Icma.az
close
up
RU
Azərbaycan toyuna tutulan toy KÜNCDƏN BAXIŞ

Azərbaycan toyuna tutulan toy KÜNCDƏN BAXIŞ

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elçin Bayramlı

Milli mədəniyyətimizin ən mühüm elementlərindən biri olan toy mərasimləri artıq öz mahiyyətini itirib və eybəcər formaya salınıb. Azərbaycan toyu” deyilən anlayış demək olar ki, yoxa çıxıb. Bəzi ucqar kəndlərdə ənənəvi elementlər qorunsa da, ümumi mənzərədə bu mərasimlər artıq toy deyil. Bugünkü toylar hədsiz israfçılığın, dəbdəbənin, hay-küyün və özünü göstərmək meylinin hökm sürdüyü şou mərasimə çevrilib. Bugünkü toylarda artıq gəlinin "Vağzalı" ilə gətirilməsi ləğv olunub, tiyda səslənən mahnıların çoxu əcnəbi mahnılardır. Bu, artıq mənəvi dəyər üzərində qurulan ailə mərasimi yox, maddi dəyərlər üzərində qurulan nümayiş xarakterli şou-konsertdir.

Halbuki toy ailə qurulmasının təntənəli qeydidir və mənəvi məzmun daşımalıdır. Son dövrlərdə isə bu mərasimlər “müasirlik” adı altında ifrata varıb, nəzarətdən çıxıb. Bu vəziyyət insanlara həm maddi, həm də mənəvi baxımdan ciddi zərər vurur. Toylar bir-biri ilə yarışa çevrilib: bahalı geyimlər, qızıl əşyalar, şişirdilmiş menyular, çoxsaylı və lazımsız xidmətlər bu yarışın əsas elementləridir. Üçmərtəbəli süfrələr, hədsiz yemək çeşidləri açıq israfçılıqdır və artıq normadan kənardır.

Bundan əlavə, toy mərasimlərində səs səviyyəsi ciddi problemə çevrilib. Həddindən artıq yüksək musiqi insanların sağlamlığına mənfi təsir göstərir və bu, artıq “akustik terror” səviyyəsinə çatır. Bütün bunlar toyun mahiyyətinin tamamilə deformasiyaya uğradığını göstərir.

Ən ciddi problemlərdən biri də sosial-iqtisadi yükdür. Ənənəvi olaraq toyda verilən hədiyyə və pul yardımları yeni qurulan ailəyə dəstək məqsədi daşıyırdı. Lakin hazırda toy xərcləri o qədər artıb ki, ailələr bu mərasimdən borcla, kreditlə çıxır. Toplanan vəsait isə ailəyə yox, əsasən restoranlara, şadlıq evlərinə və müxtəlif xidmət sahələrinə yönəlir. Nəticədə yeni ailə dəstək almaq əvəzinə borc yükü ilə üz-üzə qalır. Bu vəziyyət xüsusilə aztəminatlı ailələr üçün daha ağırdır. Yüksək toy xərcləri bir çox gəncin evliliyini gecikdirir, hətta qeyri-mümkün edir. Çünki toy təkcə mərasimdən ibarət deyil, cehiz, qızıl, digər xərclər də ciddi maliyyə yükü yaradır.

Digər problem isə qonaq sayının süni şəkildə artırılmasıdır. Cəmiyyətdə belə bir yanaşma formalaşıb ki, toyda yüzlərlə insan iştirak etməlidir. Halbuki dünya təcrübəsində toylar daha çox yaxın qohum və dostların iştirakı ilə, məhdud sayda keçirilir. Bizdə isə 300-500 nəfərlik toylar adi hal alıb. Bu, həm də cəmiyyət üçün əlavə maliyyə yükü yaradır. Elə ailələr var ki, bir ay ərzində bir neçə toy dəvətnaməsi alır və hər biri üçün müəyyən məbləğdə pul vermək məcburiyyətində qalır. Aylıq gəlirləri aşağı olan ailələr üçün bu, ciddi sosial problemə çevrilir.

Beləliklə, toy mərasimləri artıq mənəvi mahiyyətini itirmiş, cəmiyyətə zərər vuran şouya çevrilib. Bunun Azərbaycan mədəniyyəti və milli dəyərlərlə birbaşa əlaqəsi yoxdur. Çıxış yollarına gəldikdə isə, bu məsələ illərdir müzakirə olunur. Dünyada və region ölkələrində bu sahədə müəyyən məhdudiyyətlər və standartlar tətbiq edilib. Məsələn, bəzi Orta Asiya ölkələrində toyların formatı qanunvericiliklə tənzimlənir. Bu, Azərbaycanda da bu, problemin həllinin mümkün olduğunu göstərir. Görünən odur ki, insanlar könüllü şəkildə bu dəyişikliklərə getmədiyi üçün inzibati mexanizmlərə ehtiyac yaranır.

Toy sektorunda da standartlar müəyyən edilməlidir. Məsələn, restoranların məcburi şəkildə şişirdilmiş menyular təqdim etməsi aradan qaldırılmalı, sadə və sərfəli seçimlərə imkan verilməlidir. Eyni zamanda, bahalı geyimlər, avtomobillər, yüksək qonorar tələb edən ifaçılar kimi əlavə xərclər zəruri element kimi təqdim olunmamalıdır. Bundan başqa, qida təhlükəsizliyi və xidmət keyfiyyəti üzərində də ciddi nəzarət olmalıdır. Çünki bəzi hallarda keyfiyyətsiz məhsullar insanların sağlamlığı üçün risk yaradır.

Ümumilikdə, toyların sadə, mənəvi məzmunlu və iqtisadi baxımdan əlçatan formada keçirilməsi təmin olunmalıdır. Verilən hədiyyə və maddi dəstək birbaşa yeni qurulan ailəyə yönəlməlidir. Bu problemin həlli üçün dövlət səviyyəsində ictimai şura yaradılması, müvafiq qurumların və ziyalıların iştirakı ilə vahid qaydaların müəyyənləşdirilməsi məqsədəuyğundur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 May 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri