Icma.az
close
up
RU
Azərbaycan toyuna toy tutanlar KÜNCDƏN BAXIŞ

Azərbaycan toyuna toy tutanlar KÜNCDƏN BAXIŞ

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elçin Bayramlı

Xəbər verildiyi kimi, Milli Məclisin dünən keçirilən plenar iclasında çıxışı zamanı deputat Aqil Abbas müasir toylardakı vəziyyəti tənqid edib. Deputat deyib: “Mən də istəmərəm toylarda səs-küy olsun. Ona görə toya gedəndə musiqi çalınanda çıxıb foyedə otururam”.

Hazırkı toylarda yeganə problem normadan dəfələrlə artıq gücdə olan səs terroru deyil, çox sayda problemlər var.

Çox təəssüf ki, Azərbaycan toyu tamamilə öz kontekstindən çıxarılıb, milli sifətini itirib və yerinə əcaib bir mərasim gəlib. İsrafçılıqla, dəbdəbəylə keçirilən, şouya çevrilmiş bir mərasim. Bu mərasim bütün tərəfləri ilə biabırçılıqdır. Süfrələrdə israfçılıq, çoxsaylı hoqqabazlıqlar, musiqinin hədsiz yüksək səslə qoyulması və sair. Sonda insanlar toydan dəhşətli bir beyin yorğunluğu ilə çıxırlar. Ona görə də bir çoxları, o cümlədən mən də musiqi çalınan vaxtlarda salonda oturmamağa çalışıram.

Toylarımız insanların bəhsə-bəhs yerinə, öz imkanlarını başqalarına nümayiş etdirmə məkanına çevrilib. Süfrələrin üstündə lap nağıllarda deyildiyi kimi quş südü, can dərmanı- hər şey var. Məşhur filmdə deyildiyi kimi, süfrəni elə doldururlar ki, barmaq basmağa yer qalmır...

Hər kəs bir-birinin bəhsinə girib daha “ağır” stol açmaq istəyir. Masalarda planetimizin Antraktida istisna olmaqla bütün materiklərindən gətirilmiş saysız-hesabsız nemətlər düzülür. Bununla fəxr edən toy sahibi heç düşünmür ki, bu həngaməni öz gücünə yox, qonaqların puluna həyata keçirir.

Əksər restoranlarda 10-15 çeşiddə yemək, 30-40 çeşiddə çərəz, şirniyyat və salat,10-15 növ içki təklif olunur. Burada bir neçə paket olur- toy sahibinin paketlərdəki yeməkləri dəyişdirmək, menyudan çıxarmaq hüququ yoxdur, lap çıxartsa da pulunu ödəməlidir. Həm də minimum menyu və yer sayı var ki, ondan aşağı olmaz.

İş o yerə gəlib ki, indi toya çağrılan adamın qanı qaralır. Orta statistik vətəndaşımız ayda 2-3 toya gedərsə aylıq maaşının azı yarısından keçməlidir. Bəs yarım ay necə dolanacaq? Özü də bu işgəncə kiminsə lovğalanması üçün baş verir.

Toya gələn qonaqların siyahıya yazdırdığı məbləğ, əslində, yeni evlənənlərə çatmalıdır. Bu pulla yeni ailə quranlar heç olmasa öz evləri üçün çatışmayan nələrisə ala bilər. Amma bu pullar şadlıq sarayının sahibinə və digər təminatçılara çatır.

Hətta bəzən, heç toya yazılmış pullar şadlıq sarayının xərcini ödəməyə belə çatmır. Və toy sahini borca düşür. Hətta elə hallar olub ki, şadlıq sarayının pulunu ödəyə bilmədiyi üçün bəy girov saхlanılıb.

Uzun illərdir deputatlar, sosioloqlar, jurnalistlər bu haqda yazır, danışır, bu sahədə vəziyyətin biaırçı hala gəldiyini qeyd edir və tənzimləməyə çağırırlar. Lakin hələlik bu sahədə heç bir müsbət dəyişiklik baş verməyib, əksinə ildən ilə vəziyyət pisləşir. Aparılan təbliğatlar, maarifləndirmələr, dünya ölkələrindən göstərilən nümunələr heç bir nəticə verməyib. Əlac inzibati metodlara qalıb.

Əlbəttə, inzibati yollarla da bunu tənzimləmək bir qədər çətindir. Çünki bu bir növ el mərasimidir. Amma yenə də dünyanın bir çox ölkələrində bununla bağlı müəyyən normativlər, standartlar qoydular və insanları buna əməl etməyə məcbur edirlər. Bizdə də başqa yol qalmayıb. Çünki maarifləndirmə də heç bir effekt vermir. İldən ilə getdikcə hər şey əndazədən çıxır. Təsəvvür edin ki, Azərbaycan toylarında milli mahnılarımıza belə az rast gəlinir. Xarici mahnılar, diskoteka mahnıları daha çox çalınır. Bütün bəzək-düzəklər hamısı qeyri-millidir. Çox təəssüf ki, getdikcə bu məsələlərdə biz öz milliliyimizi, qədim zəngin toy ənənələrimizi itiririk, yerini müasir, ruhsuz, duyğusuz standart şoular əvəz edir. Bununla bağlı bir formada mexanizm tapılmalıdır. Mütləq şəkildə inzibati yollarla məsələ həll olunmalıdır.

Eyni məsələ əndazəsindən çıxmış yas mərasimlərinə də aiddir. Burda da çox biabırçılıqlar var. Bununla bağlı inzibati formada qaydalar, standartlar qoyulmalı və mütləq şəkildə bu cür həyata keçirilməlidir. Başqa cür əmələ gəlmir, çünki maarifləndirmə işləri də heç bir nəticə vermir. Biz getdikcə milli dəyərlərimizi, adət-ənənələrimizi itiririk. Bunun qarşısının yeganə alınması yolu xüsusi bir qərar və ya qanun formasında inzibati tənzimləmə metodudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Dekabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri