 2025 12:25
Avropanın Braziliyası Azərbaycan
12 Mart 2025 16:36
Avropanın enerji təhlükəsizliyində Azərbaycan faktoru ŞƏRH
23 Yanvar 2026 15:58
Baxış sayı:56
Bu xəbər 18 Noyabr 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















